Azərbaycan
və Ermənistan tərəfində saxlanılan
hərbçilər qarşılıqlı
şəkildə azad
ediliblər
Azərbaycan
və Ermənistan tərəfində saxlanılan hərbçilər
qarşılıqlı şəkildə azad ediliblər
Azərbaycan-Ermənistan
sərhədinin Qazax rayonundan keçən hissəsində 13
dekabr 2023-cü il tarixində hərbi qulluqçuların
qarşılıqlı şəkildə təhvil verilməsi
həyata keçirilib.
Azərbaycan
Respublikası Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasına istinadən xəbər verir ki, təhvilvermə
prosesində hər hansı insident baş verməyib.
Azərbaycan
tərəfində saxlanılan erməni hərbçilərinin
Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən
sağlamlıq durumları yoxlanılaraq qənaətbəxş
hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən
təhvil veriliblər.
Qeyd edək
ki, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası və Ermənistan Respublikası
Baş nazirinin Aparatı arasında aparılmış
danışıqların nəticəsində humanizm prinsipləri
rəhbər tutularaq və qarşılıqlı etimad tədbiri
kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin,
Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin
azad edilməsi barədə razılıq əldə
olunmuşdur.
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.7.