Azərbaycan ilə Özbəkistan prezidentləri
və xanımları
Şuşaya səfər
ediblər
Avqustun 23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan
Respublikasının Prezidenti
Şavkat Mirziyoyev və xanımı Ziroatxon Mirziyoyeva Şuşa şəhərinə
səfər edibər.
Dövlət başçıları və
xanımları əvvəlcə
Saatlı məscidində
olublar.
Özbəkistan Prezidentinə və xanımına məlumat verildi ki, məscid
1883-cü ildə memar
Kərbəlayi Səfixan
Qarabağinin layihəsi
əsasında inşa
olunub. XIX əsrin memarlıq abidəsi olan Saatlı məscidinin inşa edildiyi yerdə əvvəllər Molla Pənah Vaqifin dərs dediyi bir-birinə bitişik mədrəsə və məscid binaları olub. Şuşa şəhəri işğal
altında olduğu müddətdə digər
məscidlər kimi, Saatlı məscidi də ermənilər tərəfindən dağıdılmışdı.
2021-ci ilin dekabrından
məsciddə Heydər
Əliyev Fondu tərəfindən bərpa
işlərinə başlanılıb
və bu ilin may ayında
məscidin açılışı
olub.
Sonra prezidentlər
və xanımları
Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində
“Heydər Əliyev və Qarabağ” sərgisinə baxdılar
Prezidentin köməkçisi
Anar Ələkbərov
Özbəkistan Prezidentinə
və xanımına Mərkəz və sərgi barədə məlumat verdi.
Bildirildi ki,
Yaradıcılıq Mərkəzi
Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra bu il mayın
10-da istifadəyə verilib.
Bina ölkə əhəmiyyətli memarlıq
abidəsi siyahısındadır.
Qeyd edildi
ki, “Heydər Əliyev və Qarabağ” sərgisində
Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki
xidmətlərini əks
etdirən nadir fotoşəkillər, sənədlər
və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə,
burada keçirdiyi görüşlərə, müxtəlif
tədbirlərə aid
fotolar yer alıb.
Diqqətə çatdırıldı ki,
1969-cu ildən etibarən
Qarabağın və
Şərqi Zəngəzurun
tarixində böyük
dönüş dövrü
başladı. Doğma
xalqının böyük
təəssübkeşi olan
Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə
həyatının bütün
sahələrində geniş
islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın
digər rayonlarının
təsərrüfat və
iqtisadi cəhətdən
daha çox birləşdirilməsi baxımından
strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər
Şuşanın inkişafına
da xüsusi əhəmiyyət verir və bu istiqamətdə
ardıcıl tədbirlər
həyata keçirirdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Azərbaycanın
tanınmış şəxsiyyətləri
Natəvan, Bülbül
və Üzeyir Hacıbəylinin işğal
dövründə Şuşada
ermənilər tərəfindən
gülləbaran edilmiş
heykəllərinə baxdılar.
İşğal zamanı ermənilərin
həmin heykəlləri
Ermənistana apararaq əritmək istədikləri
qonaqların diqqətinə
çatdırılıb.
Bildirilib ki,
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə
həmin heykəllər
Ermənistandan alınaraq
Azərbaycana gətirilib
və Bakıda İncəsənət Muzeyinin
həyətində saxlanılıb.
Şuşa işğaldan
azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə
əvvəlki yerlərinə
qoyulub.
Sonra ali
qonaq və xanımı Şuşanın
Baş planı ilə tanış oldular.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov şəhərin Baş planı barədə ali qonağa və xanımına məlumat verdi. Qeyd edildi ki,
şəhərin Baş
planı hazırlanarkən
onun tarixi əzəmətinin qorunması
əsas götürülüb.
Azərbaycanın mədəniyyət
paytaxtında həyata
keçirilən bütün
layihələr tarixlə
müasirliyin vəhdəti
üzərində qurulub.
Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı
yaşayış binalarının
inşası, şəhər
mərkəzinin, yeni tikiləcək və qorunub saxlanılacaq tarixi binalar və abidələrin yerləri əksini tapıb. Hazırda Baş plan əsasında
Şuşada bərpa
və yenidənqurma işləri davam etdiriir.
