“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Normativ
hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 2, maddə
69; 2016, ¹ 10, maddə 1600; 2018, ¹ 7 (I kitab), maddə 1396, ¹ 12 (I kitab), maddə 2513; 2019, ¹
5, maddə 809; 2020, ¹ 4, maddə
384; 2021, ¹ 12, maddə 1297; 2022, ¹ 11, maddə 1227) aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 27-ci maddə üzrə:
1.1.1. adına “hazırlanmasının”
sözündən sonra
“, razılaşdırılmasının,
qəbul edilməsinin
və dərc edilməsinin” sözləri
əlavə edilsin;
1.1.2. 27.1-ci və 27.2-ci maddələrə “hazırlanması”
sözündən sonra
“, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi” sözləri əlavə edilsin;
1.2. 29-cu maddə üzrə:
1.2.1. 29.2-ci maddədə “Ad və ya rəqəm
dəyişiklikləri ilə
əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklərin edilməsi
və ya bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurətinin
yarandığı” sözləri
“Bu Konstitusiya Qanununun 29.3-cü maddəsində
nəzərdə tutulan”
sözləri ilə əvəz edilsin;
1.2.2. aşağıdakı məzmunda 29.3-cü və
29.4-cü maddələr əlavə
edilsin:
“29.3. Aşağıdakı hallarda dəyişikliklər
edilən və ya ləğv edilən normativ hüquqi aktın (aktların) adının (adlarının) göstərilməməsinə
yol verilir:
29.3.1. ad və
ya rəqəm dəyişiklikləri ilə
əlaqədar bir neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə
və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;
29.3.2. yeni normativ
hüquqi aktın qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının
aradan qaldırılması
məqsədilə bir
neçə normativ hüquqi aktlara dəyişikliklər edildikdə
və ya bir neçə normativ hüquqi akt ləğv edildikdə;
29.3.3. yeni normativ
hüquqi aktla həmin aktın tənzimləmə predmetinə
aid digər normativ hüquqi akt ləğv edildikdə.
29.4. Bu Konstitusiya
Qanununun 29.3.2-ci maddəsində
nəzərdə tutulmuş
hallarda həmin normativ hüquqi aktın adında onun hansı normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olduğu qeyd edilir.”;
1.3. 30.10-cu maddənin birinci cümləsinə
“tərkib hissəsi olan,” sözlərindən
sonra “yarımbəndin
nömrəsini təkrarlamaqla”
sözləri əlavə
edilsin;
1.4. 30.11-ci maddə üzrə:
1.4.1. ikinci cümlədən
“(abzas yarımbəndin
mətninin birinci sətrinə münasibətdə)”
sözləri çıxarılsın;
1.4.2. üçüncü cümlədə “və ya yarımbəndinə” sözləri “, yarımbəndinə
və abzasına” sözləri ilə əvəz edilsin;
1.5. 46-cı maddə üzrə:
1.5.1. 46.2.2-ci maddəyə “rəhbəri” sözündən
sonra “(o olmadıqda isə onun vəzifələrini icra edən şəxs)” sözləri
əlavə edilsin;
1.5.2. 46.4-cü maddədən “, onun vizalanması isə ən geci 5 gün keçənədək” sözləri
çıxarılsın və
həmin maddəyə
aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Normativ hüquqi
aktın layihəsi razılaşdırıldıqdan sonra ən geci
7 gün keçənədək
vizalanmalıdır, əks
halda layihə vizalanmış hesab olunur.”;
1.6. 48-ci maddə üzrə:
1.6.1. 48.2.1-ci maddədən “(müvafiq layihələr
əlavə olunmaqla (olduğu halda)) sözləri çıxarılsın;
1.6.2. aşağıdakı məzmunda 48.2-1-ci maddə
əlavə edilsin:
“48.2-1. Normativ hüquqi
aktın layihəsinin
uyğunluğunun təmini
haqqında arayışa
aşağıdakılar barədə
məlumatlar daxil edilməlidir:
48.2-1.1. qanun və
fərman layihələrinin
qəbul olunması ilə əlaqədar ləğv, dəyişikliklər
edilməli və hazırlanmalı olan digər qanun və fərman layihələrinin olub-olmaması
