Milli
Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığı
Parlamentinin Müşavirlər
Palatasının sədri
ilə görüşüb
Milli Məclisin
sədri Sahibə Qafarova dekabrın 14-də
Mərakeş Krallığı
Parlamentinin Müşavirlər
Palatasının sədri
Naam Miyara ilə görüşüb.
Azərbaycanın parlament
sədrini səmimiyyətlə
salamlayan Naam Miyara ölkələrimiz
arasında siyasi təmasların vacibliyini vurğulayıb. O, bu mənada qarşılıqlı
səfərin əhəmiyyətini
qeyd edib. Müşavirlər Palatasının
sədri ölkəsinin
Azərbaycanla bir çox sahələrdə
əlaqələri gücləndirmək
niyyətini ifadə edib.
Görüşdə ölkələrimiz arasında
dini və mədəni köklərə
bağlı əlaqələrin
mövcud olduğu, xalqımızın oxşar
dəyərləri bölüşdüyü
bildirilib. Həmçinin,
Azərbaycan və Mərakeşin beynəlxalq
təşkilatlarda əməkdaşlıq
etdiyi, həmrəylik
nümayiş etdirdiyi
vurğulanıb.
Söhbət zamanı
ölkələrimizin hər
zaman bir-birinin ərazi bütövlüyünə
qarşılıqlı dəstək
verdikləri qeyd olunub. Naam Miyara
Azərbaycanın öz
ərazi bütövlüyünü
və suverenliyini bərpa etməsi münasibətilə təbriklərini
çatdıraraq deyib
ki, bu, Azərbaycanın
mütləq haqqı
idi.
Naam Miyara görüşdə, həmçinin
Müşavirlər Palatasının
fəaliyyəti, onun beynəlxalq parlament təşkilatlarında təmsilçiliyi
haqqında məlumat verib.
Səmimi sözlər
üçün təşəkkürünü
ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan və Mərakeşin dost, tərəfdaş ölkələr olduğunu
bildirib. Spiker Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin
1994-cü ildə Kasablankaya
səfər etdiyini və Mərakeş Kralı mərhum II Həsənlə görüşünü
qeyd edib. Onun sözlərinə görə, bu görüş ölkələrimiz
arasında dostluq münasibətlərinin inkişafına
mühüm təkan verib.
Görüşdə iqtisadi əlaqələrin
ölkələrimiz arasında
ikitərəfli münasibətlərin
əsas komponentlərindən
biri olduğu, bu sahədə əməkdaşlığı genişləndirmək üçün
potensial imkanların mövcudluğu qeyd edilib.
Söhbətdə parlament
diplomatiyasının vacibliyi,
parlamentlərarası əlaqələrin
gücləndirilməsi ilə
bağlı ortaq mövqe ifadə edilərək, bu sahədə atıla biləcək addımlar nəzərdən keçirilib.
Spiker Sahibə
Qafarova söhbətdə
postmünaqişə dövründə
regionda mövcud olan vəziyyət barədə də məlumat verib. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan
2020-ci ildə öz gücü hesabına torpaqlarını Ermənistanın
30 illik işğalından
azad edib. O, Vətən müharibəsindən
sonra Azərbaycanın
Ermənistana beynəlxalq
hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamasını
təklif etdiyini, lakin Ermənistanın son 3 il ərzində
siyasi və hərbi təxribatlarını
davam etdirdiyini, üzərinə götürdüyü
öhdəliklərə əməl
etmədiyini diqqətə
çatdırıb. Spiker
bu təxribatların Azərbaycanın Qarabağ
bölgəsində antiterror
tədbirlərinin keçirilməsini
qaçılmaz etdiyini,
həyata keçirilən
tədbirlərin beynəlxalq
hüquq normalarına
tam uyğun olduğunu, mülki şəxslər arasında
heç bir itki olmadığını
vurğulayıb. O, deyib
ki, bu tədbirlər
nəticəsində Azərbaycan
öz suverenliyini bərpa edib.
Milli Məclisin
sədri hazırda Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərini
"yaşıl enerji",
"ağıllı şəhər"
və "ağıllı
kənd" konsepsiyaları
əsasında yenidən
qurduğunu diqqətə
çatdırıb. Onun
sözlərinə görə,
bu işlərə ən böyük maneə Ermənistan tərəfindən ərazilərin
minalanmasıdır.
Görüşdə, həmçinin Azərbaycan
və Ermənistan arasında etimad quruculuğu istiqamətində
həyata keçirilən
tədbirlər barədə
də məlumat verilərək, tezliklə
sülh sazişinin imzalanacağına dair ümid ifadə edilib.
Milli Məclisin
sədri görüşdə
2024-cü il fevralın
7-də Azərbaycanda keçiriləcək
növbədənkənar prezident
seçkilərinə toxunaraq,
bu seçkilərin tarixi əhəmiyyətini
qeyd edib.
Söhbət zamanı
qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında
da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.3.