Qardaş həm də dostdursa...
Azərbaycan-Özbəkistan əlaqələri qədim tarixə, bu günün çağırışlarına və gələcək perspektivlərə söykənir
Azərbaycanla Özbəkistan arasında
əlaqələrin, münasibətlərin
tarixi qədimdir. Səlcuqların, Xarəzmşahın,
Əmir Teymurun, bütövlükdə Türküstan
adlanan dövrdən formalaşan bu əlaqələr əsrlər,
qərinələr keçdikcə
yeni mahiyyət və məzmun almış, keyfiyyətcə
yeni mərhələlərə qədəm qoymuşdur.
İnsaf xatirinə
etiraf edək ki, Bakı ilə
Daşkənd arasında
əlaqələrin inkişafında
keçmiş SSRİ-nin
də rolu az olmayıb. Hər iki müttəfiq
respublikanın eyni dövlətin tərkibində
olması bu əlaqələri təkcə
ittifaqdaxili deyil, ikitərəfli formatda da inkişaf etdirib. Özbək və Azərbaycanın, o
zamanın təbirincə
desək, zəhmətkeşlərinin
qarşılıqlı səfərləri,
həmin səfərlərdə
mədəniyyət və
incəsənət xadimlərinin
də iştirakı təkcə iqtisadi deyil, eyni zamanda
mədəni sahədə
əməkdaşlığın inkişafında mühüm
rol oynamışdır.
Daha bir
faktı da xatırlamaq yerinə düşər. 1930-cu illərdə
qırmızı imperiyanın
cəza maşınının
kütləvi repressiyyaları
zamanı on minlərlə azərbaycanlının
sürgün edildiyi Orta Asiya regionunda
soydaşlarımızın özünə sığınacaq
tapdığı yerlərdən
biri də Özbəkistan olmuşdur.
Əminliklə deyə
bilərik ki, Azərbaycanın bu gün Özbəkistanla əlaqələrinin yüksək
səviyyədə olmasında
ora sürgün edilmiş soydaşlarımızın
müəyyən rolu
var.
Azərbaycanla Özbəkistan arasında
münasibətlər sovetlərin
dağılması və
müttəfiq respublikaların
öz müstəqilliklərini
elan etməsindən sonra daha da
inkişaf etməyə
başladı. Həmin
dövrə Azərbaycan-Özbəkistan
arasında münasibətlərdə
yeni bir mərhələnin başlanğıcı
da demək olar. Doğrudur, müstəqilliyin
ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı
münasibətlər arzuedilən
səviyyədə deyildi.
Amma Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra Özbəkistanla da əlaqələrdə, qarşılıqlı münasibətlərdə
bir sıçrayış,
inkişaf müşahidə
edilməyə başladı.
Bu, bir tərəfdən,
Heydər Əliyev kimi böyük siyasi təcrübəyə
malik liderin Azərbaycana rəhbərlik
etməsi ilə bağlı idisə, digər tərəfdən,
onun hələ
SSRİ zamanında Özbəkistan
rəhbərliyi ilə
qurmuş olduğu dostluq, qardaşlıq münasibətləri ilə
əlaqədar idi. Özbəkistan Prezidenti İslam Kərimov və Azərbaycanın dövlət başçısı
Heydər Əliyev
SSRİ zamanından qalan
dostluq, qardaşlıq
münasibətlərinə söykənərək müstəqil
dövlətlərimiz arasında
bütün sahələr
üzrə əlaqələri
yeni mərhələyə
daşıdılar.
Məhz həmin
təməl bugünkü
əlaqələrin daha
yüksək səviyyədə
olmasının ilkin
şərti kimi tarixə yazılır. Bu baxımdan Prezident İlham Əliyevin hər iki liderin tarixi
xidmətlərini yüksək
qiymətləndirməsi təsadüfi
deyil: "Həm sovet dövründə xalqlarımız arasındakı
münasibətlər çox
yaxın idi, qardaşlıq zəminində
qurulmuşdu. Həm də xüsusilə müstəqillik dövründə
Heydər Əliyev və İslam Kərimov - iki ölkənin liderləri ikitərəfli münasibətlərin
bugünkü səviyyəyə
gəlib çatmasında
çox mühüm rol oynamışlar. Yəni bizim dostluğumuzun böyük
tarixi və tarixi kökləri vardır. Ancaq müstəqil ölkələr
kimi Özbəkistan və Azərbaycan son illər bu əməkdaşlığı
yüksək səviyyəyə
qaldırmışlar".
