Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığı
Parlamentinin Nümayəndələr
Palatasının sədri
ilə görüşüb
Dekabrın 14-də Milli
Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına
rəsmi səfəri
çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr
Palatasının sədri
Raşid Talbi El Alami ilə görüşüb.
Mərakeş Parlamentinin
Nümayəndələr Palatasının
sədri Raşid Talbi El Alami Milli Məclisin sədri Sahibə Qafarovanı səmimiyyətlə
salamlayaraq, dəvəti
qəbul edib səfərə gəldiyinə
görə Azərbaycan
parlamentinin rəhbərinə
təşəkkür edib.
Azərbaycanın ölkəsi
üçün qardaş
ölkə olduğunu
deyən Raşid Talbi El Alami ölkələrimiz arasında
əlaqələrin genişlənməsinin
vacibliyini qeyd edib. O, ölkələrimiz
arasında iqtisadi əməkdaşlığın, işgüzar dairələr
arasında əlaqələrin
əhəmiyyətini diqqətə
çatdırıb.
Söhbət zamanı
Azərbaycan və Mərakeşin bir-birinin suverenliyini və ərazi bütövlüyünü
qarşılıqlı şəkildə
dəstəklədikləri qeyd olunaraq, beynəlxalq təşkilatlarda
birgə fəaliyyətin
və həmrəyliyin
əhəmiyyəti vurğulanıb.
Nümayəndələr Palatasının
sədri Azərbaycanı
öz suverenliyini bərpa etməsi münasibətilə təbrik
edib.
Raşid Talbi
El Alami ölkəmizə
səfərləri çərçivəsində
2022-ci ilin iyun ayında Qoşulmama Hərəkatının Bakı
konfransında və
2023-cü ilin may ayında Milli Məclisin Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakını
məmnunluqla xatırladaraq,
ölkəmizlə bağlı
xoş fikirlərini ifadə edib.
Milli Məclisin
sədri Sahibə Qafarova göstərilən
qonaqpərvərliyə görə minnətdarlığını
bildirərək, Azərbaycan
və Mərakeş arasında siyasi, iqtisadi, himanitar əlaqələrin vacibliyini
diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əlaqələrin
inkişafında parlamentlər
arasında əməkdaşlığın
vacib rolu diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova qanunvericilik orqanlarımız arasında
əlaqələrin inkişaf
etdiyini bildirib. Qeyd olunub ki,
hər iki ölkənin parlamentində
dostluq qrupları uğurla fəaliyyət göstərir və nümayəndə
heyətlərimiz beynəlxalq parlament təşkilatlarında
bir-birinə dəstək
verirlər.
Görüşdə ali qanunvericilik orqanlarının komitələri
və parlament aparatları arasında da əməkdaşlıq
məsələləri müzakirə
olunub. Həmçinin,
qanunverici orqanlarımızın
hüquqi, iqtisadi, humanitar, ailə dəyərləri və qadın məsələləri
üzrə birgə əməkdaşlıq imkanları
nəzərdən keçirilib.
Azərbaycanın BMT-nin
İqlim Dəyişikliyi
üzrə Çərçivə
Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyasına
(COP29) ev sahibliyi edəcəyi nəzərə
alınaraq, parlamentlərimizin
iqlim dəyişiklikləri
üzrə də əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.
Raşid Talbi
El Alami Azərbaycanın
bu tədbirə ev sahibliyi etmək
hüququ əldə etməsi münasibətilə
öz təbriklərini
çatdırıb.
Milli Məclisin
sədri parlamentlərimizin
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
yaradılan Qoşulmama
Hərəkatının Parlament
Şəbəkəsi çərçivəsində
də əməkdaşlığının
vacibliyini ifadə edərək, Şəbəkənin
bu günə qədər keçirilən
bütün konfranslarında
Mərakeşin ən
yüksək səviyyədə
təmsil olunduğunu
məmnunluqla xatırladıb.
Sahibə Qafarova Nümayəndələr Palatası
sədrinin Qoşulmama
Hərəkatının Bakı
konfransında və Milli Məclisin Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasında iştirakına görə
minnətdarlığını bildirib.
2024-cü il fevralın
7-də Azərbaycanda keçiriləcək
prezident seçkilərindən
danışan spiker Sahibə Qafarova bu seçkiləri tarixi seçkilər kimi xarakterizə edib. O, deyib ki, bu seçkiləri
əvvəlkilərdən fərqləndirən
əsas cəhət ondan ibarətdir ki, bu dəfə
seçkilər Azərbaycanın
bütün suveren ərazisində keçiriləcək.
Görüşdə spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, 30 il ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı
altında olub. Bu 30 ildə beynəlxalq təşkilatlar
tərəfindən Azərbaycan
ərazilərinin dərhal
və qeyd-şərtsiz
azad edilməsinə dair bir çox
sənədlər və
qətnamələr qəbul
olunsa da, bu sənədlər icra olunmayıb. 2020-ci ildə isə
Azərbaycan öz
gücü hesabına,
3000 şəhidin qanı
bahasına torpaqlarını
işğaldan azad edib.
Milli Məclisin
sədri ölkəmizin
Vətən müharibəsində
qazandığı Qələbədən
sonra regionda yaranmış yeni reallıqlar barədə də məlumat verib. Sahibə Qafarova cari ilin
sentyabr ayında uğurla yekunlaşan lokal antiterror tədbirləri nəticəsində
Qarabağda separatizmə
son qoyulduğunu, suverenliyimizin tam bərpa edildiyini diqqətə çatdırıb.
O, hər zaman Azərbaycanın ərazi
bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə
Mərakeş tərəfinə
təşəkkürünü ifadə edib.
Milli Məclisin
sədri son günlərdə Azərbaycan
və Ermənistan arasında etimad quruculuğu istiqamətində
həyata keçirilmiş
tədbirlər haqqında
da məlumat verib. O, deyib ki, hazırda Azərbaycanla Ermənistan
arasında sülh sazişinin imzalanmasına
heç bir maneə yoxdur. O, ümid etdiyini bildirib ki, saziş
tezliklə imzalanacaq.
Söhbət zamanı
qarşılıqlı maraq
doğuran digər məsələlər haqqında
da fikir mübadiləsi aparılıb.
Görüşdə
Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun rəhbəri İmamverdi
İsmayılov, qrupun üzvü Ağalar Vəliyev, Azərbaycanın
Mərakeşdəki səfiri Nazim Səmədov və digər
rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.3.