Seçkilərin
nəticəsi 20 ilin uğurlarına söykənəcək
Xalq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən,
torpaqlarımızı işğaldan
azad edən və erməni separatizminə son qoyan siyasətin davamına səs verəcək
Prezident İlham
Əliyevin sərəncamı
ilə 2024-cü il fevralın 7-də respublikamızda
növbədənkənar prezident
seçkiləri keçiriləcək.
Artıq Mərkəzi
Seçki Komissiyası
seçkilərin keçirilməsi
üçün qanunvericilikdə
nəzərdə tutulmuş
əsas hərəkət
və tədbirlərin
müəyyən edilmiş
qaydada və müddətdə reallaşdırılması
üçün Təqvim
Planını təsdiq
edib. Bu, 1993-cü ildən ötən 30 ildə Azərbaycanda demokratik şəkildə
baş tutacaq 7-ci prezident seçkisi olacaq.
Yüksəliş, intibah
və qüdrətli dövlətçilik kursu
Prezident seçkilərində
cəmiyyətin seçimi
ilk növbədə ötən 20 ilin yekunlarına əsaslanacaq.
İlk dəfə
2003-cü ilin prezident
seçkilərində İlham
Əliyevi dəstəkləyən
xalqımız bununla Ulu Öndər Heydər Əliyevin ideyalarının davamına,
təhlükəsizliyə və inkişafa səs verdi. Ötən 20 ildən artıq dövrün reallıqları xalqımızın
həm bu seçiminin, həm də sonrakı seçkilərdə İlham
Əliyevə etimadının
nə qədər düzgün və müdrik qərar olduğunu təsdiq edir.
Bu illərdə
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında
yüksəliş dövrünü
yaşayıb, güclənib,
qüdrətlənib, nüfuzunu
artırıb. Heydər
Əliyev siyasətini
uğurla, yaradıcılıqla
davam etdirən Prezident İlham Əliyev Azərbaycanın
müstəqilliyini möhkəmləndirib,
milli mənafelərimizi
cəsarətlə və
uğurla təmin edib, dövlətimizin yüksəlişi yolunda meydana çıxan bütün əngəlləri
və maneələri
qətiyyətlə aradan
qaldırıb. İlham
Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı sürətli
inkişaf yoluna çıxarmaqla bərabər,
beynəlxalq mövqelərini
əhəmiyyətli dərəcədə
gücləndirib. Artıq
uzun müddətdir ki, regionun lideri
olan Azərbaycan qlobal məsələlərdə
söz və nüfuz sahibidir.
2003-cü ilin oktyabrından
ötən hər il Prezident İlham
Əliyevin xalqa uğur hesabatıdır. Bu hesabatın hər bir səhifəsi
məhz xalqımızın
görmək istədiyi
hadisələrlə əlamətdardır.
Ona görə də ötən 20 ildə hər bir prezident seçkisinin
nəticələri ilk
növbədə onu təsdiq edib ki, İlham Əliyev Azərbaycan xalqının, seçicilərin
güvəndiyi və
inandığı, taleyini
ona etibar etdiyi siyasətçi və liderdir. Ötən hər bir seçki təsdiq edib ki, cəmiyyətimiz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən
olunmuş strateji kursa, İlham Əliyev siyasətinə heç bir alternativ görmür. Çünki İlham Əliyev siyasəti Azərbaycanın yüksəlişi,
intibahı, qüdrətli
dövlətçilik və
xalqımızın yüksək
rifahı deməkdir.
Zəfər seçkisi
Qeyd etdiyimiz kimi, növbəti prezident seçkiləri növbədənkənar seçkilər
olacaq. Növbədənkənar
seçkilərin keçirilməsi
dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti
seçkilər bəzi
hallarda müəyyən
səbəblərdən təxirə
salınır, bəzi
hallarda isə vaxtından əvvəl keçirilir. Seçkilər
növbədənkənar keçiriləndə
sadəcə seçicilər
öz siyasi iradələrini vaxtından
əvvəl ifadə edirlər. Azərbaycanın
Seçki Məcəlləsi
növbəti Prezident
seçkilərinin keçirilməsi
ilə növbədənkənar
Prezident seçkilərinin
keçirilməsi arasında
hər hansı prosedur, yaxud müddət fərqi müəyyən etmir.
2018-ci ilin də
prezident seçkiləri
növbədənkənar keçirilmişdi.
Həmin seçkilərdən
sonra Azərbaycan növbəti uğurlara imza atdı. Ən böyük uğurumuz isə əlbəttə ki, torpaqlarımızın işğaldan
azad edilməsi, bütün ərazilərimiz
üzərində milli
suverenliyimizin təmin
olunmasıdır. Hələ
2003-cü ildə andiçmə
mərasimində Prezident
İlham Əliyev bununla bağlı demişdi: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları
işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır,
ölkəmizin ərazi
bütövlüyü bərpa
edilməlidir. Azərbaycan
heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal
altında qalması ilə barışmayacaqdır.
Hamı bilməlidir ki, sülh tərəfdarı
olmağımıza baxmayaraq,
müharibənin yenidən
başlanmamasını və
bu məsələnin
sülh yolu ilə həllini istəməyimizə baxmayaraq,
bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin
bahasına olursa-olsun,
azad edəcəkdir".
2020-ci ilin Vətən
müharibəsində torpaqlarımızın
işğaldan azad edilməsi, 2023-cü ilin sentyabrında isə Qarabağda erməni separatizminə son qoyulması cənab İlham Əliyevin prezidentlik fəaliyyətinin
ən mühüm hadisələridir. Bu qələbələr son
bir neçə əsrlik tariximizin ən böyük uğurları, dövlətçiliyimizin
şərəf salnamələridir.
Torpaqlarımızın azadlığı və erməni separatizminə son qoyulması yeni reallıqlar yaradıb. Qarşıdan gələn prezident seçkiləri də bu reallıqlar şəraitində keçiriləcək.
Belə ki, müstəqilliyimizin bərpasından
sonra ilk dəfədir ki, seçkilər torpaqlarımızın
tam azadlığı
şəraitində baş
tutacaq. Ona görə bu seçki də Zəfər seçkisi və ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşəcək.
Azərbaycan xalqı
ötən 20 ildə
əldə etdiyimiz bütün uğurlara özünün layiqli siyasi qiymətini verib. Bu mənada
qarşıdan gələn
növbədənkənar prezident
seçkilərində də
xalqımız öz müzəffər liderinin,
bu gün Qarabağa və Şərqi Zəngəzura
yeni həyat bəxş edən rəhbərinin yanında
olacaq. Bu seçkilər bir daha Prezident İlham Əliyevin xalqın siyasi dəstəyinə əminliyinin
ən bariz göstəricisi kimi tarixə düşəcək.
Bütövlükdə, seçkilərin nəticəsi
ötən 20 ilin uğurlarına
əsaslanacaq. Xalq Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən,
torpaqlarımızı işğaldan
azad edən, erməni soyqırımına
son qoyan siyasətin davamına səs verəcək.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.1;3.