Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyinin əməkdaşları
peşə bayramlarını
qeyd ediblər
Azərbaycan Respublikasının Prezidentiíèí
21 avqust 2008-cè il tarixli Sərəncamı ilə hər il avqust ayının
23-ü xüsusi dövlət
mühafizə xidməti
əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Peşə bayramı
münasibətilə Agentliyin
əməkdaşları Fəxri
xiyabana gələrək,
Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı
önünə əklil
qoyublar. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə
gül dəstəsi düzülüb.
Sonra Şəhidlər
xiyabanında Vətənimizin
müstəqilliyi və
ərazi bütövlüyü
uğrunda canlarını
qurban vermiş oğul və qızlarımızın unudulmaz
xatirəsi yad edilərək məzarları
üstünə güllər
düzülüb, "Əbədi
məşəl" abidəsinin
önünə əklil
qoyulub.
Xüsusi dövlət
mühafizə orqanlarının
yaranmasının 30-cu ildönümü
münasibətilə tədbir
Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyinin akt zalında davam etdirilmişdir.
Tədbirdə çıxış edən
Agentliyin rəisi general-mayor İlqar Abbasov ilk öncə
Agentliyin əməkdaşlarını
peşə bayramı
münasibətilə təbrik
etdi. Qeyd etdi ki, xüsusi
dövlət mühafizəsi
orqanlarının yaradılmasından 30 il ötür. Keçən
30 illik dövr ərzində xüsusi dövlət mühafizəsi
orqanları zəngin tarixi və döyüş yolu keçmişdir.
Azərbaycanda dövlət səviyyəsində
mühafizə xidmətinin
qurulması işinə
ilk dəfə
1918-1920-ci illərdə Azərbaycan
Xalq Cümhuriyyətinin
dövründə başlanmışdır.
18 fevral 1919-cu ildə
Azərbaycan Demokratik Xalq Cumhuriyyəti Parlamentinin 15-ci iclasında
"Azərbaycan Parlamentinin
Mühafizə Dəstəsi"nin
yaradılması haqqında
qanun qəbul edilmiş və polkovnik-leytenant Nağı
Əli-zadə Mühafizə
Bölüyünün rəisi
vəzifəsinə təyin
edilmişdir.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə mühafizə xidməti bir çox dəyişikliklərə
uğrasa da, zəruri bir qurum kimi öz
inkişafını davam
etdirmişdir.
Mühafizə Xidmətinin müasir tarixinin ən unudulmaz səhifələri
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 15 iyun
1993-cü ildə xalqın
çağırışı ilə Azərbaycanın müdrik oğlu, görkəmli dövlət
xadimi Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan
sonra bütün
sahələrdə əsaslı
dəyişikliklər edilmişdir.
O cümlədən, 23 avqust
1993-cü il tarixdə
Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını
Mühafizə İdarəsi
ilə Azərbaycan Respublikasının Milli Qvardiyası bazasında Azərbaycan Respublikasının
Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını
Baş Mühafizə
İdarəsi yaradılmışdır.
6 may 2002-ci il tarixdə Baş Mühafizə İdarəsi
Azərbaycan Respublikasının
Xüsusi Dövlət
Mühafizə Xidməti
adlandırılmışdır.
Ölkəmizdə irimiqyaslı enerji layihələrinin həyata
keçirilməsi və
bu enerji layihələrinin təhlükəsizliyinin
təmin edilməsi zərurəti ilə əlaqədar 31 may
2003-cü il tarixdə
Xüsusi Dövlət
Mühafizəsi Xidmətinin
nəzdində İxrac
Neft və Qaz Boru Kəmərlərinin
Təhlükəsizliyi İdarəsi
yaradılmışdır.
30 illik dövr
ərzində xüsusi
dövlət mühafizə
xidməti orqanlarının
əməkdaşları yüksək
vəzifəli şəxslərin
təhlükəsizliyinin, o cümlədən, Azərbaycan
Respublikası Prezidentinin
mühafizəsi və
ali dövlət hakimiyyət orqanlarının,
neft və qaz kəmərlərinin və onların yerüstü qurğularının,
digər strateji əhəmiyyətli obyektlərin
etibarlı şəkildə
qorunması sahəsində
öz üzərlərinə
düşən vəzifələri
layiqincə yerinə yetirmişlər. Həmçinin,
Azərbaycan Respublikasının
ərazi bütövlüyü
uğrunda gedən döyüşlərdə xüsusi
dövlət mühafizə
xidmətinin hərbi qulluqçuları şərəflə
iştirak etmiş, qəhrəmanlıqlar göstərmişlər.
