“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli
Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli
Konstitusiya Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun
48.7-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Konstitusiya
Qanununun 48.7-ci maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə
tutulur;
1.3. “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 14 iyul tarixli
971-VIKQD nömrəli Konstitusiya
Qanununun 2.2-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.4. həmin Konstitusiya
Qanununun 2.2-ci maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə
tutulur.
2. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası:
2.1. iki ay müddətində:
2.1.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun
27.1-ci maddəsinə uyğun
olaraq, icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının layihələrinin
hazırlanması, razılaşdırılması,
qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.1.2. normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını
və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
2.2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 14 iyul tarixli
971-VIKQD nömrəli Konstitusiya
Qanununa uyğunlaşdırılması
ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.2. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
4. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 16 fevral tarixli
384 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, ¹ 2, maddə 88; 2013, ¹ 4, maddə 374; 2016, ¹ 10, maddə
1629; 2018, ¹ 7, maddə 1502; 2019, ¹ 4, maddə 631; 2022, ¹ 11, maddə
1253) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 4.1-ci bənddə “95.2-ci maddəsində”
sözləri “48.7-ci və
95.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda
4.1-1-ci bənd əlavə
edilsin:
“4.1-1. həmin Konstitusiya Qanununun 48.7-ci maddəsində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə
tutulur;”.
5. Bu Fərmanın 1-ci və
4-cü hissələri 2024-cü il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 avqust 2023-cü il
Azərbaycan.- 2023.- 6 avqust.-
S. 2.