Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan ermənilərə humanitar
yüklərin çatdırılmasına
dəstək verməyə
hazırdır
Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC)
1920-ci ildən bəri
Beynəlxalq Qızıl
Xaç və Qızıl Aypara Hərəkatının tərkib
hissəsi olaraq, Hərəkatın 7 fundamental
prinsipini, xüsusilə
“bitərəflik”, “qərəzsizlik”,
“vahidlik” prinsiplərini
rəhbər tutaraq həm sülh dövründə, həm
hərbi münaqişələr
şəraitində, eyni
zamanda, fövqəladə
hallar zamanı dini etiqadından, milli mənsubiyyətindən,
irqindən, siyasi baxışlarından asılı
olmayaraq, insanlar arasında fərq qoymadan müharibə qurbanlarına, məcburi köçkün və qaçqınlara, minadan zərərçəkmişlərə və ehtiyacı olan digər insanlara zəruri humanitar yardımlar göstərir. AzQAC istər Birinci Qarabağ savaşı, istər Vətən müharibəsi zamanı,
istərsə də yeni növ koronavirus
(COVID-19) pandemiyası dövründə
Beynəlxalq Qızıl
Xaç Komitəsi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası ilə sıx əməkdaşlıq
çərçivəsində zərərçəkmiş şəxslərə
müvafiq humanitar yardımlar göstərib.
30 illik fəaliyyətləri
dövründə hər
iki beynəlxalq qurum respublikada humanitar sahədə kifayət qədər müxtəlif layihələr
həyata keçirib.
Təəssüflər olsun
ki, son vaxtlar
Qarabağ bölgəsində
yaşayan erməni sakinlərin humanitar ehtiyacları mövzusu ətrafında qərəzli
kampaniya aparılmasının
şahidi oluruq.
AZƏRTAC xəbər verir ki, bu
barədə Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin bəyanatında
bildirilib.
Bunu nəzərə alaraq, Azərbaycan Qızıl Aypara Cəmiyyəti bəyan edib: “Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun 3.0.1; 3.0.8; 3.0.9 maddələrinə, “Qızıl Xaç və Qızıl Aypara Emblemlərindən istifadə və onların müdafiəsi haqqında” Qanunun 6, 9, 15-ci maddələrinə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizamnaməsinə, Beynəlxalq Hərəkatın “vahidlik” prinsipinə, Beynəlxalq Federasiyanın Konstitusiyasına və mandatına uyğun olaraq, əməkdaşlarının və könüllülərinin köməyi ilə Ağdam-Xankəndi yolu ilə zəruri ərzaq, tibbi ləvazimat, dərman preparatları, geyim və s. ilə təchiz olunmuş istənilən humanitar yükün erməni millətindən olan sakinlərə çatdırılmasına dəstək verməyə hazırdır. Belə ki, bu humanitar missiyanı həyata keçirmək həm milli qanunvericiliyin, həm də Cenevrə konvensiyaları və ona edilmış əlavələrin, həmçinin 1997-ci ildə qəbul edilmiş Sevilya Razılaşmasına 2022-ci ildə edilmiş müvafiq dəyişikliyin tələblərinə tam uyğundur. Həmin dəyişikliyə əsasən, humanitar yardımların həyata keçirilməsində aparıcı rol milli cəmiyyətlərə verilir. Bu humanitar missiyanın həyata keçirilməsi üçün milli cəmiyyət kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bütün potensialı səfərbər olunub”.
Azərbaycan.- 2023.- 24 avqust.- S.8.