Ölkəmizdə ictimai-siyasi
sabitliyin qorunması, baş verə biləcək terror-təxribat
aktlarının qarşısının
qətiyyətlə alınması
kimi ən mühüm sahələrdə
xidmətin hərbi qulluqçularının daim
nümunəvi fəaliyyəti
və fədakarlığı
diqqəti cəlb etmişdir.
Milli dövlətçiliyimizin
qorunması işində
mühüm yer tutan xüsusi mühafizə sistemində
çalışan əməkdaşların
fədakar və nümunəvi fəaliyyəti
Azərbaycan Respublikasnn
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən
yüksək qiymətləndirilmişdir.
Məhz xidmətin maddi-texniki bazasının
gücləndirilməsi, əməkdaşların
sosial rifahı, mənzil şəraitinin yaxşılaşdırılması, hər il əməkdaşların
ali dövlət mükafatları ilə təltif olunması, yubiley medallarının təsis edilməsi həmin diqqət və qayğının bariz nümunəsidir.
Möhtərəm cənab Prezident İlham Əliyevin
16.03.2020-ci il tarixli fərmanı ilə xüsusi mühafizə sahəsində dövlət siyasətinin
daha da təkmilləşdirilməsi
məqsədilə Xüsusi
Dövlət Mühafizə
Xidməti ləğv
edilmiş və yeni 3 qurum yaranmışdı
Həmin qurumlardan
biri kimi Strateji Obyektlərin Mühafizəsi Dövlət
Agentliyi ixrac neft və qaz
boru kəmərlərinin
mühafizəsini, o cümlədən,
mühafizə olunan şəxslərin və əksər strateji obyektlərin təhlükəsizliyinin
təmin edilməsi, mühafizə olunan şəxslər və obyektlərə qarşı
ola biləcək təhlükələrin qarşısının
alınması sahəsində
qanunamüvafiq qaydada fəaliyyət göstərir.
Beynəlxalq terrorizmin
və sui-qəsdlərin
geniş vüsət aldığı bir vaxta mühafizə işinin təkmilləşdirilməsi,
elm və texnikanın naiiyyətlərindən
istifadə olunması,
yüksək peşəkarlığa
malik kadrların hazırlanması Agentliyin
qarşısında duran
əsas vəzifələrdir.
Agentliyin kadr siyasəti həyata keçirilərkən müharibə
iştirakçılarının Agentlikdə həqiqi hərbi xidmətə qəbul edilməsinə xüsusi diqqət yetirilmiş, son bir il ərzində
63 nəfər II Qarabağ
müharibəsinin iştirakçısı
hərbi xidmətə
qəbul edilmişdir.
Cənab Prezidentin
rəhbərliyi altında
uğurla həyata keçirilən islahatların
və stabilliyin qorunub saxlanılması ilə bağlı mühafizə sahəsində
qarşımıza qoyulan
vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar Strateji Obyetlərin Mühafizəsi
Dövlət Agentliyinin
əməkdaşları döyüş
tapşırıqlarının yerinə yetirilməsində
daha fəal mövqe tutmalı, dövlətə və dövlətçilik ideyalarına
daha sədaqətlə
xidmət göstərməlidir.
Qarşıda duran şərəfli və məsuliyyətli vəzifələrin icrası
üçün hər
birinizə tükənməz
fiziki və mənəvi qüvvə arzulamaqla bu günkü peşə bayramı münasibətilə
Agentliyin şəxsi heyətini təbrik edirəm. Hər birinizə möhkəm can sağlığı, uzun ömür, xidməti fəaliyyətinizdə
uğurlar, ökəmizə
sülh və əmin-amanlıq arzulayıram.
Tədbirin sonunda Agentliyin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiy”i yubiley medalı, digər medal və mükafatlarla təltif edildilər.
Azərbaycan.- 2023.- 24 avqust.- S.8.