Xunta
rejiminin işğal dövründə Xankəndidə
inşa etdiyi binalar sökülür
Məlum olduğu
kimi, XIX əsrdən etibarən işğalçılıq
niyyətlərini həyata
keçirən və
tarixi Azərbaycan torpaqlarında "böyük
Ermənistan" xülyasını
reallaşdırmaq üçün
müxtəlif çirkin
yollara əl atan ermənilər, həmçinin türk xalqlarına qarşı amansız soyqırımları
törətmişlər. XX əsrin sonlarına yaxın Ermənistanda Azərbaycana qarşı separatçılıq meyilləri
genişmiqyaslı hərbi
toqquşmalarla müşayiət
olundu. Bəzi Qərb ölkələrinin,
qlobal güc dairələrinin köməyi
ilə davam edən bu hərbi
təcavüz Azərbaycanın
suveren ərazilərinin
- Qarabağın və
Şərqi Zəngəzurun
işğal altına
düşməsi ilə
nəticələndi. Dövlətçilik
ənənələri olmayan
ermənilər bununla
da Qafqazda özlərinə ikinci dövlət qurmaq üçün separatizm,
terrorizm və vandalizm yolunu seçərək türk
xalqlarının gələcəyinə
kölgə salmağa
çalışırdılar. Otuzillik işğaldan azad edilmiş ərazilərimizdə bu gün Ermənistan silahlı qüvvələrinin
vandallığının izlərini
açıq-aydın görmək
mümkündür. Onlar
işğal etdikləri
ərazilərdə bu
müddət ərzində
nəinki quruculuq işləri aparmamış,
əksinə bu bölgədəki bütün
mədəniyyət abidələrini,
qəbirləri, evləri,
məscidləri dağıtmış,
təbiətə ciddi
zərər vurmuş,
tərk etdikləri ərazilərə isə
minalar döşəmişlər.
Bu kütləvi vandalizm aktları Ermənistandakı etnik psixoloji vəziyyəti özündə ehtiva edir. Məkrli qonşularımızın işğal
illərində əzəli
torpaqlarımızda erməni
arxitekturası əsasında
inşa etdikləri binalar onların həmin ərazilərə
sahib çıxmaq niyyətini əks etdirir. Odur ki,
xunta rejiminin işğal dövründə
Xankəndidə inşa
etdiyi binaların sökülməsinə başlanılıb.
AZƏRTAC Ermənistan silahlı qüvvələrinin
və separatçıların
30 ilə yaxın işğalda saxladıqları
ərazilərdəki izlərinin
aradan qaldırılması
istiqamətində Azərbaycan
Hökuməti tərəfindən
atılan addımların
bir hissəsini oxuculara fotolarla təqdim edir.
Separatçı xunta
rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı
“parlament” binasının
Azərbaycan Hökumətinin
göstərişinə əsasən
sökülməsinə başlanılıb.
Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma
rejimin 33 “deputat”ı
fəaliyyət göstərdikləri
dövrdə separatçıların
mənfur siyasətini
dəstəkləyiblər.
Azərbaycanda hazırda
çox mühüm tarixi proseslər yaşanır. Ölkəmizin
ərazisində ikinci
erməni dövləti
qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən
il antiterror tədbirləri nəticəsində
bir-bir həbs olundular. İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir. Mənfur düşmənin daha bir tikilisi – üstdən baxdıqda xaç formasında inşa edilmiş “veteranlar” binasının da sökülməsi işlərinə başlanılıb.
Hansı veterandan söhbət gedir, buna Ermənistan rəhbərliyi cavab verməlidir. Lakin onlara bir daha
xatırlatmaq lazımdır
ki, həyasızcasına
başqa dövlətin
ərazisinə soxulub,
orada kütləvi qırğınlar, vandalizm
aktları törədən,
separatizm siyasəti həyata keçirənlərə
hansı üzlə veteran adı veriblər?! Artıq illərlə törətdikləri
və rəhbərlik
etdikləri cinayət
əməllərinə görə
onların qanun qarşısında cavab vermək zamanıdır.
Azərbaycan dövləti
daim tolerant siyasət yürüdərək
Qarabağdakı separatizm
qalıqlarını diplomatik
yolla təmizləmək
istəyini bütün
beynəlxalq platformalarda
bəyan edib. Lakin buna məhəl
qoymayan Ermənistan hakimiyyəti və başda Makron Fransası olmaqla onun havadarları məsələnin ciddiliyini,
Azərbaycanın gücünü
və Prezident İlham Əliyevin iradəsini nəzərə
almamaqla böyük səhvə yol veriblər. İki ölkə arasında sülh sazişinin imzalanması, regional sabitliyin təmin edilməsi qərəzli qlobal güc mərkəzlərinin siyasi
xəttinə uyğun
olmasa da, müharibədən məğlub
çıxmış, siyasi
xətti olmayan Ermənistan üçün
sülh sazişi imzalamaq hava-su kimi vacibdir. Güman edirik ki, Ermənistanda bunu gec olmadan
anlayacaqlar.
Azərbaycan.-2024.-
6 mart, ¹ 51.- S.4.