Moskvada
Ulu Öndər Heydər Əliyevin xatirə gecəsi keçirilib
Azərbaycanın Rusiyadakı
səfirliyi Heydər Əliyev
Fondunun Moskvadakı nümayəndəliyi ilə
birlikdə Azərbaycan
xalqının Ümummilli
Lideri Heydər Əliyevin
100 illiyinə həsr
olunmuş xatirə gecəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin
üzvləri, Rusiya Federasiyası Federasiya Şurasının və Dövlət Dumasının
senatorları və deputatları, diplomatik nümayəndəliklərin rəhbərləri,
Rusiyanın tanınmış
ictimai xadimləri,
Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin
əməkdaşları, Rusiya
Azərbaycanlı Gənclər
Təşkilatının fəalları
və Azərbaycan diasporunun təmsilçiləri
iştirak ediblər.
Tədbirin qonaqları
Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyi
tərəfindən təşkil
edilmiş fotosərgi
ilə tanış olublar. Sərginin ekspozisiyasına Ulu Öndərin
həyatının müxtəlif
dövrlərinə və
çoxşaxəli fəaliyyətinə
həsr olunmuş
30-dan çox fotoşəkil
daxil edilib.
Tədbiri açan
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu qeyd edib: “Heydər Əliyevin rolu və şəxsiyyətinin
miqyası o qədər
böyükdür ki, onun
həyat yolu, fəlsəfəsi və Azərbaycan dövlətçiliyinin
inkişafına misilsiz
töhfəsi hələ
uzun illər ərzində bir çox nəsillər tərəfindən öyrəniləcək”.
Səfir daha sonra deyib: “Elə
liderlər var ki, onların
fəaliyyəti və
şəxsiyyətinin miqyası
cəmiyyətin inkişafına,
ölkənin siyasi-iqtisadi
kursuna və beynəlxalq arenada mövqeyinə böyük
təsir edir və təkcə bir dövlətin sərhədləri hüdudlarına
sığmır. Onlar
öz xalqlarının
tarixində mühüm
rol oynayır, həmçinin dünya siyasətində də iz buraxırlar. Heydər Əliyev məhz belə bir şəxsiyyət
olub. Onun ölkəmizin müstəqilliyinin
bərqərar olmasında
və möhkəmlənməsində
müstəsna rolu
var. Məhz onun fəaliyyəti sayəsində
Azərbaycanda demokratik,
hüquqi dövlət
qurulub və hazırda uğurla inkişaf edir”.
Diplomat Ümummilli Liderin xalqın tələbi ilə rəhbərliyə
qayıtdıqdan sonra
həyata keçirdiyi
irimiqyaslı siyasi, hüquqi, sosial-iqtisadi islahatlardan, mədəniyyət
və təhsil sahələrində dəyişikliklərdən
bəhs edib.
Polad Bülbüloğlu
vurğulayıb: “Bir mədəniyyət
xadimi və uzun müddət Heydər
Əliyevin rəhbərliyi
altında çalışmış
insan kimi deyə bilərəm ki,
Ulu Öndər milli mədəniyyəti
Azərbaycan xalqının
sərvəti kimi qiymətləndirirdi. Mədəniyyətin
müasir yüksək
inkişaf səviyyəsi
onun qiymətli ideyaları və real dəstəyi sayəsində
mümkün oldu”.
Səfirin sözlərinə
görə, Azərbaycan-Rusiya
əməkdaşlığı Heydər
Əliyevin xarici siyasət strategiyasında
xüsusi yer tuturdu. O qeyd edib: “Bu gün Azərbaycan və Rusiya regionda müttəfiqlik qarşılıqlı
fəaliyyətini uğurla
həyata keçirir,
ölkələrimiz arasında
münasibətlərin xarakteri
isə həm Azərbaycan, həm də Rusiya tərəfindən yüksək
qiymətləndirilir. Biz bu
əməkdaşlığın əsasının Ümummilli
Lider Heydər Əliyev tərəfindən
qoyulduğunu daim xatırlayırıq. Ulu Öndər
Rusiya ilə dostluq və arzu edilən münasibətlərin formalaşması
üzrə mühüm
addımlar atıb”.
Diplomat xüsusi olaraq vurğulayıb ki, bu il Rusiyada Heydər Əliyevin
andan olmasının
100 illiyi geniş şəkildə qeyd olunub, ölkənin bir çox şəhərlərində Ulu Öndərin yubileyinə
həsr olunmuş mühüm elmi-təhsil,
mədəni, idman tədbirləri keçirilib.
Səfir Rusiya rəhbərliyinə, Dövlət
Duması və Federasiya Şurasına, həmçinin TASS İnformasiya
Agentliyinə Heydər Əliyevin
anadan olmasının
100 illiyinə həsr
olunmuş tədbirlərin
təşəbbüsçüləri olduğuna və onların təşkilinə
görə təşəkkürünü
bildirib.
