H.S.Zeynalovun Azərbaycan
Respublikasının Türkmənistanda
fövqəladə və
səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Həsən
Sultan oğlu Zeynalov Azərbaycan
Respublikasının Türkmənistanda
fövqəladə və
səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
29 avqust 2023-cü il
Azərbaycan.- 2023.- 30 avqust.-
S.2.