“Azərbaycan
Könüllülərinin VI Həmrəylik Forumu” keçirilib
Dekabrın 13-də Bakı
Konqres Mərkəzində
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkədə fəaliyyət
göstərən 3 minə
yaxın Azərbaycan könüllüsünü bir
araya toplayan “Azərbaycan Könüllülərinin
VI Həmrəylik Forumu”
keçirilib. Forum Azərbaycan
Respublikasının Gənclər
Fondu, Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi, “ASAN xidmət”in təşkilati dəstəyi
və Azərbaycan Könüllü Təşkilatları
İttifaqının (AKTİ) təşkilatçılığı ilə 5-19 dekabr tarixlərində keçirilən
“Azərbaycan Könüllülük
Həftəsi 2023” çərçivəsində
təşkil olunub.
AZƏRTAC xəbər verir ki, forumda
Prezident Administrasiyası
Gənclər siyasəti
və idman məsələləri şöbəsinin
müdiri, Birinci vitse-prezidentin köməkçisi
Yusuf Məmmədəliyev,
gənclər və idman naziri Fərid
Qayıbov, Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu, BMT-nin Azərbaycandakı rezident
əlaqələndiricisi Vladanka
Andreyeva və digər rəsmi şəxslər iştirak
ediblər.
Könüllülərin il ərzində göstərdikləri nəcib
fəaliyyətləri diqqət
mərkəzində saxlamaq
və onlara təşəkkür etmək
məqsədilə təşkil
edilən forum Karyera Sərgisi ilə başlayıb. Sərgi zamanı könüllülər 40-a yaxın
müxtəlif yerli və xarici şirkətlərin iş
imkanları barədə
ətraflı məlumat
əldə ediblər.
Forumun rəsmi
açılışında ilk öncə Azərbaycan Respublikasının
Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndər
Heydər Əliyevin və bütöv Azərbaycan uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ehtiram və qürur hissi ilə yad edilib.
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin Forum iştirakçılarına
müraciətinin səsləndirilməsi
ilə rəsmi açılış hissəsinə
start verilib. Müraciəti gənclər
və idman naziri Fərid Qayıbov səsləndirib.
Daha sonra Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi
Vladanka Andreyeva, fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev, Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması sədrinin müavini Hikmət Babaoğlu çıxış ediblər.
Natiqlər nəcib
fəaliyyət olan könüllülüyün tarixindən,
gənclərə faydasından
danışıb, Ulu
Öndər Heydər
Əliyevin gənclərə
ünvanladığı dəyərli
tövsiyələrin Azərbaycan
gənclərinin və
könüllülərinin inkişafında hər zaman müstəsna əhəmiyyətə malik
olduğunu diqqətə
çatdırıblar. Qeyd
olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi
dövründə yetişən
gənclər, könüllülər
Vətən müharibəsi
dövründə böyük
şücaət və
qəhrəmanlıq göstərərək
möhtəşəm Zəfərdə
böyük pay sahibi olublar. Çıxışlar zamanı
“Könüllülüyün inkişafında dövlət
qurumlarının rolu”,
“Azərbaycanda könüllülük
hərəkatının dəstəklənməsi
və genişlənməsi”,
“Qardaş Türkiyədə
təbii fəlakət
zonasında könüllülərin
fəaliyyəti”, “Tarixi
torpaqlarımıza Böyük
Qayıdışda könüllülərin
rolu” və “Beynəlxalq Könüllülər
Günü və qlobal çağırışlar”
mövzuları ilə
bağlı fikirlər
bölüşülüb. Həmçinin rəsmilər
tərəfindən bildirilib
ki, dövlət başçımız tərəfindən
könüllülük fəaliyyətinin
təşviqi üçün
yaradılan geniş imkanların nəticəsi
olaraq xüsusilə son illərdə ölkəmizdə bu hərəkat geniş vüsət alıb və gənclər xeyirxah əməllərin
öncül iştirakçılarına
çevrilərək həm
dövlətimizin, həm
də cəmiyyətimizin
inkişafına öz
töhfələrini veriblər.
Rəsmi çıxışlardan
sonra Azərbaycan Könüllü Təşkilatları
İttifaqının sədri
Yusif Vəliyev tədbir iştirakçılarına
ittifaqın illik fəaliyyəti barədə
hesabat xarakterli məlumat verib. Qeyd edib ki,
hər zaman olduğu kimi 2023-cü ildə də Prezident İlham Əliyevin könüllülüyün
təşviqi və təbliği ilə bağlı müvafiq tapşırıqları və
çağırışları əsas götürülərək
həyata keçirilən
fəaliyyətlər ölkənin
65 şəhər və
rayonunu, eyni zamanda Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından
mütəşəkkil formada
xarici ölkədə
humanitar yardım istiqamətində təşkil
olunmuş ilk könüllü fəaliyyətini
əhatə edib. Bununla yanaşı, İttifaqın sədri “Azərbaycan Könüllüləri
2023-cü ildə” adlı
Hesabat Jurnalını
və videoçarxını
təqdim edərək
cari il ərzində
baş tutan 300-ə yaxın layihədə on minlərlə gəncin iştirak etdiyini xüsusi olaraq vurğulayıb.
Forum çərçivəsində
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə
100 Azərbaycan könüllüsü
il ərzindəki fəal təşəbbüslərinə
görə mükafatlandırılıblar.
Mükafatlandırılan könüllülərin
çıxışları ilə davam edən forumun gedişatında Azərbaycan
könüllüləri adından
Prezident İlham Əliyevə müraciət
ünvanlanıb.
Yekunda Azərbaycan
Könüllülərinin Himni səsləndirilib və forum iştirakçılarının
xatirə fotosu çəkilib.
Qeyd edək ki, forum zamanı
Ulu Öndər Heydər Əliyevə, o cümlədən könüllülərin
müxtəlif dövrlərdə
fəaliyyətinə həsr
olunmuş videoçarxlar
nümayiş etdirilib.
Azərbaycan.-2023.-
14 dekabr, ¹ 273.- S.4.