Uğur diplomatiyası

 

Azərbaycanın prinsipial mövqeyi Ermənistanın ümidlərini puça çıxarır

 

Azərbaycan dövləti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurları sayəsində tarixin inkişaf istiqamətini dəyişir. Bu istiqaməti bütün bəşəriyyət üçün faydalı olan tərəqqiyə, insanların rifahına xidmət edən yeni bir məcraya yönəldir.

Tutduğumuz yol isə yalnız sülhdən keçir. Bir məqamı da qeyd edək ki, bu gün Azərbaycan qlobal dünyamızın reallıqları ilə ən adekvat şəkildə davranan dövlətlərdəndir. Eyni zamanda respublikamızın uzun illər ərzində beynəlxalq aləmdə qazandığı etibarlı tərəfdaşlıq imici, başqa dövlətlərin Azərbaycana ölkə rəhbərinə inamı xarici əlaqələrdə mövqelərimizi möhkəmləndirir, yeni nailiyyətlərimizə uğurlu yol açır.

Aparılan beynəlxalq siyasətin uğurlarında, təbii ki, respublikamızın tam müstəqil olmasının, istənilən məsələyə sərbəst gerçək mövqeyini müəyyənləşdirməsinin böyük rolu var. Çünki başqa dövlətlərin diktəsi ilə hərəkət edən hər hansı ölkə   müstəqil siyasət apara bilər, beynəlxalq aləmdə nüfuz qazanar.

Lakin hamıya o da məlumdur ki, məğlubiyyətə uğrayan Ermənistan, onların revanşist qüvvələri hələ regionda formalaşan yeni arxitekturanı, olduqca pozitiv əməkdaşlıq imkanlarını, inkişafı təhlükəsizliyi təhdid edir, açılan yeni perspektivlərə zərbə vurmağa çalışırlar. Ermənistanın bilərəkdən davamlı dezinformasiyası, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək çaşdırmaq üçün təxribat xarakterli kampaniyaları, sübutu olmayan iddiaları, əslində, Azərbaycanın suverenliyinə ərazi bütövlüyünə xələl gətirməyə yönələn yaramaz avantüradır. Bütün bunlar planlaşdırılmış siyasi riyakarlığın təcəssümü, təxribat xarakterli məsuliyyətsiz siyasi davranışlardır. BMT Təhlükəsizlik Şurasının keçirilmiş toplantısı da bu baxımdan istisna olmadı.

Azərbaycanın ermənilər yaşayan Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun, guya, "bağlanmasından" sonra yaranmış "humanitar böhran"ın müzakirəsi üçün BMT Təhlükəsizlik Şurasının avqustun 16-da keçirdiyi təcili iclas Ermənistanın növbəti ifşası ilə başa  çatdı. İclasdan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın onun timsalında bütün havadarlarının ironik vəziyyəti 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan Prezidentinin qələbə müjdələrindəki məşhur ifadədən dillərə düşən " oldu, Paşinyan?" sualını xatırladır. Çünki rəsmi İrəvan bu dəfə Azərbaycan diplomatiyasından sarsıdıcı zərbə aldı BMT Təhlükəsizlik Şurasının bu təcili iclasına bağladığı bütün məkrli ümidləri puç oldu.

"Yardım karvanı" şousu iflasa uğradı

Ermənistan da, beynəlxalq aləmdəki havadarları da BMT-nin Təhlükəsizlik Şurasının iclasına böyük ümidlərlə getmişdilər. Bu toplantının təşkilində haqqın deyil, nahaqqın yanında olan bu mövqeyi ilə bir çox Avropa dəyərlərinin üzərindən xətt çəkən Fransa xüsusilə böyük canfəşanlıq göstərirdi. Əslində, belə bir iclasın təşkili üçün hər detalı diqqətlə düşünülmüş süjetli ssenari hazırlanmışdı. Ermənistanın Laçın istiqamətində yaratdığı "yardım karvanı" şousu bu ssenarinin başlanğıc epizodu idi. Onlar hesab edirdilər ki, bundan istifadə edib BMT-nin Təhlükəsizlik Şurasının iclasından Azərbaycana qarşı bir bəyanat qopara biləcəklər. Ermənistan havadarlarının daha böyük niyyəti isə Azərbaycanın Laçın dəhlizini, guya, blokadaya alması, Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırıma məruz qoyması barədə uydurulmuş "faktı" BMT Təhlükəsizlik Şurasının müvafiq iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına nail olmaq idi.

Həyatın gərdişinə baxın ki, BMT-nin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən müvafiq dörd qətnaməsinə BMT Təhlükəsizlik Şurası sədrinin bu barədə bir sıra bəyanatlarına 30 ilə yaxın dövrdə açıq-aşkar məhəl qoymayan sonda ordumuz tərəfindən torpaqlarımızdan qovulan Ermənistan indi Təhlükəsizlik Şurası üçün belə bir şou yaratmışdı. Ermənistanın iclasda xarici işlər naziri səviyyəsində iştirakı da rəsmi İrəvanın bu toplantı ilə bağlı böyük gözləntilərindən xəbər verirdi. Ermənistan diplomatiyası da, ermənilərin havadarlarının vəziyyəti dramatikləşdirmək üçün göstərdikləri canfəşanlıq da, onların birlikdə düşündükləri "humanitar böhran" ssenarisi Nyu Yorkda tam iflasa uğradı.

