Azərbaycanın
COP-29-a evsahibliyi BMT TŞ-yə
üzvlükdən və
Qoşulmama Hərəkatına
sədrlikdən sonra xarici siyasətimizin ən böyük uğurudur
Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP-29) ev
sahibi seçilməsi,
əlbəttə ki, ilk növbədə ölkəmizin beynəlxalq
nüfuzunun göstəricisidir.
Bu, Qoşulmama
Hərəkatına sədrliyimizdən
və BMT Təhlükəsizlik
Şurasına üzvlüyümüzdən
sonra xarici siyasətimizin ən böyük uğurudur. Eyni zamanda son
zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə
tutarlı cavabdır.
BMT-nin İqlim
Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransı
- COP Konvensiyasının ali
qərar qəbul edən orqanıdır. Katibliyi Bonnda yerləşir. Hər il dünyanın hər yerindən hökumət nümayəndələri
COP-da toplaşaraq iqlim dəyişmələrinin
qarşısının alınması
və fəsadlarının
aradan qaldırılması
istiqamətində birgə
səylər göstərmək
üçün çağırışlar
edirlər. COP-un ilk toplantısı 1995-ci ildə Berlin şəhərində
keçirilib. 1990-cı illərin
ortalarından başlayaraq
sözügedən konfrans
çərçivəsində inkişaf etmiş ölkələrdə istixana
qazlarının atmosferə
tullantılarının məhdudlaşdırılması
ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva
edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə
keçirilən sessiyalarda
iqlim dəyişikliyi
ilə mübarizədə
ən əhəmiyyətli
beynəlxalq sənəd
hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək
198 ölkə, o cümlədən
Azərbaycan bu razılaşmaya qoşulub.
Azərbaycan BMT-nin
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasına tərəf
olmaqla qlobal iqlim dəyişmələrinə
qarşı mübarizəyə
qoşulub. Ölkəmiz
1990-cı illə müqayisədə
2030-cu ilə qədər
istixana qazlarının
miqdarının 35 faiz
azaldılmasını hədəfləyir.
2030-cu ildən sonra isə daha iddialı
hədəf müəyyən
edilib ki, bu da 2050-ci ilə
qədər istixana qazlarının miqdarının
40 faiz azaldılmasından
ibarətdir.
Prezident İlham
Əliyev ölkəmizin
işğaldan azad edilmiş torpaqlarını
"Yaşıl enerji"
zonası elan edib. Bu ərazilərin
2050-ci ilədək "Netto
sıfır emissiya"
zonasına çevrilməsi
nəzərdə tutulur.
Beləliklə, gələn
ilin noyabrında keçiriləcək məhz
bu platforma vasitəsilə konvensiyaya
qoşulan 198 ölkə
ilə iqlim danışıqları aparılacaq.
İlham Əliyev
bu diplomatik uğuru rəsmi sosial şəbəkə
hesablarında etdiyi paylaşımda çox yüksək dəyərləndirib.
Dövlət başçısı
qeyd edib ki, Azərbaycan iqlim dəyişikliklərinə
qarşı qlobal mübarizəni sistemli olaraq dəstəkləyir
və enerji səmərəliliyi ilə
bağlı tədbirlər
görür. Təmiz
ətraf mühit və yaşıl inkişaf milli prioritetlərimizdəndir. Bərpaolunan
enerji Azərbaycanda geniş vüsət almağa başlayır:
"BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının
Tərəflər Konfransının
29-cu sessiyasına (COP-29) 2024-cü ildə evsahibliyi etməyimiz iqlim dəyişikliklərinə qarşı
mübarizə üzrə
qlobal səylərə
öz töhfəmizi
vermək qətiyyətimizdən
irəli gəlir. Azərbaycanın namizədliyinə
verilən dəyərli
dəstəyə görə
bütün ölkələrə
səmimi təşəkkürümü
bildirirəm". Prezident
COP-29 sessiyasının uğurlu
hadisəyə çevrilməsi
üçün Azərbaycanın
əlindən gələni
edəcəyini də
vurğulayıb.
İndidən proqnozlaşdırmaq
olar ki, Azərbaycan COP-29-a uğurla
evsahibliyi edəcək.
Çünki Azərbaycanda
olan infrastruktur, habelə rəsmi Bakının beynəlxalq
tədbirlərin keçirilməsi
ilə bağlı təcrübəsi COP-29-a da
uğurla evsahibliyi edəcəyinə şübhə
yeri qoymur.
Son illərdə
Azərbaycan dünyanı
narahat edən qlobal məsələlərin
müzakirə edildiyi
bir məkana çevrilib. BMT-nin Dayanıqlı İnkişaf
Məqsədlərindən olan iqlim dəyişikliyi
ilə mübarizə
də bu məsələlərdən biridir.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Azərbaycanın
nəinki regionda, bütünlüklə dünyada
nüfuzu durmadan artır. Azərbaycan öz imkanlarını və potensialını çoxdan sübut edib. Bunu təkcə
biz yox, beynəlxalq ekspertlər, siyasətçilər də
etiraf edirlər. Son günlərdə ölkəmizin COP29-a evsahibliyi
ilə bağlı müxtəlif ekspertlərin
səsləndirdiyi fikirlər
də bunu deməyə əsas verir. Məsələn, ukraynalı ekspert, siyasi elmlər namizədi, politoloq Oleksiy Buryaçenko deyir ki, bu,
Azərbaycan diplomatiyasının
növbəti qələbəsidir.
Həm Bolqarıstanla,
həm də Ermənistanla razılığa
gəlinməsinə müvəffəq
olunması böyük
siyasi uğurdur: "Bolqarıstan Azərbaycanın
xeyrinə ərizəsini
geri götürdü.
Bundan sonra, doğrudan da, diplomatik sıçrayış
baş verdi. Ermənistanla Azərbaycan
arasında münasibətlərin
normallaşması nəticəsində
Ermənistan da öz ərizəsini Azərbaycanın xeyrinə
geri götürdü.
Bu, geosiyasi əhəmiyyət kəsb
edən hadisədir".
Onun sözlərinə
görə, Azərbaycanın
işi asan olmayacaq, çünki adətən bu cür nüfuzlu beynəlxalq tədbirlərə
bir il ərzində
elə hazırlaşmaq
lazımdır ki, çoxlu sayda nümayəndələr iştirak
edə bilsin. Amma ekspert Azərbaycanın
bu işin öhdəsindən gələcəyinə
əmindir. Çünki
Azərbaycanın belə
bir mötəbər tədbirin ən yüksək səviyyədə
keçirilməsi üçün
bütün resursları,
imkanları var. Ölkəmiz qlobal xarakterli mötəbər
tədbirləri yüksək
səviyyədə təşkil
etmək bacarığını
dəfələrlə nümayiş
etdirib. Yüksək inkişaf göstəricilərinə
nail olan Azərbaycanın belə nəhəng tədbirləri
təşkil etmək
üçün müasir
infrastruktura malik və təhlükəsizlik
baxımından sabit ölkə olması dünya ictimaiyyətinə
məlumdur.
Əminliklə deyə
bilərik ki, Azərbaycan COP-29-a da uğurla evsahibliyi edəcək və ölkəmizdə keçiriləcək
tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizəyə
töhfə verəcək
xüsusi hadisələr
və təşəbbüslərlə
yadda qalacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.4.