Ulu Öndər
Heydər Əliyevin zəngin dövlətçilik
fəaliyyətində gənclər
siyasəti hər zaman xüsusi yer tuturdu. Böyük
tarixi şəxsiyyət
gənclərə, sabahımızın
qurucularına xüsusi
önəm verirdi, onların gücünə,
qüvvəsinə və
bacarığına inanırdı.
Sağlam düşüncəli,
milli ruhlu gəncliyin ümidlərini
doğruldub vətənin
gələcəyinə sahib
çıxa bilmələrindən
ötrü onlara diqqət və qayğısını bir
an belə əsirgəmirdi.
Azərbaycan dövlətinə
rəhbərliyi dövründə
böyük rəhbər
özünəməxsus müdrikliklə
təlqin edirdi ki, milli dövlətçiliyimizin
möhkəmləndirilməsi, Azərbaycanın əbədi
müstəqilliyinin təmin
olunması gənclərə
həssas münasibətdən,
onlara vətəndaşlıq
hissinin aşılanmasından,
dövlətin öz gənclərinə sahib çıxmasından, cəmiyyət
həyatının bütün
sahələrində təmsil
olunmasına şərait
yaradılmasından, onların
aparıcı qüvvəyə
çevrilməsinə dəstəkdən
və bu qüvvədən milli hədəflər uğrunda
məqsədyönlü istifadədən
çox asılıdır.
Buna görə də hələ ötən əsrin
70-80-ci illərində ölkəyə
rəhbərlik etdiyi zamanlarda Ümummilli Liderin göstərişi ilə yüzlərlə azərbaycanlı gənc keçmiş ittifaqın
aparıcı ali məktəblərinə, müxtəlif
ixtisaslar üzrə təhsil almağa göndərilirdi. Təkcə
bir faktı qeyd etmək kifayətdir ki, 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü
ilə 1500-dən artıq
azərbaycanlı gənc
bu qayğı ilə əhatə olunmuşdu. Bütün bunlar Ulu Öndərin
sabahımız olan gənclərə sevgisindən,
diqqət və qayğısından, ölkəmizin
işıqlı gələcəyini
düşünməsindən xəbər verirdi. Həmin zamanlarda başqa ölkələrə
təhsil almağa göndərilən bu gənclər illər sonra Ümummilli Liderin rəhbərliyi altında müstəqil Azərbaycanın qurulmasında
fəal iştirak etməyə başladılar.
Xalqın ən
fəal təbəqəsi
olan gəncliyə böyük dəyər verən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Hər bir xalq
özünün xoşbəxt
gələcəyi olan
ümidlərini ilk növbədə gənc nəsillərə bağlayır.
Gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunması
onun mənsub olduğu xalqın rifahının, ölkənin
çiçəklənməsinin rəhnidir. Bu gün iftixar və qürur hissi ilə bildirmək istəyirəm
ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi,
doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi indi də
qoruyub yaşadır".
Ümummilli Lider
gənclərlə keçirdiyi
mütəmadi görüşlərlə
onlara nə qədər böyük dəyər verdiyini, bu insanları maraqlandıran məsələləri
daim diqqətdə saxladığını, böyüməkdə
olan nəslin gələcəklə bağlı
ideyalarının, hədəflərinin
mühümlüyünü göstərirdi. Gənc nəslin mənəvi, fiziki sağlamlığının,
vətənpərvərlik ruhunda tərbiyəsinin, milli dəyərlərimizə
bağlılığının nə qədər vacib məsələ olduğunu nümayiş etdirir, öz yanaşmaları ilə gənclərə şəxsi
nümunə olurdu.
Ölkədə gənclər
siyasətinin düzgün
qurulmasını çox
vacib və önəmli hesab edən Ulu Öndər
Heydər Əliyev deyirdi: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır,
Azərbaycanın gəncləridir.
Çünki Azərbaycan
Prezidenti kimi mən də bu gün Azərbaycanın
böyük gələcəyi
haqqında düşünürəm.
Azərbaycanın gələcəyi
isə Azərbaycanın
gənclərindən və
uşaqlarından asılıdır".
1993-cü ildə Ümummilli
Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra gənc nəslə göstərilən diqqət
və qayğını
dövlət siyasətinin
əsas istiqamətlərindən
birinə çevirdi.
