Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin 30 illik yubileyi təntənəli şəkildə qeyd edilib

 

 

Azərbaycan Respublikasının Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin şəxsi heyəti Xidmətin 30 illik yubileyi münasibətilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi dövlət xadimi Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edib, əziz xatirəsini ehtiramla anıb, Ulu Öndərin görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın məzarları önünə əklil gül dəstələri qoyublar.

Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edərək Vətənimizin müstəqilliyi, xalqımızın azadlığı, sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş mərd bacı qardaşlarımızın xatirəsini ehtiramla yad edərəkƏbədi məşəlabidə kompleksi önünə əklil qoyublar.

Bu barədə AZƏRTAC-a Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.

Sonra Xidmətin rəisi rəhbər heyət Xidmətin inzibati binasının foyesində Ulu Öndərə həsr olunmuş guşəyə baxış keçirərək Heydər Əliyevin büstü önünə əklil gül dəstələri qoyublar.

Daha sonra Xidmətin inzibati binasında təntənəli yubiley mərasimi keçirilib.

Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi generalleytenant İlqar Musayev tədbirdə çıxış edərək

Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyəti, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarması, müdrik uzaqgörən siyasətçi kimi ölkəmizin təhlükəsizliyinə xüsusi diqqət yetirməsi Xidmətin yaranması haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, Ulu Öndərin 1993 - il 23 avqust tarixli 734 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti yaradılıb, onun əsasında isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaradılıb. Bu gün ölkədə etibarlı rabitə-kommunikasiya sisteminin yaradılması informasiya təhlükəsizliyinin mühafizəsi üzrə mühüm vəzifələrin yerinə yetirilməsində Xidmətin səmərəli rolunu vurğulayıb.

Tədbirdə Xidmət rəisi dövlətimizin başçısı İlham Əliyevin hərtərəfli diqqət qayğısı sayəsində Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət orqanları üçün xüsusi rabitənin, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin şəbəkələrin keyfiyyətli, dayanıqlı təhlükəsiz fəaliyyətinin təmin edilməsi istiqamətində vəzifə borclarını layiqincə yerinə yetirilməsini Xidmətin birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olmasını onun qarşısında hesabat verməyini vurğulayıb.

Sonra Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi Xidmətin bir sıra əməkdaşlarının təltif olunması haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamlarını oxuyaraq, bu münasibətlə təltif olunanları təbrik edib.

Sonda Xüsusi Rabitə İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin kollektivi adından Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edilib.

 

Azərbaycan.- 2023.- 24 avqust.- S.8.