(olduğu halda müvafiq layihələr əlavə olunur);
48.2-1.2. layihənin hansı
dövlət orqanları
(qurumları) ilə razılaşdırıldığı.”;
1.6.3. 48.7-ci maddə aşağıdakı redaksiyada
verilsin:
“48.7. Normativ hüquqi
aktın layihəsinin
hazırlanması, razılaşdırılması
və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə həyata keçirilir.”;
1.7. 66.5-ci maddədə “olan” sözü “olub-olmamasından asılı
olmayaraq hər hansı” sözləri ilə əvəz edilsin;
1.8. 70.3-cü maddəyə “Milli Məclisində” sözlərindən sonra
“Azərbaycan Respublikası
Prezidentinin təqdimatı
ilə Azərbaycan Respublikası diplomatik nümayəndəliklərinin təsis
edilməsi, inzibati ərazi bölgüsü,
dövlət təltifləri,”
sözləri əlavə
edilsin;
1.9. 75-ci maddə üzrə:
1.9.1. 75.1-ci maddə ləğv edilsin;
1.9.2. 75.2-ci maddədə “olaraq zəruri hallarda” sözləri “normativ hüquqi aktların kolliziyasının
aradan qaldırılması
məqsədilə” sözləri
ilə əvəz edilsin;
1.9.3. 75.3-cü maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Hər 10 ildən
bir Azərbaycan Respublikasının qanunlarının,
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının
mətnində mötərizədə
dəyişiklik edilən
hüquqi aktın dərc edildiyi, habelə ona əvvəllər edilmiş
dəyişiklikləri əks
etdirən topluların
(külliyyatların) illəri,
nömrələri (kitabları)
və maddələri
onlara növbəti dəyişiklik edilərkən
birləşdirilərək Cild kimi qeyd
edilir.”;
1.10. 76-cı maddə üzrə:
1.10.1. 76.3-cü maddə ləğv edilsin;
1.10.2. 76.4-cü maddəyə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Hər 10 ildən
bir Azərbaycan Respublikasının qanunlarının,
Azərbaycan Respublikası
Prezidentinin aktlarının
və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının
mətnində mötərizədə
ləğv edilən hüquqi aktın dərc edildiyi, ona əvvəllər edilmiş dəyişiklikləri
əks etdirən topluların (külliyyatların)
illəri, nömrələri
(kitabları) və maddələri onlara növbəti dəyişiklik
edilərkən birləşdirilərək
Cild kimi qeyd edilir.”;
1.11. 84.4-cü maddənin ikinci cümləsindən
“, habelə Azərbaycan
Respublikasının qanunvericiliyinə
uyğun olaraq hüquqi məlumatın yayılması üçün
xüsusi razılığa
(lisenziyaya) zərurət
olduqda, hüquqi məlumatın yayılması
üçün belə
xüsusi razılığın
(lisenziyanın) verilmə
nömrəsi və tarixi” sözləri çıxarılsın.
Maddə 2. Keçid
müddəalar
2.1. Azərbaycan Respublikasının
qanunlarının, Azərbaycan
Respublikası Prezidentinin
aktlarının və
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarlarının mətnində
mötərizədə, dəyişiklik
edilən və ya ləğv edilən hüquqi aktın dərc edildiyi, habelə
2024-cü il yanvarın
1-dək olan dövr ərzində ona edilmiş dəyişiklikləri
əks etdirən topluların (külliyyatların)
illəri, nömrələri
(kitabları) və maddələri onlara növbəti dəyişiklik
edilərkən birləşdirilərək
Cild I kimi qeyd edilir.
2.2. 2025-ci il yanvarın
1-dək normativ hüquqi
aktın layihəsinin
hazırlanması, razılaşdırılması
və normayaratma orqanına təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə, habelə kağız daşıyıcısında və
eyni zamanda elektron daşıyıcılarında
mətn faylları formasında həyata keçirilir.
Maddə 3. Bu Konstitusiya Qanununun
1.6.3-cü, 1.9.3-cü və 1.10.2-ci maddələri 2024-cü il
yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2023-cü il
Azərbaycan. - 2023.-6 avqust.-
S.5.