Abşeron
rayonu ərazisində
avtomobil yollarının
əsaslı təmiri
ilə bağlı tədbirlər haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Abşeron
rayonunun Saray qəsəbəsi ərazisində avtomobil
yollarının əsaslı təmiri məqsədilə Azərbaycan
Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının 2023-cü il dövlət
büdcəsində dövlət əsaslı vəsait
qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə
tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində
göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir
milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları
Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə
maliyyələşməni təmin etsin.
3. Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı
təmirinin başa çatdırılması
üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan
Respublikasının 2024-cü il dövlət büdcəsi
layihəsində dövlət əsaslı vəsait
qoyuluşu xərclərinin bölgüsündə nəzərdə
tutsun.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 13 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.2.