"Hərbi
kadrlar hazırlayan təhsil müəssisələri
kursantlarının müavinətlərinin
artırılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
29 noyabr tarixli 1789 nömrəli Sərəncamında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. "Hərbi kadrlar
hazırlayan təhsil
müəssisələri kursantlarının
müavinətlərinin artırılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2006-cı il
29 noyabr tarixli
1789 nömrəli Sərəncamında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2006, № 11, maddə 978; 2008, № 6, maddə 496; 2010, № 7, maddə
684; 2014, № 11, maddə 1497; 2018, № 9, maddə 1859; 2022, № 3, maddə
240) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci hissədən "Heydər Əliyev adına Hərbi İnstitutun," sözləri
çıxarılsın;
1.2. 2-ci hissədən "Heydər Əliyev adına Hərbi Liseyin, Cəmşid Naxçıvanski adına
Hərbi Liseyin və" sözləri çıxarılsın.
2. Bu Sərəncam
2024-cü il sentyabrın
1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.2.