Azərbaycan Respublikasının Energetika Nazirliyi
yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət
Agentliyinin tabeliyində olan “Azalternativenerji” Məhdud Məsuliyyətli
Cəmiyyətinin ləğvi, bərpa olunan enerji mənbələrindən
istifadə sahəsinə özəl sektorun cəlb edilməsi
və “Alternativ və bərpa olunan enerji sahəsində əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il 1 fevral tarixli 810 nömrəli Fərmanında
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, bərpa olunan enerji sahəsində
islahatların dərinləşdirilməsi, idarəetmə
strukturunun qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla təkmilləşdirilməsi, sahəyə özəl
investisiyaların cəlb edilməsi və rəqabət
mühitinin formalaşdırılması yolu ilə bərpa
olunan enerji mənbələrindən enerji istehsalının səmərəliliyinin
və həcminin artırılmasına əlverişli şərait
yaradılması məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan
Enerji Mənbələri Dövlət Agentliyinin tabeliyində
olan “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyəti
(bundan sonra – “Azalternativenerji” MMC) ləğv edilsin.
2.
“Azalternativenerji” MMC-nin mülki qanunvericiliyin tələblərinə
uyğun olaraq kreditorlarla hesablaşmalar aparılmaqla ləğv
edilməsi prosesi başa çatdıqdan sonra, qalan əmlakı
özəlləşdirməyə açıq elan edilsin.
3. Müəyyən
edilsin ki, bu Fərmanın 2-ci hissəsi ilə özəlləşdirməyə
açıq elan edilən əmlakın:
3.1. özəlləşdirilməsi
üsulları barədə qərarlar, onların xüsusiyyətləri
nəzərə alınmaqla, Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
dövlət əmlakının özəlləşdirilməsinin
II Dövlət Proqramı”nın (bundan sonra – Dövlət
Proqramı) 4.1-ci bəndinə uyğun olaraq Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən
qəbul edilir;
3.2. özəlləşdirilməsində
yerli investorlarla yanaşı, xarici investorların da
iştirakına icazə verilir.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
4.1. “Azərbaycan
Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli 464 nömrəli
Fərmanı ilə ləğv edilmiş Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri
üzrə Dövlət Agentliyinin üçüncü
şəxslər qarşısında öhdəliklərinin
icrasının təmin edilməsi ilə bağlı zəruri
tədbirlər görsün;
4.2. bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
5. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmanın
2-ci hissəsi ilə özəlləşdirməyə
açıq elan edilmiş əmlakın:
5.1. özəlləşdirilməsini
Dövlət Proqramına uyğun olaraq həyata keçirsin;
5.2.
investorlar üçün cəlbediciliyinin
artırılması məqsədilə məsləhətçi
və qiymətləndirici şirkətlər cəlb etməklə,
özəlləşdirilməsinin daha səmərəli
şəkildə həyata keçirilməsi
üçün zəruri tədbirlər görsün;
5.3. bu Fərmandan
irəli gələn digər məsələləri həll
etsin.
6. Azərbaycan
Respublikasının Energetika Nazirliyi bu Fərmanın 2-ci hissəsi
ilə özəlləşdirməyə açıq elan
edilmiş əmlak Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyinə təhvil verilənədək:
6.1. həmin
əmlakın idarə olunmasını və qorunub
saxlanılmasını təmin etsin;
6.2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə həmin
əmlakın idarə olunması və qorunub
saxlanılması üçün zəruri maliyyə vəsaitinin
ayrılmasına dair təkliflərini bir ay müddətində
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim
etsin;
6.3. bu Fərmandan
irəli gələn digər məsələlərin həlli
üçün zəruri tədbirlər görsün.
7. “Alternativ
və bərpa olunan enerji sahəsində əlavə tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il
1 fevral tarixli 810 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 104, ¹
10, maddə 1159; 2014, ¹ 10, maddə 1205; 2020, ¹ 5, maddə 545, ¹
9, maddə 1148) 7-ci hissəsi ləğv edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 5 avqust 2023-cü il
Azərbaycan.
- 2023.- 6 avqust.- S. 2.