"Bu
seçki Prezident İlham Əliyevə xalqın etimadının və inamının növbəti ifadəsi kimi tarixə düşəcək"
"Prezident İlham
Əliyevin 2024-cü il
fevralın 7-də növbədənkənar
prezident seçkilərinin
keçirilməsi ilə
bağlı sərəncamı
Azərbaycan xalqının
həyatında yeni bir hadisə olacaq. Bu seçkilər
müstəqillik tariximizin
ən şərəfli
səhifələrindən biri kimi yaddaşlarda
qalacaq. Çünki bu dəfə biz qalib xalqın
nümayəndələri kimi
Zəfər seçkisinə
qatılacaq və öz liderimizə səs verəcəyik. Fikrimcə, bu seçki ölkə vətəndaşlarının siyasi iradəsinin ifadəsi olmaqla, Prezident İlham Əliyevə xalqın etimadının və inamının növbəti
ifadəsi kimi tarixə düşəcək".
Bu fikirləri qəzetimizə açıqlamasında
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Komitə sədri bildirib ki, növbədənkənar
seçkilərin keçirilməsi
dünyada qəbul olunmuş siyasi təcrübədir və
beynəlxalq normalara tam uyğundur, eyni zamanda bu
seçkilərin keçirilməsi
Prezidentin özünə
inamının və xalqın dəstəyinə
əminliyinin təzahürüdür.
Komitə sədrinin
sözlərinə görə,
İlham Əliyev qalib ölkənin qalib Prezidenti, Müzəffər Ali Baş Komandanıdır:
"Dövlətimizin başçısı
dünyada baş verən hadisələri diqqətlə analiz edir və xalqımızın
xoşbəxtliyini, dövlətimizin
suverenliyini və müstəqilliyini özünün
həyat amalına çevirib. Otuz il işğal altında qalan torpaqlarımızın azad
edilməsi, antiterror tədbirləri nəticəsində
Qarabağda separatizmin
kökünün kəsilməsi,
Azərbaycanın bütün
dünyada tanıdılması
və beynəlxalq aləmdə böyük nüfuz qazanması məhz Prezidentin əvəzolunmaz xidmətlərinin
nəticəsidir. Bu gün Azərbaycan dünyada iqtisadi cəhətdən inkişaf
edən ölkələrdən
biri olmaqla bərabər, həm də sülhün, əmin-amanlığın və
təhlükəsizliyin təminatçısı
kimi çıxış
edir. Prezident İlham Əliyev ən mötəbər tədbirlərdə ölkəmizi
layiqincə təmsil edir, özünün bəşəri dəyərlərini
ortaya qoyur və insanların xoşbəxt yaşayışı
naminə sülhün
təmin edilməsi istiqamətində bütün
gücünü səfərbər
edir. Azərbaycan Prezidenti beynəlxalq təşkilatların tribunalarından
bəşəriyyəti sülhə
səsləyir. Belə
addımlar, sözsüz
ki, sülhsevər xalqlar tərəfindən
yüksək qiymətləndirilir".
İlham Əliyevin
bu gün dünyada sayılıb-seçilən
dövlət rəhbərlərindən
biri olduğunu bildirən Tahir Rzayev əlavə edib: "Azərbaycanı
istəməyən bir
çox qüvvələr,
Qərbin bəzi siyasi dairələri ölkəmiz haqqında bu gün böhtan
və şantaj xarakterli materiallar yaymaq, əsassız qətnamələr, qərarlar
çıxarmaq, eləcə
də Ermənistana dəstək göstərmək
üçün əllərindən
gələni edir və bizə qarşı düşmən
mövqeyində dayanırlar.
Belə bir dövrdə növbədənkənar
seçkilər Azərbaycanın
demokratik dəyərlərə
sadiq olduğunu göstərəcək".
Komitə sədri
həmçinin hər
zaman olduğu kimi, bu seçkilərdə
də namizədlərə
bərabər imkanların
yaradılacağını bildirib. Qeyd edib ki, vətəndaşlar
siyasi iradələrini
sərbəst formada ifadə edərək, öz namizədlərinə
səs vermək imkanına malik olacaqlar.
Tahir Rzayev vurğulayıb ki, Prezident həmişə xalqla bir sırada
dayanıb və xalqın mənafeyi uğrunda əlindən gələni edib: "Azərbaycanı işıqlı
sabaha aparan, torpaqlarımızı düşməndən
xilas edən, ölkəmizi qlobal aləmdə tanıdan və şöhrətləndirən məhz
Prezident İlham Əliyevdir. Sözsüz ki, Azərbaycan xalqı bu dəfə
də özünün
xoşbəxt və firavan gələcəyinin
qarantı olan müzəffər liderimiz
İlham Əliyevə səs
verəcək.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.7.