Otuz bir il əvvəl şəhid olan Məhərrəm Abbasov torpağa tapşırılıb
Otuz bir il əvvəl Şuşada - Daşaltı
uğrunda gedən döyüşlərdə şəhid
olan Məhərrəm
Abbasov paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində
Şəhidlər xiyabanında
torpağa tapşırılıb.
AZƏRTAC
xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları
ilə yanaşı, hökumət, Müdafiə
Nazirliyi və Nizami rayon ictimaiyyətinin
nümayəndələri, o cümlədən döyüş
yoldaşları, rayon sakinləri,
qazilər, media nümayəndələri
iştirak ediblər.
Şəhid Məhərrəm Abbasov
əsgəri ənənələrə
uyğun olaraq yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət
Himninin sədaları
altında torpağa tapşırılıb.
Dəfn
mərasimində şəhidlərimizin
ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə
sülh və əmin-amanlıq arzulanıb,
şəhidin məzarına
tər güllər düzülüb, əklil
qoyulub.
Şəhidin nəşinin büküldüyü
üçrəngli bayraq
oğlu İlkin Abbasova təqdim olunub.
Atamı son
dəfə görəndə
5 yaşım var idi...
Şəhidin övladı İlkin Abbasov jurnalistlərə müsahibəsində otuz
bir ildir atasının qəbrini ziyarət etmək üçün məzarının
olmamasının onlar
üçün çox
ağır olduğunu
deyib: “Atamı son dəfə görəndə 5 yaşım
var idi. Şəhid olduğunu bilirdik. Onun yoxluğu bizim üçün nə qədər acı olsa da, sarılıb
ağlayacaq, dərdimizi
bölüşəcək məzarının olmaması
idi. Çox şükür ki, nəşinin qalıqları
tapıldı və biz onu qəhrəman
kimi dəfn edə bildik. Onun nəşinin qalıqlarının tapıldığını
eşidəndə çox
sevindik. Vətən müharibəsində əldə
edilən Qələbə,
şəhidlərimizin, qazilərimizin
göstərdikləri qəhrəmanlıq
sayəsində inanıram
ki, atam Məhərrəm Abbasov kimi ərazi bütövlüyümüz uğrunda
canından keçən
igidlərin ruhu şaddır. Allah bütün şəhidlərimizə
rəhmət eləsin.
Qazilərimizə cansağlığı,
Ordumuzun hərbi qulluqçularına güc-qüvvət
arzulayıram”.
Mən bu dünyada ad qoymadan getməyəcəyəm...
Şəhidlə bağlı xatirələrini
bölüşən qardaşı
Azad Abbasov deyib: “Məhərrəm məndən iki yaş böyük olsa da, onunla
dost kimi idik. Bilmirəm, təsadüfdür ya qismət, onun doğum tarixi fevralın 26-na, şəhadət
tarixi isə yanvarın 26-na təsadüf
etdi. Özündən
sonra elə bir ad qoydu
ki, uzun illər danışılacaq.
Əsasən Şuşa,
Malıbəyli, Quşçular
istiqamətində döyüşlərdə
çox qəhrəmanlıqlar
nümayiş etdirib. Yaralananda üstündə
olan əşyaları,
saatını, hərbi
biletini, övladlarının
şəklini yaxın
dostuna verib və bunları oğluna çatdırmağı
vəsiyyət edib. O da gətirib vermişdi. Ayağındakı
yarası o qədər
ağır imiş ki, Daşaltıdan Şuşaya çıxmağı
mümkünsüz imiş.
Məhərrəm daxil
yeddi yaralı döyüşçü Daşaltıda
qalmışdı. Daşaltıda
yeddi nəfərin nəşinin qalıqlarının
tapıldığını eşidəndə onlardan birinin Məhərrəm olduğunu yəqin etdik. Bilmirik sevinək, ya kədərlənək, hisslərimiz
çox qarışıqdır.
Bircə onu bilirəm ki, Məhərrəm kimi qəhrəmanların ruhu
uzun illərdən sonra sakitlik tapıb. Onun ruhu azad Şuşanın
səmasında dolanır.
Arzulayıram ki, bütün itkinlər tapılsın və doğmalarının gözləri
yollarda qalmasın”.
Məhərrəm əsir düşməmək
üçün özünü
güllələyib
Şəhidin döyüş yoldaşı
Sərxan Mehdiyev Məhərrəmlə tanışlığının
ordumuzun yeni formalaşdığı dövrlərə
- 1991-ci ilin noyabrına
təsadüf etdiyini deyib. O, Məhərrəmi
vətənpərvər, döyüşkən,
qəhrəman, mərd,
cəsarətli döyüşçü
kimi xatırladığını
diqqətə çatdırıb:
“Onunla eyni istiqamətdə döyüşmüşəm.
Son görüşümüz
1992-ci il yanvarın
25-də oldu. Bu dəfə hər birimiz müxtəlif istiqamətlərdə Daşaltı
əməliyyatına göndərildik.
Bu, Azərbaycan Ordusunun ilk hücum
əməliyyatı idi
və çox təəssüf ki, uğursuzluqla nəticələndi.
Əməliyyata gedəndə
bilirdik ki, oradan sağ çıxmaq şansımız
azdır. Lakin hər şeyi gözə alaraq döyüşə atıldıq.
Təəssüf ki, Məhərrəm kimi cəsur döyüşçü
yoldaşlarımızı itirdik. Hətta şəhidlərimizin bir
neçəsinin nəşini
ərazidən çıxara
bilmədik. Sonradan öyrəndik ki, ağır yaralanan Məhərrəm əsir
düşməmək üçün
özünü güllələyib.
Şükürlər olsun
ki, 31 ildən sonra onu adına
layiq şəkildə
dəfn edə bildik. Vətən müharibəsində Azərbaycan
Ordusunun əldə etdiyi parlaq Qələbə
həm bizim - Birinci Qarabağ müharibəsi qazilərinin
illərdir çəkdiyi
iztiraba son qoydu, həm də şəhidlərimizin
narahat ruhlarını
şad etdi”.
Qeyd edək ki, şəhid Məhərrəm Abbasov Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.
Azərbaycan.- 2023.- 24 avqust.- S.8.