Yalnız Azərbaycanın qanunları ilə

 

 

Ermənistana üz tutmaqdan peşman olan ermənilərin ölkəmizə dönüşü üçün bundan başqa yolları yoxdur

 

 

 

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl məqsədyönlü siyasətin nəticəsidir ki, milli maraqlarımız təmin edilib, torpaqlarımız işğaldan azad olunub, bütün ərazilərimizdə bayrağımız dalğalandırılıb.

Ölkəmizin beynəlxalq hüququn norma prinsipləri çərçivəsində suverenliyini təmin edərək Qarabağın Azərbaycanın ərazisi olması həqiqətini bütün dünyaya, eləcə Ermənistana etiraf etdirməsi qətiyyətimizin ən parlaq təzahürlərindəndir.

Bir zamanlar "Qarabağ Ermənistandır nöqtə" deyən Ermənistan rəhbərləri indi "Qarabağ Azərbaycandır!" deyirlər, dünya ictimaiyyəti bu gerçəkliyi qəbul edir, beynəlxalq hüquq bu reallığı təsdiqləyir. Antiterror tədbirlərindən sonra ölkəmizdən könüllü şəkildə gedən erməniəsilli sakinlərin qayıtması da yalnız beynəlxalq hüququn tələb etdiyi normalarla mümkündür.

Dekabrın 9-da "Euronews"da yayımlanan müsahibəsində Prezident İlham Əliyev geri qayıtmaq üçün həmin insanların müəyyən qaydalara əməl etməli olduğunu vurğuladı: "Mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya icazəsi, ya da yaşayış icazəsi olmalıdır".

 

 

 

Humanizmdən  doğan həssaslıq

 

 

 

Azərbaycan tolerant, multikultural ölkədir yüz, min illiklərdir ölkəmizdə müxtəlif xalqlar, etnik azlıqlar, fərqli dillərə, dinlərə məxsus insanlar dostluq, mehribanlıq, sülh içərisində yaşayırlar. O da danılmaz gerçəklikdir ki, humanizm ünvanı Azərbaycanda 30 illik işğal dönəmində, eləcə ondan sonrakı müddətdə ölkəmizdə yaşayan ermənilərə, sözün əsl mənasında, gözün üstündə qaşın var deyilməyib. Monoetnik Ermənistandan fərqli olaraq, dövlətimiz bütün xalqlara, dinlərə məxsus abidələri olduğu kimi, o cümlədən ermənilərin dini, mədəni abidələrini qoruyur.

44 günlük müharibədən dərhal sonra Ermənistana sülh təklif edən Azərbaycan Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində praktik addımlar atıb bu məsələdə qərarlı olduğunu əyani nümayiş etdirib.

Xüsusi vurğulayaq ki, 44 günlük müharibədə, eyni zamanda bu ilin sentyabrında keçirilən antiterror tədbirləri zamanı, mülki əhaliyə, mülki obyektlərə heç bir zərər, ziyan vurulmayıb. Bu məsələdə dünyaya örnək olacaq humanizmdən doğan xüsusi həssaslıq nümayiş etdirilib.

Azərbaycan hökuməti antiterror tədbirlərindən sonra erməniəsilli sakinlərə çağırış edərək onları ölkəmizi tərk etməməyə çağırdı. Lakin separatçıların təzyiq təhdidləri,  eyni zamanda Ermənistanın xarici qərəzli ölkələrin yalanlarına uymaları həmin sakinlərin əksəriyyətinin zamanında doğru qərar verə bilməməsinə Qarabağdan getməsinə gətirib çıxardı.

 

 

 

Qarabağ erməniləri qurbanlıq seçildilər

 

 

 

Azərbaycan hökumətinin onlara vəd etdiyi həyata keçirdiyi təhlükəsiz, layiqli həyat şəraitindən imtina edərək Ermənistana üz tutan Qarabağ erməniləri böyük peşmançılıq içərisindədirlər. Onların şirnikləndirilərək ölkəmizi tərk etməyə sövq edilməsi sadəcə Ermənistana xarici ölkələrdən, donor təşkilatlardan pul almaq üçün,  riyakar Qərb ölkələrinə isə Cənubi Qafqaza yerləşmələri üçün bir təzyiq vasitəsi kimi lazım idi. bu məkrli oyunda Qarabağ erməniləri qurban kimi seçildilər.

"Euronews"a müsahibəsində dövlət başçısı İlham Əliyev söylədi ki, ölkəmizi tərk etmək qərarı onların öz qərarı idi indi əldə etdiyimiz məlumata əsasən, bu, dırnaqarası "dağlıq qarabağ respublikası"nın dırnaqarası "sabiq rəhbərləri"nin qəsdən etdiyi hərəkət idi: "Onlara oranı tərk etməyə ehtiyac yox idi, lakin onlar tərk etmək qərarını verdikdə biz onları dayandıra bilməzdik. Biz onlar oranı sülh şəraitində tərk etsinlər deyə, onlara maksimum dərəcədə rahat şərait yaratdıq".

Müsahibəsində azərbaycanlılara qarşı tam əksinin edildiyini, onların otuz il bundan əvvəl ya qətlə yetirildiyini, ya da deportasiya olunduğunu, işgəncələrə məruz qaldığını, həbs edildiyini onların bəzilərinin yüksək dağlıq əraziləri aşmaq məcburiyyətində qalaraq həmin ərazilərdə donub öldüyünü diqqətə çatdıran dövlətimizin başçısı qeyd etdi ki, bütün bunlar sənədlərlə təsdiq edilib: "Qarabağ bölgəsinin ermənilərinin Ermənistana daxil olmaları da sənədləşdirilmişdir hər şey humanitar standartlara əsasən edilmişdir. Lakin yenə sizin suala gəldikdə deyə bilərəm ki, onlar qayıda bilərlər".

Ökəmizi könüllü tərk etmiş Qarabağ bölgəsinin ermənilərinin qayıdışı üçün hökumətimiz beynəlxalq hüquqa əsaslanan şərtlər irəli sürüb. Onlar mövcud elektron portalda qeydiyyatdan keçərək geri qayıtmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirməlidirlər. Göründüyü kimi, bu hüquqi proses beynəlxalq norma standartlara uyğun həyata keçirilir.

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 14 dekabr, № 273.- S.1;3.