Prezident
İlham ƏLİYEV: “Bizim
çox sabit siyasi sistemimiz var, xalqımızın çox güclü birliyi var"
Azərbaycan Prezidenti
İlham Əliyevin bütün müsahibə
və çıxışları
bir qayda olaraq həmişə istər yerli, istərsə də dünya KİV-ində böyük rezonans doğurur.
Dövlət başçısının
"Euronews" televiziyasına verdiyi son müsahibə
də siyasi şərhçilər tərəfindən
həm ölkə, həm də dünya mətbuatında geniş müzakirə olunur.
Müsahibədə Azərbaycanın dayanıqlı
sülhə, əmin-amanlığa
xidmət edən xarici siyasətindən də geniş söz açılmışdır.
Müxbirin "Azərbaycan
Şərq və Qərb arasında çox strateji-coğrafi mövqedə yerləşir.
Beynəlxalq arenada ölkənin strategiyası
nədən ibarətdir"
sualına Prezident İlham Əliyevin cavabı belə olmuşdur: "Beynəlxalq
arenada biz müstəqil siyasət yürütməyə davam
edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən
böyük beynəlxalq
təsisat olan Qoşulmama Hərəkatına
sədrlik edirik. Bir çox üzv ölkənin - 120 üzv ölkənin ümumi rəyinə əsasən, Azərbaycan
Qoşulmama Hərəkatına
yeni ölçü və dinamika verməkdə önəmli
rol oynayıb. Biz Qoşulmama Hərəkatının institusional
inkişafı ilə
bağlı çoxlu
addımlar atdıq, parlament və gənclər platformalarını
yaratdıq, qadınlar
üçün platformanın
yaradılması üzərində
işlədik. Biz
COVID pandemiyası məsələsi
ilə bağlı çox fəal olmaqla 80-dən çox ölkəyə yardım
etdik. Beləliklə,
bizim Qoşulmama Hərəkatında sədrliyimiz
bizə siyasətimizi,
imkanlarımızı nümayiş
etdirməyə şərait
yaratdı və yeri gəlmişkən, bizim sədrliyimiz yekdil qərarla əlavə bir il uzadılıb. 120 ölkə, onların heç də hamısı bir-biri ilə yaxşı münasibətdə deyil,
lakin Azərbaycana gəldikdə onların hamısı yekdilliklə
bizi dəstəklədi.
Beləliklə, bu, beynəlxalq dəstəyi
ən yaxşı şəkildə nümayiş
etdirir. Bəzən bəzi siyasətçilər
beynəlxalq birlik haqqında danışdıqda
onlar, ola bilsin ki, onlarla
ölkəni nəzərdə
tuturlar. Lakin beynəlxalq birlik 200-dən
artıq ölkədən
ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı
dəstəkləyir. Bu,
yalnız bir istiqamətdir".
Prezident İlham
Əliyevin hər bir müsahibəsi, çıxışı həm
də ölkəmizin
gələcəyi ilə
bağlı inkişafın
aydın təsəvvürünü
yaradır, uğurlara
yönəlmiş iqtisadi
və sosial istiqamətləri müəyyənləşdirir.
Bu baxımdan Prezidentin "Euronews" televiziyasına
müsahibəsi də
istisna olmamışdır.
Müsahibəsi zamanı
dövlət başçısı
çox aydın və qəti şəkildə bildirmişdir ki, Azərbaycanın daxilində
risklər yoxdur: "Bizim çox sabit siyasi sistemimiz
var, xalqımızın
çox güclü birliyi var, xüsusilə
işğal olunmuş
ərazilərimizin azad
edildiyi tarixi qələbədən sonra".
Dövlət başçısının
müsahibəsindən də
aydın göründüyü
kimi, Azərbaycan müstəqil xarici və daxili siyasət yürütməyə
qadir olan bir ölkədir. O da xüsusilə qeyd olunmalıdır ki, bu siyasət
milli maraqlara əsaslanaraq yürüdülür.
Bu siyasətin əsasında ölkəni
qarşıdurma, yaxud
rəqabət arenasına
çevirməmək, dövləti
mənfi xarici təsirlərdən və
daxili işlərə
müdaxilədən qorumaq
dayanır. Azərbaycanı
istənilən rəqabətdən,
geosiyasi mübarizədən
və ya böyük dövlətlərin
toqquşmasından qorumaq
üçün Prezident
İlham Əliyev tərəfindən vaxtında
zəruri və lazımi addımlar atılır. İllərdən
bəri formalaşmış
dövlət və dövlətçilik ənənələri
göz bəbəyi kimi qorunur. Prezident
"Euronews" televizisiyasına müsahibəsində bir
daha Azərbaycanın
siyasətində müstəqil
olduğunu, xarici siyasətinin prinsiplərinin
dəyişməz qaldığını
təsdiqlədi. Dövlət
başçısı bütün
məsələlərdə Azərbaycanın ədalətə
və beynəlxalq hüquq normalarına əsaslandığını, qarşılıqlı
əlaqələrin dinamik
inkişafında bu prinsiplərin rolunu və əhəmiyyətini
bir daha açıqladı.
Müxbirin Azərbaycanın
daxili və xarici siyasətlə bağlı verdiyi sualı Prezident İlham Əliyev belə cavablandırdı:
"Siyasi inkişafa gəldikdə, burada da Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür.
Əsas amillərdən
biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti
mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır.
Beləliklə, biz bu riskləri azaltmağı uğurla bacardıq. Bu səbəbdən bu gün Azərbaycan böyük beynəlxalq potensiala, müsbət beynəlxalq reputasiyaya malik ölkədir. Elə bir ölkə
ki, son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edə bilib".
Aparılmış müşahidələr
sübut edir ki, dünyanın aparıcı dövlətlərinin
mediası Azərbaycan
gerçəkliklərini öyrənməyə,
bilməyə və onları ictimailəşdirməyə
böyük maraq göstərir. Bu maraq Azərbaycanla münasibətlərin möhkəmlənməsinə,
bir çox sahələr üzrə əlaqələrin genişlənməsinə
xidmət edir. Bütün bunlar isə Azərbaycanın daim artan gücündən,
qüdrətindən və
Azərbaycan Prezidentinin
uğurla həyata keçirdiyi müstəqil
xarici və daxili siyasətin uğurlarından xəbər
verir. Dövlət başçısının jurnalistin
mahiyyətində həm
siyasi, həm də iqtisadi çalarlar olan suallarına verdiyi məntiqli, əsaslandırılmış
cavablar Azərbaycan gerçəkliklərini tam
reallığı ilə
ifadə edir.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.5.