Qərbi Azərbaycan İcmasının müraciəti BMT-nin rəsmi sənədi kimi yayılıb

 

 

Qərbi Azərbaycan İcması digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciəti BMT şuralarının rəsmi sənədləri kimi yayılıb.

Bu barədə AZƏRTAC-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də müraciət qəbul etmişdi. Həmin müraciət BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası İqtisadi Sosial Şuranın rəsmi sənədləri kimi yayılıb.

Sənədin sözügedən ali orqanların gündəliyinin irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin insanlığa qarşı cinayətlərin qarşısının alınması, qaçqınların hüquqlarının qorunması, silahlı münaqişələrin qarşısının alınması sülh quruculuğu, bəndləri altında yayılması Azərbaycanofobiyanın irqi ayrı seçkiliyin ksenofobiyanın bir növü bir beynəlxalq problem kimi təsbit edilməsində ona qarşı beynəlxalq mübarizənin formalaşdırılmasında mühüm rol oynayır”, - deyə məlumatda bildirilib.

Vurğulanıb ki, Qərbi Azərbaycan İcması digər vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə, Ermənistanın xalqımıza qarşı törətdiyi hüquq pozuntularını işıqlandırmaqda bəzi dairələrin bu məsələ ilə bağlı nümayiş etdirdiyi ikili standartların riyakarlığın ifşasına davam edəcək.

 

Azərbaycan.- 2023.- 24 avqust.- S.7.