Natəvan bulağı
ilə tanışlıq
zamanı qeyd olundu ki, Şuşa
işğaldan azad edildikdən qısa müddət sonra istifadəyə verilən
“Xan qızı” bulağı şəhərin
məşhur məkanlarından
biridir. Xan qızı Xurşidbanu Natəvan təkcə şairə kimi deyil, xeyirxahlığı
ilə də tanınırdı. Natəvanın
vaxtilə şəhərə
çəkdirdiyi su xətti “Xan qızı” bulağı adı ilə məşhur idi. İşğal dövründə
suyu quruyan bulaq yenidən sakinlərin və şəhərin qonaqlarının
istifadəsindədir.
Özbəkistan Prezidenti və xanımı Yuxarı Gövhər Ağa məscidi ilə də tanış oldular. Məlumat verildi ki, Yuxarı
Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət
abidələri siyahısındadır.
Şuşa şəhəri
işğal altında
olduğu müddətdə
bu məscid ermənilər tərəfindən
dağıdılmışdı. 2021-ci ilin sonlarından başlanan bərpa işlərindən sonra bu ilin mayında
məscidin açılışı
olub.
Sonra Özbəkistan
Prezidenti və xanımı Bülbülün
ev-muzeyində oldular.
Ali qonağa
və xanımına məlumat verən Polad Bülbüloğlu bildirdi ki, Ümummilli
Lider Heydər Əliyevin göstərişi
əsasında keçmiş
Şuşa Şəhər
Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu
və yaşadığı
evin muzeyə çevrilməsi barədə
qərar qəbul edib. Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası
qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi
zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşa
işğaldan azad olunduqdan sonra isə Bülbülün ev-muzeyində də bərpa işləri aparılıb və
2021-ci il avqustun 29-da muzeyin açılışı
olub.
Mehmandarovların malikanə kompleksi ilə tanışlıq zamanı bildirildi ki, bu kompleks
Mehmandarov nəslinin nümayəndələri tərəfindən
XVIII əsrdə inşa
olunub. Kompleksə böyük və kiçik yaşayış
binaları, ailə məscidi və bulaq daxildir
Diqqətə çatdırıldı ki,
2021-ci ilin oktyabrından
etibarən Heydər Əliyev Fondu tərəfindən Mehmandarovların
malikanə kompleksində,
ərazidəki ailə
məscidində və
bulaqda təmir-bərpa
işləri aparılıb.
Evin həyətində
XX əsrin əvvəllərinə
aid tarixi fayton da dövrün
texnologiyalarına uyğun
bərpa edilib. Görülmüş işlərdən
sonra malikanə kompleksində muzey ekspozisiyası qurulub. “Qarabağ zadəganının
evi” mövzusundakı
ekspozisiya tərtib edilərkən XIX əsrin
sonu – XX əsrin əvvəllərində Qarabağ
zadəganının evinin
interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri
əsas götürülüb.
Zadəgan malikanəsinin
qonaq otağı evin siması olduğundan burada ən müasir interyer elementlərindən
istifadə edilib. Otaqda milliliyi nümayiş etdirən elementlər də var. İnteryerdə dövrün fotoçərçivələrinə
salınmış məlumat
və portretlər asılıb. İnteryer təəssüratını pozmamaq
üçün foto və məlumatların çərçivələri dövrə uyğun hazırlanıb. Fotolar Şuşanın tanınmış
zadəgan nəsillərinə
– Mehmandarovlara, onlarla qohumluq əlaqəsi olan Rüstəmbəyovlara,
Vəzirovlara, Qacarlara
aiddir. Malikanədəki
otaqları milli əşyalarla yanaşı,
Avropasayağı məişət
əşyaları da bəzəyir. Otaqlar dövrün eksponatları
ilə XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid
interyer qaydalarına uyğun tərtib edilib. Ekspozisiyanın tərtibatı zamanı
150-dən çox əntiq
əşyadan istifadə
olunub.
Sonra dövlət
başçıları və
xanımları Cıdır
düzündə oldular.
Ali qonağa
və xanımına məlumat verildi ki, Cıdır düzü Şuşanın
rəmzlərindən biri,
tarixən cıdır
yarışlarının və
Qarabağ xanlığı
dövründən yerli
türk əhalinin Novruz bayramını və digər el şənliklərini keçirdiyi ərazidir.
Şuşa ilə tanışlıq qonaqlarda dərin təəssürat doğurub.
Azərbaycan.- 2023.- 24 avqust.- S.5;6