Əsası Heydər Əliyev və İslam Kərimov tərəfindən
qoyulan bu siyasəti indi Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistanın
dövlət başçısı
Şavkat Mirziyoyev yeni məzmun və formada inkişaf etdirirlər. Dövlət başçıları
səviyyəsində mövcud
olan dostluq-qardaşlıq
əlaqələri Azərbaycanla
Özbəkistanı bir-birinə
daha da yaxınlaşdırır,
ölkələrimiz arasında
yeni əməkdaşlıq
imkanları açır.
Türk kökünə
bağlılıq, qan
və can qardaşlığı nəticəsində
iqtisadi tərəfdaşlığın
hazırkı səviyyəsi
onu deməyə əsas verir ki, bu əlaqələr
sabah daha da genişlənəcək.
Məlumdur ki,
Özbəkistanın dənizə
çıxışı yoxdur.
Amma Azərbaycan körpü rolunu oynayaraq qardaş ölkənin dünya iqtisadiyyatına inteqrasiya etməsində yardımçı
olur. Şərqlə
Qərb arasında nəqliyyat əlaqəsini
təmin edən Orta dəhlizlə bağlı hər iki ölkə ortaq mövqedən çıxış edir.
Bu, Özbəkistanın
Azərbaycanı Avropaya
çıxış əldə
etmək üçün
əsas ölkə kimi qəbul etməsində də görünür. Söhbət
Çin-Özbəkistan-Türkmənistan
və Qazaxıstan-Azərbaycan
marşrutu üzrə
məhsulların Avropa
bazarlarına tədarükündən
gedir. Bundan əlavə, sənayenin inkişafı sahəsində
Özbəkistanın potensialı
və Azərbaycanın
energetika sahəsində
əldə etdiyi uğurlar hər iki ölkə üçün iqtisadi-ticarət
əlaqələrinin genişləndirilməsinə
böyük imkanlar açır.
Bu baxımdan
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyevin Azərbaycana etdiyi növbəti səfərin
ölkələrimiz arasında
əməkdaşlığa daha güclü təkan verəcəyi şübhəsizdir. Səfər
həm iqtisadi-ticarət,
investisiya tərəfdaşlığının
daha da genişlənməsinə
yol açacaq, həm də enerji, regionlararası əməkdaşlıq, sənaye,
xüsusilə avtomobil
sənayesi, tekstil, kənd təsərrüfatı,
nəqliyyat-tranzit, səhiyyə,
turizm, humanitar və digər sahələr üzrə əlaqələrin potensialını
işə salacaq.
Sənaye kooperasiyası
ilə bağlı məsələlər hər
iki dövlətin iqtisadi tərəfdaşlığında
duran mühüm layihələrdəndir. Xəbər
verildiyi kimi, ötən ay Şuşada Hökumətlərarası
Komissiyanın növbəti
iclası keçirilmişdir.
Komissiya qarşılıqlı
əlaqə məsələlərinin
bütün spektrini ətraflı şəkildə
təhlil etmişdir. Məlum olmuşdur ki, enerji sahəsində
çox yaxşı perspektivlər var. Azərbaycanın enerji
şirkətləri Özbəkistanla
qarşılıqlı əlaqələr
quraraq birlikdə fəaliyyət göstərirlər.
Ümumiyyətlə, Azərbaycanın
və Özbəkistanın
bütün istiqamətlər
üzrə birgə uğurlu fəaliyyəti uzun illər üçün nəzərdə
tutulub. Məhz bu amil prezidentlərin
avqustun 23-də verdikləri
birgə bəyanatlarında
xüsusi vurğulanmışdır.
Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə
aparılan bərpa-quruculuq
işlərinə töhfə
verən ilk ölkələrdəndir. Xarici
dövlət tərəfindən
maliyyələşdirilən ilk xarici layihə də Özbəkistana məxsusdur.
İşğaldan azad
edilmiş Füzuli şəhərində Prezident
Şavkat Mirziyoyevin təşəbbüsü
ilə Özbəkistan
büdcəsinin vəsaiti
hesabına 960 şagirdlik
məktəb binası
inşa olunub. Bu barədə Prezident İlham Əliyev fikirlərini belə ifadə edib: "Bu, Qarabağın bərpası
işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq,
həmrəylik, dəstək
jestini çox yüksək dəyərləndiririk.
Digər tərəfdən,
deyərdim ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən may ayında
Füzulidə olarkən
tikintinin gedişi ilə tanış oldum və Özbəkistanın
bizə təqdim etdiyi həmin dost töhfəsinin miqyasını əyani şəkildə gördüm.
Məktəb özbək
xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və əminəm ki, bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost
və qardaşlığımızın
daha bir mərkəzi olacaq".
Züleyxa ƏLİYEVA
Azərbaycan.- 2023.- 24 avqust.- S.7.