Azərbaycan
Respublikası Prezidentinin
"Şəhid və
şəhid ailəsi
statusu almış şəxslərə, müharibə
ilə əlaqədar
əlilliyi müəyyən
edilmiş şəxslərə
və müharibə veteranlarına dair məlumatların mübadiləsi
mexanizminin təkmilləşdirilməsi
və Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə"
2021-ci il 27 oktyabr tarixli 1470 nömrəli və "Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş
elektron informasiya sistemi haqqında Əsasnamə"nin və
"e-sosial" internet
portalı haqqında Əsasnamə"nin təsdiq
edilməsi barədə"
2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığortası sahəsində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18
may tarixli 1340 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə" 2021-ci il
29 dekabr tarixli 1541 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Şəhid və
şəhid ailəsi
statusu almış şəxslərə, müharibə
ilə əlaqədar
əlilliyi müəyyən
edilmiş şəxslərə
və müharibə veteranlarına dair məlumatların mübadiləsi
mexanizminin təkmilləşdirilməsi
və Azərbaycan Respublikası Prezidentinin
2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"də dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 27
oktyabr tarixli 1470 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2021, № 10, maddə 1114) 4-cü hissəsindən "Azərbaycan
Respublikası Prezidentinin
Təhlükəsizlik Xidməti,"
sözləri çıxarılsın.
2. "Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və
Azərbaycan Respublikası
Prezidentinin "Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş
elektron informasiya sistemi haqqında Əsasnamə"nin və
"e-sosial" internet
portalı haqqında Əsasnamə"nin təsdiq
edilməsi barədə"
2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığortası sahəsində
idarəetmənin təkmilləşdirilməsi
ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18
may tarixli 1340 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2021, № 12, maddə
1406) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 4-cü hissədən "Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik
Xidməti," sözləri
çıxarılsın;
2.2. 6-cı hissədə birinci halda "və" sözü vergül işarəsi ilə əvəz olunsun və həmin hissəyə
"Təhlükəsizliyi Xidməti" sözlərindən
sonra "və Azərbaycan Respublikası
Prezidentinin Təhlükəsizlik
Xidməti" sözləri
əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
13 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.2.