Azərbaycanı gənclər
ölkəsi, gəncləri
isə gələcəyimiz
adlandırdı. Ulu Öndər böyüməkdə
olan gənc nəslə qayğını
hər zaman önə çəkdi. Hüquqi və dünyəvi dövlət
quruculuğu prosesində
onların gücünə,
enerjisinə, bilik və savadına ehtiyac duyulduğunu düzgün qiymətləndirdi
və bu istiqamətlərdə zəruri
addımlar atdı. Zamanında atılan bu addımlar cəmiyyətdə gənclərin
fəallığına, inkişafına
hərtərəfli şərait
yaratdı. Onların aparıcı qüvvəyə
çevrilməsinə təkan
verdi.
Gənclərin cəmiyyətdə
rolunu daha da artırmaq məqsədilə Ulu Öndərin rəhbərliyi altında
olduqca mühüm qərarlar qəbul edildi. Azərbaycan Respublikası Prezidentinin
26 iyul 1994-cü il tarixli fərmanı ilə ölkəmizdə
Gənclər və İdman Nazirliyi yaradıldı. 1995-ci ildə
Gənclər Təşkilatlarının
Milli Şurası fəaliyyətə başladı.
Azərbaycan gənclərinin
cəmiyyətin inkişafında
və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında
iştirakını və
məsuliyyətini yüksəltmək
məqsədilə Ümummilli
Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin
Forumunun keçirilməsi
təşəbbüsü irəli sürüldü.
Bir il sonra
Ulu Öndərin təşəbbüsü reallaşdı.
2 fevral 1996-cı ildə
gənclərin I Forumu
keçirildi. İlk forum Azərbaycanda gənclər siyasətinin
müəyyən olunmasında
böyük rol oynadı. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə
gənclərin bir qrupunu qəbul edən Ulu Öndər
2 fevralın Azərbaycan
Gəncləri Gününün
elan edilməsi haqqında sərəncam imzaladı.
Heydər Əliyev
həmişə gənclərimizə
böyük ümidlər
bəsləyir və dəfələrlə qeyd
edirdi ki, Azərbaycanın gələcəyi
gənclərin əlindədir.
Ona görə də Azərbaycanda demokratik cəmiyyət, hüquqi dövlət quruculuğu prosesinin ilk dönəmindən gənclər siyasətinin
başlıca istiqmaətlərini
müəyyənləşdirdi və onun icrasına
doğru uğurlu addımlar atdı. O illərin gəncliyi vətən sevgisini, qəhrəmanlıq əzmini,
Azərbaycanın müstəqilliyi,
ölkəmizin ərazi
bütövlüyü uğrunda
döyüşlərdəki iştirakı, şəhidlik
məqamına qədər
yüksəlməsi ilə
sübuta yetirdi. Heydər Əliyevin irəli sürdüyü
milli dövlətçilik
kursu Azərbaycan gəncliyinə imkan verdi ki, öz
əzmkarlıqlarını, yüksək potensiallarını
cəmiyyət həyatının
bütün sahələrində
reallığa çevirib
ən böyük tarixi qələbələri
Azərbaycan dövlətinin
qüdrəti ilə qazansınlar.
Dahi rəhbərin
müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir. Azərbaycanda gənclər
siyasətini daha da inkişaf etdirmək, onların dövlət qulluğunda məsul vəzifələrdə
iştirakını təmin
etmək, aparıcı qüvvəyə
çevirmək və
sosial-iqtisadi problemlərinin
həllini təmin etmək məqsədilə
ölkə rəhbərliyi
bütün lazımi
tədbirləri həyata
keçirdi, önəmli
dövlət proqramları
qəbul olundu. Gənclərin ailə-məişət
vəziyyətinin yaxşılaşdırılmasını,
çətinliklərinin həllini
daim diqqətdə saxlayan Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi siyasət ölkə gəncləri tərəfindən
hər zaman yüksək dəyərləndirilir.
Prezident İlham Əliyevin gənclərlə
keçirdiyi görüşlərdə
irəli sürülən
təklif və təşəbbüslərin cəmiyyətdə
dəstəklənməsi, real həyatda həllini tapması gənclərə dövlət
qayğısının bariz
nümunəsidir.
Ümummilli Lider
Heydər Əliyev hər zaman Azərbaycan gənclərinə
inandığını, dövlətimizin
gələcək inkişafında
onların üzərinə
böyük məsuliyyət
düşdüyünü qeyd edirdi. Bu
gün gənclərimizin
ölkənin siyasi, sosial-iqtisadi sahələrində
mühüm vəzifələrə
təyin olunması, onlara böyük etimad göstərilməsi
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli
qoyulan siyasətin uğurlu davamıdır.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2023.-
14 dekabr, № 273.- S.14.