Belçika Azərbaycanın artan nüfuzunu həzm edə bilmir

 

Azərbaycan əleyhinə səslənən fikirlər bu ölkənin qərəzli yanaşmasını ortaya qoyur

 

Avqustun 22-də Belçikanın xarici işlər naziri Hadija Labibin İrəvanda səsləndirdiyi fikirlərin tamamilə qərəzli olması hər kəsə məlumdur.

Bu, belçikalı nazirin cari ayda ölkəmizə qarşı ikinci belə riyakar açıqlamasıdır. Bundan əvvəl Hadija Labib avqustun 12-də, guya, Laçın yolundakı "blokada" ilə bağlı reallıqdan tamamilə uzaq fikirlər səsləndirmişdi. 

Görünür, Azərbaycanın tarixin arxivinə göndərdiyi Qarabağ münaqişəsinin mahiyyəti barədə məlumatsız olan Belçika həm Ermənistanın manipulyasiya siyasətinə aldanıb. Qərbi Azərbaycan İcması da Belçikanın xarici işlər nazirinin səsləndirdiyi absurd fikirlərlə bağlı bəyanat verib. Belçikanın 30 il ərzində Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa çağırmadığı xarici işlər nazirinə xatırladılıb. Həmçinin icma Belçikanı ikili standartlar siyasətinə son qoymağa ölkəmizin daxili işlərinə müdaxilə etməməyə çağırıb. Belçikanın Azərbaycanın suverenliyi ərazi bütövlüyü məsələsinə münasibətdə selektiv yanaşmadan çıxış etməsi bu ölkənin riyakarlığından xəbər verir.

Belçika İrəvanın quraşdırdığı saxta tamaşaların təsiri altına düşüb

İrəvanın saxta tamaşalarının təsiri altında ölkəmiz əleyhinə açıqlamalar verən, Ermənistana dəstək nümayiş etdirən Belçika Azərbaycanın Avropada artan nüfuzunu da həzm edə bilmir. Əks halda yerdə sürünən, hərbi, siyasi iqtisadi gücü Vətən müharibəsindən bəri, ümumiyyətlə, sıfırlanan Ermənistanın qılığına girmək üçün əsassız bəyanatlar verməzdi.

Bu gün Azərbaycanın Avropanın enerji təminatında mövcud olan böhranlı vəziyyətin həlli üçün müsbət əvəzsiz rol oynadığı heç kimə sirr deyil. Lakin Avropanın enerji təhlükəsizliyində ölkəmizin əsas iştirakçıya çevrilməsinin bir sıra dövlətlərin, eləcə Belçikanın qısqanclığına səbəb olması da gözdən yayınmır. Ukrayna ilə Rusiya arasında gedən müharibə fonunda Avropanın qaz təchizatında yaranmış ciddi problemlər ölkəmizə enerji təminatçısı kimi olan ehtiyacı artırıb. Çünki müharibədən əvvəl Avropanın əsas qaz tədarükçülərindən biri olan  Rusiyanın mavi yanacağının Avropa İttifaqına satışında xeyli azalma müşahidə edilir. Belə olan halda bütün diqqətlər Avropa İttifaqının strateji tərəfdaşı hesab edilən Azərbaycana yönəlib. Bununla da Bakının qaz bazarındakı rolu önə çıxıb.

Belçikalı nazir qısqanclığını xüsusilə erməni həmkarı ilə təmaslarda gizlədə bilmir. Tarixboyu ermənilərin terror, soyqırımı müxtəlif formalı təxribatlarına məruz qalmış azərbaycanlıların hüquqlarını müdafiə etmək, qərbi azərbaycanlıların Ermənistana qayıdışı məsələsini rəsmi İrəvan qarşısında qaldırmaq əvəzində "Dağlıq Qarabağ "blokada" kimi əsassız ifadələr işlədir. Qərbi Azərbaycan İcmasının ötən dəfəki bəyanatında da onlara bildirilmişdi ki, "Azərbaycan ərazisində "Dağlıq Qarabağ" adlı ərazi mövcud deyil". Lakin buna baxmayaraq, Belçika rəsmisi cəmi 10 gün sonra yenə eyni səhvi təkrarlayıb.

Onu da xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yaxın zamanlarda Belçikanın Ermənistanda səfirlik açacağı barədə anons verib. Bu da bir daha göstərir ki, Belçika-Ermənistan arasında intensivləşən təmaslar zamanı ölkəmiz əleyhinə səsləndirilən qeyri-obyektiv fikirlərin mənbəyi məhz İrəvandır.

Kimlərinsə fikri, iddiası Azərbaycanı qətiyyən narahat etmir

Ölkəmiz Ermənistanın nümayiş etdirdiyi müxtəlif siyasi şoulara rəğmən, Qarabağda yaşayan sadə erməni sakinlərin Laçın yolundan sərbəst keçidini təmin edir, onların rahat təhlükəsiz yaşayışına imkan yaradır, ən əsası isə bədnam qonşumuza təkmil sülh modeli təklif edir.

Bir sıra xarici dövlətlər beynəlxalq təşkilatlar isə bu reallıqları görmək istəmirlər Ermənistanın uydurduğu qondarma hekayələrə inanırlar. Belə olan halda da ölkəmiz əleyhinə əsassız fikirlər səsləndirir, heç kimə lazım olmayan boş kağız parçalarını qətnamə adı ilə yayır, müxtəlif bəyanatlar verirlər. Son həftələrdə Belçikanın nümunəsində bunun bir daha da şahidi olduq. Lakin bütün bunlar Azərbaycanı qətiyyən narahat etmir. 44 günlük Vətən müharibəsində öz gücü ilə 30 illik işğala son qoyan, BMT-nin qətnamələrinin icrasına təkbaşına nail olan Azərbaycanın güclü iradəsi bizə düşmən münasibət sərgiləyən bütün qüvvələrin fövqündə dayanır.

 

Nəzrin QARDAŞXANOVA

Azərbaycan.- 2023.- 24 avqust.- S.7.