Azərbaycan
və Ermənistan tərəfində saxlanılan
hərbçilər qarşılıqlı
şəkildə azad
ediliblər
Azərbaycan və
Ermənistan tərəfində
saxlanılan hərbçilər
qarşılıqlı şəkildə
azad ediliblər.
Bu barədə
AZƏRTAC-a Azərbaycan Respublikası
Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasından
məlumat verilib.
Bildirilib ki, Azərbaycan tərəfində
saxlanılan erməni
hərbçilərinin Beynəlxalq
Qızıl Xaç Komitəsi tərəfindən
sağlamlıq durumları
yoxlanılaraq qənaətbəxş
hesab edildikdən sonra müvafiq razılaşmaya əsasən,
bu gün - 2023-cü il dekabrın 13-də Azərbaycan-Ermənistan sərhədinin
Qazax rayonundan keçən hissəsində
hərbi qulluqçuların
qarşılıqlı şəkildə
təhvil verilməsi həyata keçirilib.
Təhvilvermə prosesində
hər hansı insident baş verməyib.
Xatırladaq ki, 2023-cü il dekabrın 7-də Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyası və
Ermənistan Respublikası
Baş nazirinin Aparatı
arasında aparılmış
danışıqların nəticəsində
humanizm prinsipləri rəhbər tutularaq və qarşılıqlı
etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni
hərbçinin, Ermənistan
tərəfindən 2 azərbaycanlı
hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.
Azərbaycan.-2023.- 14 dekabr,
№ 273.- S.7.