Azərbaycan
Prezidentinin köməkçisi
Hikmət Hacıyev Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti ilə görüşüb
Dekabrın 13-də Azərbaycan
Respublikası Prezidentinin
köməkçisi - Prezident
Administrasiyasının Xarici
siyasət məsələləri
şöbəsinin müdiri
Hikmət Hacıyev Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüşüb.
Fonddan
AZƏRTAC-a bildiriblər ki, görüşdə Hikmət
Hacıyev Aktotı Raimkulovanı Türk dövlətlərinin
başçıları tərəfindən Türk Mədəniyyəti
və İrsi Fondunun prezidenti təyin olunması münasibətilə
təbrik edib. O, müasir dövrdə Türk xalqlarının hərtərəfli
inteqrasiya proseslərinin
gücləndirilməsinin önəmindən
bəhs edərək,
Türk dövlətlərinin
mədəni əlaqələrinin
inkişafında Təşkilatın
rolunu vurğulayıb.
Söhbət zamanı
Aktotı Raimkulova Qarabağın işğaldan
azad olunmasını Azərbaycan və bütövlükdə Türk
dünyası üçün
tarixi əhəmiyyətə
malik hadisə kimi qiymətləndirib. Təşkilatın rəhbəri
bu il Türk
dünyasında təntənəli
şəkildə qeyd
olunan əlamətdar yubileylər sırasında
müasir müstəqil
Azərbaycan dövlətinin
qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illiyinə diqqət çəkib.
Aktotı Raimkulova
Türk Mədəniyyəti
və İrsi Fondunun yaradılmasında
və qurulduğu ilk illərdən təşkilatın fəaliyyətinə
dəstəyin verilməsində
Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb. O, Fondun Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
yenidənqurma və bərpa prosesinə töhfə verilməsinə,
eləcə də ölkənin təklifləri
əsasında təşkilatın
bundan sonrakı fəaliyyətlərində yeni
strateji istiqamətlərin
həyata keçirilməsinə
hazır olduğunu vurğulayıb.
Görüş qarşılıqlı
maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi ilə davam edib.
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.2.