Ermənistanın riyakarlığının ifşası

BMT  Təhlükəsizlik Şurasındakı müzakirələrlə bağlı Ermənistanın rəsmi dairələrinin, erməni diasporu lobbisinin, ermənipərəst dairələrin bütün səyləri nəticəsiz qaldı. Ermənistanın uydurma tezislərini faktiki olaraq heç bir ölkə dəstəkləmədi.

Ermənilərin gözləntilərinin əksinə olaraq BMT Təhlükəsizlik Şurasının müzakirələrində iştirak edən dövlətlərin heç biri xalqların öz müqəddəratını təyinetməsi prinsipindən, qondarma Dağlıq Qarabağ rejiminin tanınmasından, Qarabağda yaşayan ermənilərə qarşı, guya, aclıqla təhdid edilən soyqırımın törədilməsindən, ölümlə nəticələnən aclıq hallarının baş verməsindən bəhs etmədilər.

İclasın nəticəsini sadə dildə belə ifadə etmək olar ki, iştirakçılar toplaşdılar, mövzu ətrafında söhbətləşdilər dağılışdılar. Çünki həqiqət o qədər üzdə aydındır ki, burada Azərbaycanı ittiham etmək, Ermənistanın saxta iddialarını dəstəkləmək üçün heç bir əsas yoxdur. Regionda humanitar böhranla bağlı deyilənlər hər hansı reallığa əsaslanmır. Azərbaycan Qarabağdakı erməniəsilli vətəndaşlarına humanitar yardım göndərməyi təklif edir. Digər tərəfdən, rəsmi Bakı humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunun açıq olduğunu bəyan edir, yüklərin logistik baxımdan daha rahat, əlverişli olan bu yolla daşınması üçün hər cür şəraiti yaradır. Özü indi deyil, hələ 2020-ci ilin noyabrında Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını infrastrukturunu Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) təklif edib. 2021-ci ildə yüklər BQXK tərəfindən həmin əraziyə çatdırılmaq üçün Bərdəyə daşınıb. Yalnız erməni tərəfinin yüklərdən imtina edərək BQXK-nın humanitar yardımı çatdırmasına imkan verməməsi buna mane olub.

Ermənistanın bölgədə yaratdığı ekoloji fəlakətə qarşı Laçın-Xankəndi yolunda Azərbaycan ekofəallarının etirazları başlayandan dərhal sonra isə Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını istəyib. Onların çatdırılması üçün bütün maddi-texniki infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK isə Ermənistan tərəfinin Azərbaycan üzərindən hər hansı təchizatdan imtina cavabını çatdırıb.

İclasda digər faktlar da açıqlanıb. Eyni şəkildə Ermənistan BQXK-nın Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsi təklifini qəbul etməyib. Azərbaycanın dəstəklədiyi bu təklif BQXK-nın tibbi evakuasiyalarını asanlaşdıracaq, tibbi məsələlərin yerində həllinə kömək göstərəcəkdir. Göründüyü kimi, Ermənistan manipulyasiyalarla, riyakar məqsədlərlə buna da imkan verməyib.

Ən pisi isə, Qarabağ bölgəsində təxribatları davam etdirmək, sülh proseslərinə mane olmaq üçün Ermənistan BQXK-nın vasitəçiliyindən sui-istifadə edib. Belə ki, rəsmi İrəvan Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməklə presedentsiz addım atıb. BQXK özü komitənin humanitar mandatına, beynəlxalq nüfuzuna ciddi şəkildə zərbə vuran bu faktı etiraf etməyə məcbur olub.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının iclasında diqqətə çatdırdığı kimi, Ermənistanın BQXK-dan öz siyasi məqsədləri üçün sui-istifadə etməsi açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT- bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir.

Azərbaycanın bölgədə yaratdığı tarixi reallıq

Mövcud həqiqətləri beynəlxalq ictimaiyyətə bu qədər aydın konkret şəkildə təqdim edə bilmək, uğurlu gedişlərlə Ermənistanın havadarlarının oyununu pozmaq isə Azərbaycan diplomatiyasının möhtəşəm nailiyyətidir. Ölkəmiz yaranmış problemi imkana çevirdi. Bu iclas Azərbaycana Ermənistanın əsl simasını, manipulyasiya təxribat cəhdlərini, aparılan sülh danışıqlarındakı qeyri-səmimi mövqeyini ifşa etmək üçün çox böyük bir fürsət oldu. Azərbaycan öz diplomatiyasının gücü ilə Ermənistanın bu xüsusda etdiyi hərəkətlərin əvvəlcədən planlaşdırılmış siyasi riyakarlıqdan irəli gəldiyini bütün dünyaya nümayiş etdirdi. Təhlükəsizlik Şurasına bu ölkənin müraciətinin aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsi olduğunu göstərdi, regionda gərginliyin süni şəkildə artırılmasına yönələn çirkin hərəkətləri ifşa edildi.

