"Həkimlik fərqli
sənətdir, ilahi peşədir… Ağ xalat mənim üçün ağ işıq deməkdir. Sənə dikilən gözlərdə ümid,
təsəlli, öləzimiş
baxışlarda işıq
olmaq əsl həkim üçün bir stimuldur. Düşünürəm ki,
özünə həkim
deyən, əyninə
ağ xalat geyən şəxsi "xəstədən nə alacağı" yox, xəstəni necə sağaldacağı düşündürməlidir.
Kiçik yaşlarımdan
bu arzu ilə
böyümüşəm: yetişim, həkim olum… İndi arzuma çatsam da, hər dəfə
xalatımı geyəndə,
bir cərrahi əməliyyata girəndə
elə zənn edirəm ki, imtahana gedirəm. Əməliyyatdan çıxanda,
xəstəmi gülümsər
gözlə, minnətdar
baxşlarla mənə
baxan görəndə
"imtahandan uğurlu"
çıxdığıma sevinirəm. Həkimliyin fəlsəfəsi də elə budur: xəstələrin gözündə
ümid çırağı
yandırmaq, şəfa
vermək, onların ömrünün uzanmasına
səbəb olmaq… Bir həkim kimi məni düşündürən budur.
İstəyimə nail
olduğumu hiss edəndə həyatda çox şey qazandığımı anlayıram…"
Redaksiyamızın budəfəki
qonağı gənc həkim Fərid Mikayılov oldu. Birlikdə onun ömür hekayəsini vərəqlədik.
Fərid 1990-ci il fevralın 23-də Ucar rayonunda anadan olub. 2007-ci ildə Ucar şəhər 1 saylı orta məktəbi bitirib, elə həmin ili də yüksək
nəticə ilə Azərbaycan Tibb Universitetinin 1-ci Mualicə
işi fakültəsinə
qəbul olunub.
2013-cü ildə Tibb Universitetini bitirən Fərid Mikayılov həkimlik fəaliyyətinə
M.Cavadzadə adına Respublika Klinik Uroloji
Xəstəxanada həkim-rezident
olaraq başlayıb.
2016-cı ildə tibbdə uzmanlıq imtahanından uğurlu nəticə əldə edən gənc uroloq Türkiyənin
Çukurova Universiteti
Tibb fakültəsinin
Urologiya şöbəsində
təhsilini davam etdirib.
Universiteti bitirən
gənc həkim Fərid Mikayılov
2021-2022-ci illərdə Türkiyədə
özəl klinikada uzman uroloq olaraq
fəaliyyət gostərib.
Fərid deyir ki,
hələ tələbə
ikən dostlarının
çoxunun arzusu və məqsədi xaricdə təhsil almaq, dünyada tanınan məşhur klinikalarda fəaliyyət göstərmək idi. Qeyd etdiyim kimi,
uşaqlıqdan hədəfimdə
həkim olmaq arzusu var idi. Məqsədim isə dogma
respublikamızda, vətənimizdə
çalışmaq, xalqımıza
xidmət etmək olub. Türkiyə bizim üçün çox doğma yerdir. Amma təbii ki, Azərbaycan deyil. Orada uzmanlıq təhsili aldım və bir müddət
əmək fəaliyyətimi
Türkiyədə davam
etdirdim. Məqsədim
doğma Azərbaycana
gəlmək, burada çalışmaq idi. Orada olanda ölkəmizdə
gedən prosesləri də izləmək imkanımız olurdu. Burada işləyən tələbə yoldaşlarımız,
dostlarımız dövlətimizin
səhiyyə sahəsinə
diqqətindən, əhalinin
sağlamlığına göstərilən
dövlət qayğısından,
səhiyyə sisteminin
ən müasir texnologiyanın tətbiq edildiyi avadanlıqlarla təmin olunmasından bəhs edirdilər. Ölkəmizin səhiyyə
sistemində baş verən dəyişiklikləri
bir seyrçi olaraq izləmək yox, iştirakçısı
olmaq arzusu ilə vətənə qayıtdım.
2022-ci ildə
doğma Azərbaycana qayıdan Fərid bir müddət fəaliyyətini Bakıda Ege hospitalda davam etdirib. Elə
həmin il respublika Klinik Xəstəxananın Urologiya
şöbəsində iş təklifi alıb. Hazırda
Urologiya şöbəsinin müdiri kimi fəaliyyətini
davam etdirir.
Fərid həkim
deyir ki, ölkəmizdə tibbi sığortanın tətbiqi
xəstə-həkim münasibətlərində,
bütövlükdə səhiyyə sistemində yeni mərhələnin
başlanğıcı deməkdir. Xəstələr
müayinə olunmaq, ən ciddi əməliyyatlara girmək
üçün artıq "imkan düşməyi"
gözləmirlər. Dövlətimizin yaratdığı
şəraitdən kifayət qədər səmərəli
istifadə edirlər. Bu gün xəstəxanalarda həkim qəbullarında
yaranmış növbələri insanların pulsuz xidmətdən
faydalanmaq əmsalının göstəricisi hesab etmək
olar. İnanıram ki, yaxın gələcəkdə müalicə almaq
üçün xarici ölkələrə gedən xəstələrin
sayı azalacaq. Bunu gəlişigözəl söz kimi demirəm.
Səhiyyəyə dövlət qayğısını, daha
yaxşı həkim yetişdirmək üçün çəkilən
zəhməti, alınan müasir avadanlıqlarını
görüb deyirəm.
Peşəsini məftunluqla
sevən Fərid həkimi dinlədikcə
düşünürsən ki, nə qədər bu vətəni,
bu xalqı canı qədər sevən insanlar var,
yaşamağına dəyər.
Elşən
QƏNİYEV,
Azərbaycan.-2023.-
14 dekabr, ¹ 273.- S.14.