Ermənistan yeni müharibəyə
hazırlaşır?
Məğlub ölkə hərbi-siyasi təxribatlarından,
məkrli oyunlarından
əl çəkmək
istəmir
Ermənistanın son bir aydakı
hərbi-siyasi təxribatları
göstərir ki, məğlub ölkə sülh müqaviləsi bağlamaqda qətiyyən
maraqlı deyil. Sözdə Azərbaycanın
ərazi bütövlüyünü
rəsmən tanıdığını
bəyan edən Ermənistan rəhbərliyinin
əməldəki oyunları
bunu bir daha təsdiqləyir.
BMT Təhlükəsizlik Şurasındakı biabırçı
məğlubiyyətdən sonra ölkə ictimaiyyəti qarşısına
çıxmağa üzü
olmayan İrəvan rəsmiləri yenə də köhnə variantlara əl atırlar. Qarabağ və Şərqi Zəngəzurda hərbi təxribatlar törətməklə,
sadəcə, diqqəti
yayındırmağa çalışan
rəsmi İrəvan
bunu vəziyyətdən
çıxış yolu
kimi görür. Xalqı aldatmağa çalışanlar iddia
edirlər ki, guya, Qarabağdakı separatçılara dəstək
verməyin səbəbi
yeni müharibəyə
hazırlıqdır. Erməni
xalqı isə yaxşı anlayır ki, İkinci Qarabağ müharibəsi
dövründə olduğu
kimi, bu gün də Ermənistanın Azərbaycan
Ordusu qarşısına
çıxara biləcək
hansısa güclü
qüvvəsi yoxdur. Sadəcə olaraq, Ermənistan yenə də havadarlarına "güvənərək" Azərbaycanı
qıcıqlandırmağa çalışır. Demək
olar ki, hər gün Qarabağ və Şərqi Zəngəzur
istiqamətində mövqelərimiz
atəşə tutulur
və ya hansısa təxribatlar törədilir.
Son günlər
ərzində separatçıların
"fəaliyyəti"nə diqqət etsək, görərik ki, haylar ya Azərbaycan
ərazisində müvəqqəti
yerləşən Rusiya
sülhməramlı kontingentinin
müşayiəti ilə
müxtəlif ərazilərə
silah-sursat daşıyır,
ya ordumuzun mövqeləri qarşısında
fortifikasiya qurğuları
quraşdırmağa cəhd
göstərir, ya da mövqelərimizi atəşə tuturlar.
Təkcə son 3 gündə Azərbaycan Müdafiə
Nazirliyinin yaydığı
rəsmi məlumatlar əsasında separatçıların
təxribatlarına nəzər
yetirək.
Avqustun 21-i saat
07:05-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
Azərbaycan ərazisindəki
qeyri-qanuni erməni silahlı dəstələri
ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin
qarşısında uzunmüddətli
fortifikasiya qurğularını
quraşdırmağa cəhd
göstəriblər. Ordumuzun
bölmələri tərəfindən
görülən təxirəsalınmaz
tədbirlər nəticəsində
aparılan işlər
dərhal dayandırılıb.
Bundan başqa, səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri
Basarkeçər rayonunun
Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış
məntəqələri istiqamətlərində
yerləşən mövqelərindən
ordumuzun Kəlbəcər
rayonunun Zəylik və Bəzirxana yaşayış məntəqələri
istiqamətlərində yerləşən
mövqelərini müxtəlif
çaplı atıcı
silahlardan atəşə
tutublar. Bölmələrimiz
tərəfindən qeyd
olunan istiqamətlərdə
cavab tədbirləri görülüb.
Həmin gün
Ermənistan tərəfindən
mülki aviasiya vasitələrimizə yenidən
radiomaneələr tətbiq
olunub. Nazirliyin yaydığı məlumatda
qeyd edilir ki, Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən yerli və xarici aviaşirkətlərinin sərnişin
təyyarələrinin GPS peyk
naviqasiya sistemlərinə
qarşı Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
ərazilərimizdəki qeyri-qanuni
erməni silahlı dəstələri tərəfindən
radiomaneələrin tətbiqi
yenidən intensivləşib.
Hava məkanımızdan
keçən uçuşların
təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz
silahlı birləşmələr
növbəti təxribata
əl atıblar. Belə ki, avqustun
21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu
üzrə uçuş
yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli
sərnişin təyyarəsinə
radiomaneələrin tətbiqi
nəticəsində GPS peyk
naviqasiya sistemlərində
fasilə yaranmışdı.
Müdafiə Nazirliyi
tərəfindən faktla
bağlı Rusiya sülhməramlı kontingentinin
komandanlığı məlumatlandırılsa
da, heç bir tədbir görülməyib.
Qeyd edək
ki, mülki aviasiyanın təhlükəsizliyinə
radiotexniki müdaxilə
qəbuledilməzdir və
Beynəlxalq Mülki Aviasiya Təşkilatının
müəyyən etdiyi
qaydalara ziddir.
Avqustun 21-i saat
10:25-dən 10:30-dək Kəlbəcər
rayonunun Yellicə yaşayış məntəqəsi
istiqamətində yerləşən
mövqelərimiz atıcı
silahlardan atəşə
tutulub. Hərbçilərimiz
tərəfindən cavab
tədbirləri görülüb.
Axşan saat 19:45 radələrində erməni
silahlı dəstələrinin
ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri
ilə üzbəüz
mövqelərini gücləndirmək
məqsədilə "Ural"
markalı hərbi nəqliyyat vasitəsində
yerdəyişmə fəaliyyəti
müşahidə edilib.
