Xalqla Prezident
arasında sarsılmaz
birlik mövcuddur
"Prezident İlham Əliyevin
2024-cü il fevralın 7-də növbədənkənar prezident
seçkilərinin keçirilməsi
haqqında sərəncamı
Azərbaycanın milli maraqlarından,
mövcud tarixi və siyasi zərurətdən qaynaqlanır.
Bu gün nəinki Azərbaycanda, o cümlədən dünyada
hər kəs çox yaxşı bilir ki, Qarabağı işğaldan azad edən və Vətəni bütövləşdirən
Prezident İlham Əliyevin
siyasi çəkisi və nüfuzu, ona olan xalq
məhəbbəti və
dəstəyi bütün
dünya liderlərinin
qibtə edəcəyi
qədər yüksəkdədir".
Bu fikirləri "Azərbaycan"
qəzetinə açıqlamasında
Milli Məclisin deputatı
Azay Quliyev deyib. Deputat bildirib ki, mövcud siyasi və mənəvi mühit
Azərbaycan Liderinin heç kimdən və heç nədən asılı olmadan qarşısına qoyduğu strateji hədəflərə daha
qətiyyətlə çatmaq
və bu yolda ona mane olmaq istəyənlərin,
milli maraqlarımıza təhlükə
törədənlərin qarşısını
əzmlə almaq üçün lazımi
qərarları vaxtında
və gecikmədən
verməsinə imkan yaradır. Növbədənkənar
prezident seçkilərinin
təyin olunmasına məhz bu kontekstdən
yanaşmaq lazımdır.
Azay Quliyev qeyd
edib ki, bu qərarın verilməsində
məqsəd regionda və dünyada baş verən geosiyasi dalğalanmalardan və real təhlükələrdən
Azərbaycanı etibarlı
şəkildə qorumaq,
ölkənin siyasi, iqtisadi və idarəetmə sistemində
nəzərdə tutulan
köklü dəyişiklikləri
dövrün tələblərinə
uyğun həyata keçirmək, ölkəmizin
gələcək inkişafını
və rəqabət imkanlarını gücləndirmək,
o cümlədən dövlətimizə
qarşı açıq
şəkildə hazırlanan
məkrli planların qarşısını vaxtında
almaqdır.
Deputatın sözlərinə
görə, xalqımız
əmindir ki, Prezident
İlham Əliyevin 2020-ci il sentyabrın 27-də əks-hücuma
keçmək, 10 noyabrda
müharibəni qələbə
ilə başa çatdırmaq, 23 aprel
2023-cü ildə Laçında
dövlət sərhəd
keçid məntəqəsini
yaratmaq və bu ilin 19-20 sentyabrında
Qarabağda separatçılığa
son qoymaq və suverenliyimizi bərpa etmək haqqında verdiyi taleyüklü qərarlar və onların tarixi nəticələri kimi 7 fevral 2024-cü ildə növbədənkənar prezident
seçkilərinin keçirilməsi
haqqındakı qərarı
da eyni xarakterlidir. Bütün qərarlar əldə etdiyimiz qələbələri daha
da möhkəmləndirməyə xidmət edir.
Azay Quliyev deyib
ki, bəzi siyasilərin
prezident seçkilərinin
erkən keçirilməsi
haqqında söylədikləri
tənqidi fikirlərə
gəlincə, əminliklə
deyə bilərik ki, bunu heç kim ciddi və
əsaslı qəbul
etmir: "Xalqla Prezident arasında mövcud olan sarsılmaz birliyə müdaxilə etmək və İlham Əliyevlə
rəqabət aparmaq mümkün deyil. Bu baxımdan seçkilərin
nə vaxt elan olunması və nə vaxt keçirilməsi
bu reallığı dəyişmir. Həmçinin
siyasi partiyalar üçün seçkilərlə
bağlı vaxt anlayışı olmur və olmamlıdır".
Azay Quliyev vurğulayıb
ki, Prezident İlham Əliyevin
uğurlarını və
qələbələrini heç
zaman həzm edə bilməyən marginalların
və onların xaricdəki təlimatçılarının
nöbvədənkənar seçkilərə
indidən kölgə
salmaq cəhdlərinə
isə ümumiyyətlə,
əhəmiyyət vermək
lazım deyil, çünki milli nankorlar
heç zaman millətin
yanında olmayıblar
və bundan sonra da olmayacaqlar: "Əminəm ki, Vətən
müharibəsində olduğu
kimi, hər bir vətəndaşımız
bu seçkilərdə
də fəal iştirak edəcək, qalib və bütöv
Azərbaycanın gələcəyi
naminə üzərinə
düşən vəzifəni
layiqincə yerinə yetirəcək".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.3.