Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub
Avqustun 23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində
iştirak ediblər.
"Report" xəbər
verir ki, dövlət başçıları
və xanımları
əvvəlcə yeni
dərs ilində bu məktəbdə təhsilə başlayacaq
şagirdlərlə və
burada işləyəcək
müəllimlərlə görüşüb
söhbət etdilər.
Prezident
İlham Əliyev: Salam uşaqlar,
necəsiniz?
Uşaqlar: Salam, yaxşıyıq.
Qadın
sakin: Xoş gördük, cənab Prezident.
Prezident
İlham Əliyev: Salam, xoş
gördük.
Prezident
Şavkat Mirziyoyev: Salaməleyküm.
Qadın
sakin: Salam, xoş gəlmisiniz.
Birinci xanım Mehriban Əliyeva:
Güllər var, çiçəklər
var, salam balalar, salam.
Qadın
sakinlər: Salam, xoş
gördük, Mehriban xanım.
Prezident
İlham Əliyev: Uşaqlar,
bu məktəbi mənim qardaşım, hörmətli Şavkat Miromonoviç Füzuli şəhərinə hədiyyə
edib. Xahiş edirəm ki, mənim qardaşımı səmimiyyətlə
salamlayaq.
Məktəbin direktoru Həcər
Mahmudova: Cənab prezidentlər, mən də icazənizlə, Sizi burada olan
müəllimlərimiz, şagirdlərimiz,
valideynlərimiz adından
salamlayıram. Sizləri
bu möhtəşəm
məktəbdə görməkdən
qürur duyuruq. Otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək
olar ki, eyni tarixlərdə, - bir gün fərqi var, - buraya qayıtmışam.
Bu anları bizə yaşatdığınıza görə
Sizə təşəkkür
edirik, qalib Ordumuza minnətdarıq.
Bu gözəl məktəbi
tikib bizə bəxş etdiyinə görə Özbəkistan
Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında
Özbəkistan xalqına
minnətdarıq. Cənab
Mirziyoyevdən xahiş
edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını
öz xalqına, özbək xalqına çatdırsın.
Prezident
Şavkat Mirziyoyev: Çox sağ olun.
Həcər Mahmudova: Biz pedaqoji
kollektivin üzvləri
birlikdə sizləri əmin edirik ki, bu məktəbdə təhsil alacaq şagirdlərin gələcəkdə
yüksək bilik-bacarığa,
eyni zamanda, milli-mənəvi dəyərlərə
sahib bir vətəndaş
olaraq yetişməsində
var qüvvəmizlə çalışacağıq.
Sizə minnətdarıq,
bir daha çox sağ olun.
Prezident
Şavkat Mirziyoyev: Sağ olun.
Prezident
İlham Əliyev: Sağ
olun. Məktəbə
Mirzə Uluqbəyin adı verilib.
Həcər Mahmudova: Bəli,
Əmir Teymurun nəvəsi.
Prezident
İlham Əliyev: Bəli,
Əmir Teymurun nəvəsi, özbək
xalqının böyük
oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun,
qardaşlığının bir mərkəzi olacaq.
Həcər Mahmudova: Biz buna çalışacağıq.
Təşəkkür edirik
Özbəkistan Prezidentinə,
təşəkkür edirik
özbək xalqına,
minnətdarıq.
Prezident
Şavkat Mirziyoyev: Sağ olun.
x x x
Dövlət başçıları məktəbin
rəmzi açılışını
bildirən lenti kəsdilər.
x x x
Prezident İlham
Əliyev: Xeyirli, uğurlu olsun.
Prezident Şavkat
Mirziyoyev: İnşallah,
uğurlu olsun.
Sonra xatirə
şəkli çəkildi.
Daha sonra
dövlət başçılarına
və xanımlarına
məktəbdə yaradılan
şərait barədə
məlumat verildi.
Bildirildi ki,
Özbəkistan Prezidenti
Şavkat Mirziyoyev tərəfindən özbək
xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək
keyfiyyətlə həyata
keçirilib. Üç
hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə
40 sinif otağı, 6
laboratoriya, 2 informatika
otağı, 5 funksional
tədris otağı,
500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində
futbol meydançası,
istirahət və keçiriləcək tədbirlər
üçün yerlər,
qaçış zolaqları,
söhbətgahlar, nəzarət-buraxılış
məntəqəsi, qazanxana,
su çənləri,
transformator yarımstansiyası
inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə
həyata keçirilib.
Sonra görülən
işlərlə bağlı
məktəbin akt zalında videoçarx nümayiş etdirildi.
Qeyd edək
ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış
etibarlı strateji tərəfdaşdır” sözlərinin
təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında
münasibətlərin yüksək
səviyyəsindən xəbər
verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli
rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü
ölkələrimiz arasında
həmrəyliyin, dostluğun,
qardaşlığın növbəti
addımı kimi qiymətləndirib.
11:55
Avqustun 23-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının
Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində
iştirak ediblər.
"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Azərbaycan.- 2023.- 24 avqust.- S.2.