Bölmələrimizin sayıqlığı
nəticəsində qeyd
olunan istiqamətdə
qəti tədbirlər
görülüb, yerdəyişmənin
qarşısı alınıb.
Həmin gün
axşam saat 22:50-dən
avqustun 22-si saat 02:05-dək
Dəvəli rayonunun Birəli, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri
istiqamətlərində yerləşən
mövqelərindən Naxçıvan
Muxtar Respublikasının
Sədərək rayonunun
Qaraağac və Laçın rayonunun Minkənd yaşayış
məntəqələri istiqamətlərində
yerləşən mövqelərimiz
müxtəlif çaplı
atıcı silahlardan
fasilələrlə atəşə
tutulub. Bundan başqa, avqustun 22-si saat 06:15-dən 07:20-dək qeyri-qanuni
erməni silahlı dəstələri Azərbaycan
Ordusunun Tərtər,
Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən
mövqelərinin qarşısında
uzunmüddətli fortifikasiya
qurğularını quraşdırmağa
cəhd göstərsələr
də, ordumuzun bölmələri tərəfindən
görülən təxirəsalınmaz
tədbirlər nəticəsində
aparılan işlər
dərhal dayandırılıb.
Nazirliyin digər
məlumatında qeyd edilir ki, Rusiya
sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi
ərazilərimizdə qeyri-qanuni
erməni silahlı dəstələri ordumuzun
bölmələrinə qarşı
terror-təxribat fəaliyyətlərini
həyata keçirmək
məqsədilə Qarabağ
iqtisadi rayonunda təminat yolları və döyüş mövqelərimizə yaxın
ərazilərdə texniki
müşahidə və
dinləmə vasitələri
quraşdırıb. Hərbi
qulluqçularımızın təhlükəsizliyinin təmin
edilməsi məqsədilə
görülən tədbirlər
nəticəsində qeyri-qanuni
erməni silahlı dəstələrinə məxsus
30-dək texniki müşahidə
və dinləmə vasitəsi sıradan çıxarılıb.
Avqustun 22-də Ermənistan tərəfinin
törətdiyi təxribat
zamanı Azərbaycan
Ordusunun hərbi qulluqçusu yüngül
yaralanıb. Yaralı
hərbi qulluqçumuza
dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə
edilib.
Avqustun 22-də ordumuzun Kəlbəcər
rayonunun Yellicə və Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri
istiqamətlərində yerləşən
mövqeləri atıcı
silahlardan fasilələrlə
atəşə tutulub.
Həmin gün separatçılar Xocalı
rayonu istiqamətində
yerləşən mövqelərimizin
qarşısında uzunmüddətli
fortifikasiya qurğularını
quraşdırmağa cəhd
göstəriblər. Ordumuzun
bölmələri tərəfindən
görülən təxirəsalınmaz
tədbirlər nəticəsində
aparılan işlər
dərhal dayandırılıb.
Avqustun 23-ü saat 02:10 radələrində
Kəlbəcər rayonunun
Zəylik yaşayış
məntəqəsi istiqamətində
yerləşən mövqelərimiz
atıcı silahlardan
atəşə tutulub.
Hərbçilərimiz tərəfindən
qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
Bütün bu faktlar bir
daha təsdiqləyir ki, düşmən öz xislətindən əl çəkmir. Lakin Ermənistan rəhbərliyi unudur ki, bu çirkinlikləri
ilə heç nəyə nail ola bilməyəcək. Əslində, rəsmi İrəvana bəllidir ki, Azərbaycanla yenidən müharibəyə
cəhd göstərsə,
aqibəti yaxşı
olmayacaq. Lakin sülh müqaviləsinin
imzalanmasından yayınmaq
üçün təxribatlar
törətməyə məcburdurlar.
Düşmən anlamalıdır
ki, bunun da sonu olmalıdır.
Müzəffər Ali Baş Komandan
İlham Əliyev bu barədə onlara öz mesajını göndərib.
Revanşistlər unutmamalıdırlar ki, bu gün Azərbaycan
Bayrağı Ağdamda,
Füzulidə, Cəbrayılda,
Qubadlıda, Zəngilanda,
Kəlbəcərdə, Laçında,
Şuşada, Hadrutda,
Talışda, Suqovuşanda
və neçə-neçə
yüzlərlə kənddə
dalğalanır. O bayrağa
uzaqdan baxmağa da qorxurlar. Bir
gün gözlərini
açıb Azərbaycan
Bayrağını öz
başları üzərində
görə bilərlər.
Qarabağın erməni
əhalisinin isə iki seçimi var - ya Azərbaycan
Bayrağı altında
yaşamalı, ya da ki çıxıb
getməlidirlər.
Ali Baş
Komandanın bu fikri, əlbəttə ki, İrəvana, revanşistlərə ciddi
xəbərdarlıqdır. Həm Hayastan rəhbərliyi, həm də erməni xalqı yaxşı bilir ki, İlham
Əliyev söz dedisə, gec-tez onu reallaşdırır. Sözü imzası qədər keçərli
olan qalib Sərkərdə müharibədən
öncə nə demişdisə, onların
hamısını gerçəkləşdirdi. İndi isə İlham Əliyev deyir ki, bir gün
haylar gözlərini açıb başları
üzərində Azərbaycan
Bayrağının dalğalanacağını
görəcəklər. Bundan
sonra ermənilərin
özləri də etiraf etdilər ki, İlham Əliyevin bu fikirləri çox keçməz Hayastan
KİV-inin manşet xəbərlərinə çevrilər.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2023.- 24 avqust.- S.9.