İcma: Kanada Azərbaycana
qarşı ittihamlar səsləndirmək üçün
mənəvi hüququnu
çoxdan itirib
Kanada Azərbaycana
qarşı ittihamlar səsləndirmək üçün
mənəvi hüququnu
çoxdan itirib.
AZƏRTAC xəbər verir ki, bu
barədə Qərbi
Azərbaycan İcmasının
bəyanatında bildirilib.
Qeyd olunub
ki, Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan
acıqlamasını, Azərbaycanın
suveren ərazilərinə
münasibətdə qondarma,
əcaib addan istifadə etməsini kəskin şəkildə
pisləyir.
“Davamlı olaraq
Azərbaycan əleyhinə
mövqe sərgiləyən,
Ermənistanın azərbaycanlılara
qarşı etnik təmizləməsinə və
onların öz evlərinə qayıtmasına
imkan verməməsinə
göz yuman kanadalı nazir nədənsə Azərbaycanın
beynəlxalq hüquqa
uyğun şəkildə
atdığı legitim
addımlardan xoflanır
və ölkələrin
suverenliyi və ərazi bütövlüyünə
münasibətdə ikili
standartlar yanaşmasından
çıxış edir.
Xanım nazirə
xatırladırıq ki,
tarixi yerli xalqlara qarşı ədalətsizliklər, ayrı-seçkiliklərlə
dolu olan, vaxtilə BMT-nin yerli xalqların hüquqları haqqında
bəyannaməsinə qarşı
çıxmış çox
az sayda ölkələrdən biri
Kanada Azərbaycana qarşı ittihamlar səsləndirmək üçün
mənəvi hüququnu
çoxdan itirib.
Kanadalı nazirin erməni icmasını məmnun etmək üçün düşdüyü acınacaqlı vəziyyətə acıyır və onun Azərbaycana qarşı qondarma açıqlamalarını rədd edirik”, - deyə bəyanatda vurğulanıb.
Azərbaycan.- 2023.- 24 avqust.- S.6.