"Narkotik
vasitələrin, psixotrop
maddələrin və
onların prekursorlarının
dövriyyəsi haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
20-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının dövriyyəsi
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 695; 2007, ¹ 5, maddə 437, ¹ 10, maddələr
932, 938; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 1, maddə 6; 2014, ¹ 11, maddə
1374; 2015, ¹ 11, maddə 1273; 2016, ¹ 6, maddə 992; 2017, ¹ 1, maddə
8, ¹ 11, maddə 1982; 2018, ¹ 5, maddə 884; 2019, ¹ 11, maddə
1690; 2020, ¹ 7, maddə 829; 2021, ¹ 8, maddə 898; 2022, ¹ 5, maddə
433; 2023, ¹ 4, maddə 451) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1-ci maddə üzrə:
1.1. 1.0.1-ci maddəyə "bitkilərdir" sözündən
sonra "(onların hissələridir)" sözləri
əlavə edilsin;
1.2. 1.0.6-cı maddədə ",
yetişdirilməsi və
ya onların (onların hissələrinin)
toplanmasıdır" sözləri
"və ya yetişdirilməsidir" sözləri
ilə əvəz edilsin.
2. 21-ci maddə aşağıdakı
redaksiyada verilsin:
"Maddə 21. Narkotik
vasitələrin (o cümlədən
tərkibində narkotik
maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının miqdarı
21.1. Narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının miqdarı
təmiz və qarışıq vəziyyətində
ayrılıqda müəyyənləşdirilir.
21.2. Şəxsin cinayət
məsuliyyətinə cəlb
edilməsinə əsas
verən narkotik vasitələrin (o cümlədən
tərkibində narkotik
maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli,
külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən
olunur.
21.3. Narkotik vasitələrin
(o cümlədən tərkibində
narkotik maddələr
olan bitkilərin (onların hissələrinin)
və psixotrop maddələrin, habelə
onların prekursorlarının
müvafiq qanunlarla müəyyən edilmiş
xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə
cəlb edilməsinə
əsas verən az miqdardır.".
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 noyabr 2023-cü il
Azərbaycan.-2023.-
14 dekabr, ¹ 273.- S.11.