Bakı
beynəlxalq tədbirlərin
təcrübəli ev
sahibinə çevrilib
Bakı gələn
il BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasına Tərəf
Dövlətlərin 29-cu Konfransına
(COP-29) evsahibliyi edəcək.
1995-ci ildən hər
il keçirilən bu konfransın məqsədi dünyada iqlim dəyişikliyi ilə mübarizədə
irəliləyişləri qiymətləndirməkdir.
Bu mövzu ilə bağlı "Azərbaycan" qəzetinə
danışan Milli Məclisin deputatı Azər Badamov deyib ki, Azərbaycan BMT-nin qlobal iqlim dəyişiklikləri
ilə bağlı təşəbbüsünə qoşularaq könüllü
şəkildə öhdəlik
götürüb: "Ölkəmiz
istilik effekti yaradan qazların azaldılması və istehsal olunan elektrik enerjisinin 30 faizinin 2030-cu ilə qədər bərpaolunan enerjiyə çevrilməsi
ilə bağlı öhdəliyi icra edir. Ümumiyyətlə,
istilik effekti yaradan qazların həcminin 2030-cu ilədək
35 faizə qədər,
2050-ci ilədək isə
40 faizə qədər
azaldılması planlaşdırılıb.
Həmçinin üç
il əvvəl erməni işğalından
azad olunmuş ərazilərimizdə bərpaolunan
enerji resurslarından səmərəli istifadə
olunması istiqamətində
də böyük layihələr icra olunur".
Deputat deyib ki, Azərbaycanın bərpaolunan enerji sahəsində təcrübəli
beynəlxalq şirkətlərlə
sazişlər bağlaması
mövcud sahədə
inkişafımıza daha
da təkan verir: "Bu istiqamətdə görülən
işlərin təzahürü
kimi Birləşmiş
Ərəb Əmirliklərinin
"Masdar" şirkəti
ilə əldə olunmuş razılaşmaya
əsasən, Qaradağda
istifadəyə verilmiş
günəş-elektrik stansiyasını
misal göstərmək
olar. Həmçinin Azərbaycan, Gürcüstan,
Rumıniya və Macarıstan arasında imzalanmış razılaşmaya
əsasən, ölkəmizdə
istehsal olunacaq "yaşıl enerji"nin Avropaya nəql edilməsi üçün
Qara dənizin dibi vasitəsilə yeni "yaşıl enerji" dəhlizi marşrutunun yaradılması
istiqamətində işlər
də davam etdirilir. Bu da
ölkəmizdə enerji
istehsalı sahəsində
böyük həcmdə
qaza qənaət olunmasına xidmət edəcək və Avropaya daha çox
qaz ixrac etməyimizə imkan yaradacaq. Habelə, Azərbaycandan Avropaya daha böyük həcmdə bərpaolunan
enerji və qaz daxil olduqca
orada da istilik effektli qazlar yaradan kömürdən istifadə
azalacaq".
Azər Badamov vurğulayıb ki, ölkəmizin qlobal iqlim dəyişiklikləri
ilə mübarizəyə
daha çox töhfə vermək potensialı var. Ona görə də COP-29-un Azərbaycanda
keçirilməsi doğru
qərardır. Bakının
belə mötəbər
konfransa evsahibliyi etməsi ölkəmizin bərpaolunan enerji potensialının beynəlxalq
səviyyədə daha
yaxşı təbliğinə
imkan verəcək. Bu da yeni
investisiyaların ölkəmizə
gəlişinə şərait
yaradacaq. Həm də dünya ictimaiyyəti Azərbaycanı
daha yaxından tanıya biləcək. Bütün bunlar ölkəmizin iqtisadi inkişafını sürətləndirəcək.
Deputatın sözlərinə
görə, Azərbaycanın
beynəlxalq tədbirlərə
evsahibliyi etməklə
bağlı zəngin
təcrübəsi var:
"Azərbaycan Avropa
və İslam Həmrəyliyi oyunlarına,
həmçinin Qoşulmama
Hərəkatına, digər
beynəlxalq forum və tədbirlərə
evsahibliyi edib. Ölkəmiz COP-29 konfransını
da yüksək səviyyədə təşkil
etməklə növbəti
dəfə qlobal
əhəmiyyətli mühüm
tədbirin ünvanına
çevriləcək. Xüsusi
qeyd etmək lazımdır ki, Azərbaycan belə konfransalara evsahibliyi etməklə etibarlı tərəfdaş və beynəlxalq ictimaiyyətin
ləyaqətli üzvü
olduğunu təsdiqləyir".
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.4.