Polad Bülbüloğlu
qeyd edib ki, bu gün Heydər Əliyevin ideya və düşüncələri
Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən
uğurla həyata keçirilir. O əlavə
edib: “Yaxşı məlumdur ki, Ümummilli Liderin ən ümdə arzularından biri ölkəmizin işğal olunmuş ərazilərinin tam azad edilməsi, Azərbaycan Respublikasının ərazi
bütövlüyünün və suverenliyinin təmin olunması idi. O, dəfələrlə
əminliklə deyirdi
ki, işğal olunmuş
ərazilərin azad ediləcəyi və xalqımızın öz
əcdadlarının torpaqlarına
qayıdacağı vaxt
gələcək. Bütün
dünya azərbaycanlılarının
sevinc hissi ilə qarşıladığı
hadisə - Prezident, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
altında rəşadətli
Ordumuzun torpaqlarımızın
çoxillik işğalına
son qoyduğu gün gəlib çatdı. Onun Heydər Əliyevin
100 illiyinin qeyd edildiyi vaxtda baş verməsi xüsusilə əlamətdardır.
Öz atasının layiqli davamçısı
olan Prezident İlham Əliyev Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi və bu gün
Azərbaycanın üçrəngli
Bayrağı böyük
Zəfər nəticəsində
azad edilmiş bütün Azərbaycan torpaqlarında qürurla dalğalanır”.
Səfirin sözlərinə
görə, ölkəmizin
Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonlarının
dirçəlişi hazırda
Azərbaycan xalqının
milli ideyasının mühüm
tərkib hissəsidir.
Azərbaycan Prezidentinin
rəhbərliyi ilə
azad edilmiş ərazilərin hamısında
genişmiqyaslı tikinti-bərpa
işləri aparılır.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin çıxışında
qeyd edib ki, Rusiyada Heydər Əliyevin
xatirəsini böyük
səmimiyyət və
ehtiramla yad edirlər.
O bildirib: “Heydər Əlirza
oğlunun şəxsiyyətinin
miqyasını onun
SSRİ Nazirlər Soveti
sədrinin Birinci müavini
vəzifəsində yerinə
yetirdiyi vəzifələrin
geniş tərkibi göstərir. Həmin vaxt onun nəzarəti
altında 12 nazirlik
var idi, Heydər Əliyev,
həmçinin maşınqayırma,
ticarət, nəqliyyatın
bütün növləri
və rabitə, o cümlədən ən iri ümumittifaq infrastruktur layihəsi olan Baykal-Amur magistralı,
mədəniyyət, təhsil,
səhiyyə, yüngül
sənaye kimi həyati əhəmiyyət
kəsb edən sahələrə kuratorluq
edirdi. Bütün bu strateji mühüm
sahələrin kuratoru
Heydər Əlirza oğlu
idi və hamımız bilirik ki, həmin sahələrdə
milyonlarla sovet insanları çalışırdı”.
Diplomat vurğulayıb ki, Heydər Əliyev
daim Rusiyanın böyük və səmimi dostu, Rusiya-Azərbaycan münasibətlərinin
ardıcıl inkişafının
tərəfdarı olub.
O əlavə edib:
“Biz Rusiyada Heydər Əliyevin
xatirəsini daim qəlbimizdə və Rusiya-Azərbaycan müttəfiqlik
və tərəfdaşlıq
münasibətlərinin inkişafı
üzrə fəaliyyətimizdə
yaşadacağıq. Heydər Əliyevin simvolu olduğu bu münasibətlər çoxəsrlik
ənənələrə və ortaq tarixə
əsaslanır. O, ölkələrimiz
və xalqlarımız
üçün böyük
birləşdirici rol oynayıb”.
Tədbirdə TASS İnformasiya
Agentliyi baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın lentə aldığı
“Liderin ürəyi” sənədli filmi nümayiş
etdirilib.
Filmin ərsəyə
gəlməsindən bəhs
edən Mixail Qusman qeyd edib:
“Biz dahi insan haqqında olan bu filmi böyük sevgi ilə yaratdıq. Həmin vaxtlar Azərbaycanda yaşamış və mənim yaşıdlarım
olan insanlar üçün bizim nəslin formalaşmasında
Heydər Əlirza oğlunun
obrazı, onun liderliyi çox mühüm idi, çünki bizim sosial cəhətdən təşəkkül tapmağımız
onun vaxtında baş verib”.
M.Qusman sonra tədbirdə iştirak edən Azərbaycanın Xalq artisti, Rusiyanın
Böyük Teatrının
solisti Elçin Əzizovdan
filmdə səslənən
mahnını ifa etməsini xahiş edib. Polad Bülbüloğlu
royalın arxasına keçib, iştirakçıların
gurultulu alqışları
altında “Liderin ürəyi” mahnısını
səsləndirib.
Azərbaycan.-2023.-
14 dekabr, ¹ 273.- S.4.