Gənclərin
hərbi sahədə
təhsil almasının
təşviq edilməsi
ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti peşəkar gizir heyətinin hazırlanması
məqsədilə Bakı,
Gəncə şəhərlərində
və Naxçıvan
Muxtar Respublikasında
Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
strukturuna daxil olan Milli Müdafiə
Universitetinin tabeliyində
3 xüsusi təyinatlı
hərbi kolleci (bundan sonra - hərbi kollec) üç ay müddətində yaratsın
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin.
2. 2024-2025-ci tədris ilindən başlayaraq təhsil almaq üçün Azərbaycan
Respublikası Müdafiə
Nazirliyinin strukturuna daxil olan Milli
Müdafiə Universitetinin
tabeliyindəki ali təhsil müəssisəsinin
bakalavriat səviyyəsinə,
o cümlədən bakalavriat
səviyyəsinin hazırlıq
kursuna (bundan sonra - ali təhsil
müəssisəsi) və
hərbi kolleclərə
qəbul olunmuş kursantlar üçün
500 (beş yüz) manat, hərbi liseylərə qəbul olunmuş kursantlar üçün 300 (üç
yüz) manat məbləğində birdəfəlik
ödəmə təsis
edilsin.
3. 2024-2025-ci tədris ilindən başlayaraq bu Fərmanın 2-ci hissəsində nəzərdə
tutulan təhsil müəssisələrində təhsil alan kursantlar üçün təhsil müddətində
aşağıdakı aylıq
ödəmələr təsis
edilsin:
3.1. ali təhsil
müəssisəsi üzrə:
3.1.1. 150 (yüz əlli)
manat məbləğində
təqaüd;
3.1.2. 200 (iki
yüz) manat məbləğində ailə
üzvlərinə maddi
yardım;
3.1.3. 200 (iki
yüz) manat məbləğində hesabda
yığılan ödəniş;
3.2. hərbi kolleclər
üzrə:
3.2.1. 100 (yüz) manat
məbləğində təqaüd;
3.2.2. 200 (iki yüz)
manat məbləğində
ailə üzvlərinə
maddi yardım;
3.2.3. 150 (yüz əlli)
manat məbləğində
hesabda yığılan
ödəniş;
3.3. hərbi liseylər
üzrə:
3.3.1. 50 (əlli)
manat məbləğində
təqaüd;
3.3.2. 100 (yüz) manat
məbləğində ailə
üzvlərinə maddi
yardım;
3.3.3. 100 (yüz) manat
məbləğində hesabda
yığılan ödəniş.
4. 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və
hərbi kolleclərə
daxil olan kursantlar həmin təhsil müəssisələrindən
məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya
gizir kimi həqiqi hərbi xidmət keçdikdən
sonra yaşayış
sahəsinin alınması
üçün Azərbaycan
Respublikası İpoteka
və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin
qiymətinin 15 faizədək
olan hissəsi dövlət büdcəsinin
vəsaiti hesabına maliyyələşdirilsin.
5. Müəyyən edilsin ki:
5.1. bu Fərmanın
3.1.3-cü, 3.2.3-cü və 3.3.3-cü yarımbəndlərində göstərilən
ödənişlər bu
Fərmanın 2-ci hissəsində
nəzərdə tutulan
kursantların hər biri üçün açılmış hesabda
yığılır;
5.2. bu Fərmanın
5.1-ci bəndinə uyğun
olaraq hesabda yığılan vəsait
və həmin vəsaitin idarə olunmasından əldə edilən gəlir aşağıdakı hallarda
ödənilir:
5.2.1. ali təhsil
müəssisəsini və
hərbi kollecləri bitirmiş məzunlara - Azərbaycan Ordusunda müvafiq qaydada zabit və ya
gizir kimi vəzifəyə təyin
edilərək həmin
vəzifənin icrasına
başladıqda;
5.2.2. hərbi liseyləri
bitirmiş məzunlara
- ali təhsil müəssisəsinə qəbul
olduqda;
5.3. bu Fərmanın
2-ci və 3-cü hissələrində
nəzərdə tutulan
ödəmələr (bundan
sonra - ödəmələr)
dövlət büdcəsinin
vəsaiti hesabına Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi
tərəfindən ödənilir;
5.4. bu Fərmanın
4-cü hissəsində nəzərdə
tutulan şəxslər
güzəştli ipoteka
kreditindən istifadə
etdikdə onlara "Azərbaycan Ordusunun hərbi qulluqçularının
sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanının müddəaları
şamil olunmur.
6. Hərbi kolleclərin
fəaliyyətinin təşkili
və zəruri infrastrukturun yaradılması
məqsədilə Azərbaycan
Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə
tutulmuş Azərbaycan
Respublikası Prezidentinin
ehtiyat fondundan Azərbaycan Respublikasının
Müdafiə Nazirliyinə
ilkin olaraq 2 (iki) milyon manat
məbləğində vəsait
ayrılsın.
7. Azərbaycan Respublikasının
Nazirlər Kabineti üç ay müddətində:
7.1. "Gənclərin Azərbaycan Respublikası
Müdafiə Nazirliyinin
xüsusi təyinatlı
təhsil müəssisələrində
təhsil almalarına
dair 2024-2033-cü illər
üçün Tədbirlər
Planı"nın layihəsini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
7.2. ödəmələrin verilməsi, vəsaitlərin
hesablarda yerləşdirilməsi
və idarə edilməsi, habelə hesabda yığılan vəsaitin idarə olunmasından əldə edilən gəlirlər də daxil olmaqla
həmin vəsaitlərin
ödənilməsi qaydasını
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla təsdiq
etsin;
7.3. bu Fərmanın
4-cü hissəsinə uyğun
olaraq güzəştli
ipoteka krediti üzrə yaşayış
sahəsinin qiymətinin
15 faizədək olan hissəsinin maliyyələşdirilməsi,
habelə güzəştli
ipoteka kreditinin bir hissəsinin ödənilməsinə dövlət
tərəfindən maliyyə
dəstəyi göstərilməsi
ilə bağlı təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
7.4. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
8. Azərbaycan Respublikasının
Müdafiə Nazirliyi:
8.1. bu Fərmanın
2-4-cü hissələrində nəzərdə tutulan ödəmələrin maliyyələşdirilməsi
məqsədilə tələb
olunan vəsaitə dair təkliflərini müvafiq illərin dövlət büdcəsində
nəzərdə tutulması
üçün Azərbaycan
Respublikasının Maliyyə
Nazirliyinə təqdim
etsin;
8.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
9. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Fərmanın 6-cı hissəsində göstərilən
məbləğdə maliyyələşməni
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.2.