Könüllülük
hərəkatı Azərbaycan gənclərini vahid platformadsa
birləşdirib
Azərbaycan
könüllülərinin VI həmrəylik forumunun
iştirakçılarına
Əziz gənclər!
Sizi – Azərbaycan
könüllülərinin VI həmrəylik forumunun
iştirakçılarını salamlayır, Beynəlxalq
Könüllülər Günü münasibətilə təbrik
edir və hamınıza cansağlığı, gələcək
işlərinizdə nailiyyətlər arzulayıram.
Forumun
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar
ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli”
çərçivəsində təşkili xüsusi əhəmiyyət
daşıyır. Könüllülük hərəkatı
məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət
alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş
və ötən müddət ərzində ictimai həyatımızın
ən müxtəlif sahələrini əhatə etmişdir.
Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər
tutan hərəkat əməli fəaliyyətində
xeyirxahlıq, fədakarlıq və təmənnasız
yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm
etdirmiş, cəmiyyətin etimadını layiqincə
doğrultmuşdur.
Sevindirici
haldır ki, könüllülərimiz bu gün yurdun hər
bir guşəsində dövlət gənclər siyasətinin
məqsəd və prinsiplərinə uyğun şəkildə
Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş
sosial təşəbbüslərə və innovativ layihələrə
hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə
Qarabağda təbii sərvətlərimizin qanunsuz
istismarına qarşı etiraz ifadə edən və
uğurla nəticələnən dinc aksiyanın əsas
iştirakçıları olmuşlar. Artıq onların həmçinin
ölkə hüdudlarından kənarda humanitar yardım
istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi
vardır.
İndi müstəqillik
tariximizin inkişaf dövrünün qürurverici
yeni mərhələsindəyik.
İşğaldan azad
edilmiş ərazilərimizdə
ən qısa zamanda həyatın əvvəlki ahənginə
qaytarılması üçün
genişmiqyaslı işlər
aparılır. İnanıram
ki, Ulu Öndərin
tövsiyələrini özünüzə
şüar seçən
siz könüllülər
Vətənə və
dövlətə bundan
sonra da dərin bağlılıq
nümayiş etdirəcək,
yüksək fəallıq
göstərərək Böyük
Qayıdışa töhfələr
verəcəksiniz.
İlham
Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.1.