Azərbaycan Cenevrədə yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil olunub

 

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 75-ci ildönümü münasibətiləİnsan Hüquqları 75” təşəbbüsü çərçivəsində Cenevrədə beynəlxalq konfrans keçirilib.

Azərbaycanın Cenevrədəki BMT bölməsi yanındakı daimi nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, dünyanın 150-dən çox ölkəsinin yüksək səviyyəli şəxslərinin, o cümlədən dövlət hökumət başçılarının, vitse-prezidentlərin, parlament üzvlərinin, xarici işlər, ədliyyə məhkəmə orqanları, elm təhsil müəssisələri rəhbərlərinin, Avropa Şurası Baş katibinin digər beynəlxalq təşkilatların məsul nümayəndələrinin, hüquq müdafiəçilərinin iştirak etdiyi tədbirdə ölkəmizi ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətində Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA), Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul rəhbər işçiləri təmsil olunublar.

Tədbirin açılışında BMT-nin İnsan hüquqları üzrə Ali Komissarı Volker Türk giriş nitqi ilə çıxış edib. Konfransda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbulundan ötən dövrdə bu sahədə öhdəliklərin icrası əldə olunan nailiyyətlər, insan hüquqlarına bərabər ədalətli yanaşmanın tətbiqi digər aktual məsələlər müzakirə olunub, iştirakçı dövlətlər bu sahədə görülən tədbirlər insan hüquqlarının universallığına bölünməzliyinə dair yenilənmiş öhdəliklər barədə məlumat veriblər.

Azərbaycan tərəfiİnsan Hüquqları 75” təşəbbüsü çərçivəsində götürdüyü öhdəlikləri - məcburi köçkünlərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki doğma yerlərinə təhlükəsiz ləyaqətli şəkildə qayıdışı, həmin ərazilərin minalardan digər partlayıcı qalıqlardan təmizlənməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması məsələlərini diqqətə çatdırıb, bununla bağlı beynəlxalq ictimaiyyəti dəstək göstərməyə çağırıb.

Sonra tədbir panel sessiyalarla davam edib. “İnsan hüquqlarının gələcəyi, inkişaf iqtisadiyyatadlı sessiyada çıxış edən ədliyyə nazirinin müavini M.Seyidov Azərbaycan Bəyannamədə təsbit edilən fundamental insan hüquqlarının müdafiəsinə sadiqliyini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası İnsan Hüquqları Şurasının inkişaf hüququnun təşviqi müdafiəsi ilə bağlı görülən tədbirləri, Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində insan hüquqlarının təşviqini qlobal pandemiya ilə bağlı digər dövlətlərə humanitar dəstəyini vurğulayıb.

Vətən müharibəsində azad edilmiş ərazilərimizin işğal dövründə Ermənistan tərəfindən büsbütün dağıdılaraq minalanması faktı diqqətə çatdırılaraq müharibədən sonra 340 insanın mina terrorunun qurbanı olduğu, bunun yenidənqurma prosesini keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını ləngitdiyi vurğulanıb.

Bununla belə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz iqtisadi gücü hesabına torpaqlarımızın sürətli bərpası, “Böyük QayıdışProqramına uyğunağıllı şəhər”, “ağıllı kəndkonsepsiyasına əsaslanan ən müasir şəhərsalma prinsiplərinin tətbiqi, öz doğma yurdlarına qayıdan soydaşlarımız üçün ən yüksək insan hüquqları standartlarının təminatı barədə tədbir iştirakçıları məlumatlandırılıb. Azərbaycanın vətəndaşlara xidmət sahəsində innovasiyaları, o cümlədən BMT-nin bir sıra təltiflərinə, habelə cari ildə 10-cu Dünya Hökuməti SammitindəDünyanın ən yaxşı hökumət xidmətimükafatına layiq görülmüş “ASAN xidmətbrendi digər təcrübələri maraqla qarşılanıb.

İki gün davam edən yüksək səviyyəli beynəlxalq konfrans bağlanış mərasimi ilə başa çatıb. Çıxış edən dövlət hökumət başçıları, beynəlxalq təşkilatların təmsilçiləri konfransın Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə mühüm töhfə olmaqla insan hüquqlarının inkişafına xidmət etdiyini vurğulayıblar.

Tədbirdə Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində daimi nümayəndəsi Qalib İsrafilov iştirak edib.

 

Azərbaycan.-2023.- 14 dekabr, ¹ 273.- S.12.