Azərbaycanın Laçın dəhlizini, guya, blokadaya alması Qarabağ ermənilərini aclıqla soyqırıma məruz qoyması iddiasını Ermənistanın BMT Təhlükəsizlik Şurasının gündəliyinə gətirərək faktiki heç bir nəticə ala bilməməsi, onun bu məsələni bir daha hansısa beynəlxalq təşkilatın gündəminə çıxarmaq ehtimalını da sıfra endirdi. Bu da Azərbaycan diplomatiyasının daha bir uğurudur. Belə parlaq nailiyyətlər birdən-birə yaranmır. Reallıq, haqq-ədalət qədər ortada görünsə , birilərinin həqiqətlərə göz yummasına, ikili standartlar mövqeyindən çıxış etməsinə ötən onilliklərin tarixində az şahid olmamışıq. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvləri ilə məqsədyönlü aparması, ümumən, ölkəmizin regionda dünyada getdikcə güclənən mövqeyi, tarixi zəfərimizlə bölgədə yaratdığı fürsətlər, dünya iqtisadiyyatı üçün yeni imkanlar burada öz rolunu oynayır.

Təsadüfi deyil ki, bir çox dövlətlərin nümayəndələri iclasdakı çıxışlarında dəmir yollarının açılması, alternativ yolların vacibliyini xüsusi vurğulayırdılar. Bu vacib tezislər Azərbaycanın regionda yaratdığı reallıqlardan irəli gəlir. Bütün bunlar Azərbaycan dövlətinin gücüdür, diplomatiyamızın mükəmməlliyidir. Məruzəçi dövlətlər tərəfindən Laçın dəhlizinə paralel Ağdam-Xankəndi yolunun istifadəsinin mümkünlüyünü bildirməsi Azərbaycanın maraqlarına tam uyğundur.

Ölkəmizin mövqeləri daha da gücləndi

BMT Təhlükəsizlik Şurasının iclasının ana xəttinin ərazi bütövlüyü, suverenlik prinsipləri üzərində qurulması, əslində, Azərbaycanın mövqeyinin müdafiəsinə dəlalət edir. Müzakirələrdə iştirak edən dövlətlərin əksəriyyətinin balanslı çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının beynəlxalq hüquqa uyğunluğunu bir daha nümayiş  etdirdi. Bununla BMT Təhlükəsizlik Şurası səviyyəsində Qarabağdakı separatçılara, Ermənistandakı militarist dairələrə diaspordakı daşnaklara qəti xəbərdarlıq mesajı çatdırıldı ki, onların xam xəyallarındakı müstəqil "Artsax" adlı dövlət qurumu heç vaxt mövcud olmayacaq. Bu iclas Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərk-silah edilməsinin vacibliyini ortaya qoydu, ərazidə terror cəhdlərinin qarşısını almaq məqsədi ilə Azərbaycanın həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi.

Bu iclasdan çıxan nəticələr bir daha göstərdi ki, monoetnik etnik ayrı-seçkilik siyasəti yürüdən Ermənistanın ölkəmizin Qarabağ bölgəsində yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasını əngəlləməkdə əsas motivlərindən biri iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışının qarşısının alınmasıdır. Halbuki Azərbaycan çoxmillətli dövlətdir ölkəmizdəki milli azlıqlar arasında heç bir ayrı-seçkilik yoxdur. Hər bir Azərbaycan vətəndaşı etnik mənsubiyyətindən, dilindən, dinindən asılı olmayaraq, konstitusiyamızla müəyyən edilmiş bərabər hüquq öhdəliklərə malikdir.

BMT Təhlükəsizlik Şurasının iclası başqa həqiqətləri üzə çıxardı. Məsələn, məlum oldu ki, Ermənistan hökuməti erməni diasporu arasındakı ciddi narazılıqlar, anlaşılmazlıqlar gündən-günə dərinləşir. Bir daha təsdiq olundu ki, belə müzakirələrə, ümumiyyətlə, heç bir ehtiyac yox idi, məsələ BMT digər platformalarda deyil, yerində həll olunmalıdır.

Ermənistan da, onun Fransa kimi havadarları da, Qarabağ erməniləri bu cür fiaskolardan sonra, nəhayət, anlamalıdırlar ki, daha onlar üçün başqa yol qalmayıb. Şərtləri diktə edən indi Azərbaycandır Qarabağ erməniləri Azərbaycanın şərtlərini qəbul edib haqq yoluna gəlməlidirlər. Çünki beynəlxalq hüquq da, haqq-ədalət , güc , aydın gələcək, xoşbəxtlik rifah da məhz Azərbaycanın tərəfindədir.

 

İradə ƏLİYEVA

Azərbaycan.- 2023.- 24 avqust.- S.9.