Qərbi Azərbaycan İcması Lüksemburqun
xarici işlər nazirinin Azərbaycana qarşı açıqlamasını
pisləyib
Qərbi Azərbaycan
İcması Lüksemburqun
xarici işlər nazirinin Azərbaycana qarşı yönəlmiş
2023-cü il 23 avqust tarixli açıqlamasını
kəskin şəkildə
pisləyir.
Bu barədə "Report"a
İcmadan məlumat verilib.
Bildirilib
ki, Lüksemburqun və
onun uzun müddətdən bəri
qatı anti-Azərbaycan
mövqeyi sərgiləyən
xarici işlər nazirinin belə açıqlamaları gülüş
və kinayə doğurur. Azərbaycan ictimaiyyəti Lüksemburqun
ədalətsiz, düşmən
mövqeyini xüsusən
Vətən müharibəsindən
yaxşı xatırlayır.
Lüksemburq bəşəri dəyərlərə,
beynəlxalq hüquqa
açıq-aşkar hörmətsizlik
nümayiş etdirir.
30 il ərzində Ermənistanı
Azərbaycan ərazilərinin
işğalına son qoymağa
çağırmayan, biz qərbi
azərbaycanlılar da daxil
olmaqla, yüz minlərlə azərbaycanlının
öz dədə-baba
yurdlarından qovulmasına
göz yuman Lüksemburqun indi Azərbaycana hansısa çağırış etməsi
üçün mənəvi
hüququ yoxdur.
“Qərbi Azərbaycan İcması Lüksemburqu
Azərbaycanın daxili
işlərinə kobud
müdaxilədən əl
çəkməyə, xüsusilə
onun xarici işlər nazirini Azərbaycanofobiya mərəzindən
qurtulmağa çağırır”,
- deyə məlumatda qeyd olunub.
Azərbaycan.-
2023.- 24 avqust.- S.6.