Cenevrədə
“Neokolonializm: İnsan
hüquqları, sülh
və təhlükəsizlik”
mövzusunda beynəlxalq
konfrans keçirilib
BMT-nin Cenevrədəki
ofisində Bakı Təşəbbüs Qrupunun
(BTQ) təşkilatçılığı
ilə “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda
beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda
Fransanın keçmiş
və indiki müstəmləkələrindən olan nümayəndələr
rəsmi Parisin bu ölkələrdə davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə
məlumat veriblər.
Bildirilib ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə sabitliyin pozulması siyasətini həyata keçirir, eyni zamanda, hazırda müstəmləkə altında
saxladığı ölkələrdə
fundamental insan hüquqlarını pozur,
bu xalqların təbii sərvətlərini
qanunsuz olaraq istismar edir. Təbii ehtiyatlarla zəngin olan bu ölkələrin xalqları Fransadan dəfələrlə çətin
şəraitdə yaşayır,
işsizlik və yoxsulluq səviyyəsi dəfələrlə yüksəkdir.
Fransanın bu ərazilərdə həyata
keçirdiyi nüvə
sınaqları, uranın
zənginləşdirilməsi istiqamətində fəaliyyəti
əhalinin səhhətində
ciddi fəsadlar yaradıb, ətraf mühitə böyük ziyan vurub. Bu
ölkə yerli xalqların süni şəkildə assimilyasiya
edilməsi siyasəti
və qeyri-qanuni miqrantların bu ərazilərə köçürülməsi
ilə yerli xalqların müstəqillik
uğrunda mübarizəsini
boğmağa çalışır.
Vurğulanıb ki,
Fransa 1980-ci ildə özünün də ratifikasiya etdiyi BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Paktı ilə xalqlar qarşısında
götürdüyü bütün
öhdəlikləri şüurlu
şəkildə pozub.
O, nəinki “xalqların
öz müqəddəratını
təyinetmə hüququnun
həyata keçirilməsi”ni
“asanlaşdırıb”, əksinə,
bütün vasitələrlə,
o cümlədən ən
ədalətsiz yollarla
buna qarşı çıxıb.
Konfrans iştirakçıları
Fransanın özünün
geostrateji mövqeyini möhkəmləndirmək məqsədilə
müstəmləkəyə çevirdiyi ölkələri
hərbiləşdirməsinə, hərbi bazalarını orada yerləşdirməsinə
etiraz ediblər.
İştirakçılar Fransa tərəfindən ölkələrində fundamental
insan hüquqlarının
və azadlıqlarının
pozulması faktlarını
sadalayıb, azadlıq
uğrunda mübarizədə
beynəlxalq təşkilatlar
çərçivəsində dövlətlərin səylərinin
birləşdirilməsinin vacibliyini
qeyd ediblər. BMT institutları və Qoşulmama Hərəkatı
çərçivəsində hüquqi əsasda mübarizənin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Konfransda Fransanın dənizaşırı ərazilərinin
təmsilçiləri Qoşulmama
Hərəkatının sədri
kimi Azərbaycandan bu istiqamətdə onlara dəstək göstərilməsini xahiş
ediblər.
Konfransın sonunda Yekun Bəyannamə qəbul edilib.
İştirakçılar onlara göstərdiyi dəstəyə
görə Prezident
İlham Əliyevə, eləcə
də Bakı Təşəbbüs Qrupunun
üzvlərinə dərin
təşəkkürlərini ifadə ediblər.
Qeyd edək
ki, bu, Bakı Təşəbbüs Qrupunun
təşkilatçılığı ilə 2023-cü ildə keçirilən və kolonializmə qarşı
mübarizə aparan, azad olmağa çalışan xalqlara
həsr olunmuş IV beynəlxalq konfransdır.
Azərbaycan.-2023.- 15 dekabr,
¹ 274.- S.5.