Cenevrədə
keçirilən “Neokolonializm:
İnsan hüquqları,
sülh və təhlükəsizlik” mövzusunda
konfransın iştirakçıları
Yekun Bəyannamə qəbul ediblər
Cenevrədə
keçirilən “Neokolonializm: İnsan hüquqları,
sülh və təhlükəsizlik” mövzusunda konfransın
iştirakçıları Yekun Bəyannamə qəbul ediblər
Cenevrə, 14 dekabr,
AZƏRTAC
Bakı Təşəbbüs
Qrupunun (BTQ) təşkilatçılığı
ilə BMT-nin Cenevrə ofisində keçirilən “Neokolonializm:
İnsan hüquqları,
sülh və təhlükəsizlik” mövzusunda
beynəlxalq konfransın
Yekun Bəyannaməsi
qəbul olunub.
AZƏRTAC bəyannaməni
təqdim edir: “1960-cı il dekabrın 14-də yenicə
suverenlik əldə etmiş ölkələrin təşəbbüsü
ilə BMT Baş Assambleyası “Müstəmləkə
ölkələrinə və xalqlarına müstəqilliyin
verilməsi haqqında Bəyannamə” adlı 1514 (XV)
saylı qətnamə qəbul edib.
Bu qətnamədən
əvvəl 1952-ci il dekabrın 16-da
“Xalqların öz müqəddəratını təyinetmə
hüququ haqqında” 637 (VII) saylı qətnamə qəbul
edilib.
1960-cı il 14 dekabr
tarixli qətnamədən
63 il sonra Fransa imperiyasının mənimsədiyi son müstəmləkə ölkələrinin
(Polineziya, Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Qvadelupa, Korsika, Mayot) əhalisi, keçmiş müstəmləkələrdən
Seneqal və Əlcəzairin nümayəndələri
və təxminən on beş başqa
ölkədən iştirakçılar
aidiyyəti ölkələrdə
müstəmləkə sisteminin
hələ də davam etdiyini bir daha təsdiqləmək,
eləcə də azadlıq və demokratiya dəyərlərini
uca səslə iddia edən və əsas hüquqları pozan Fransa dövlətinin siyasətini pisləmək
üçün bir araya gəliblər.
Avropanı birbaşa
müstəmləkəçiliyə son qoymağa məcbur etmiş Afrika və Asiyadan milyonlarla insanın mübarizələrini,
eləcə də fundamental insan hüquqlarını kobud və davamlı şəkildə pozmaqla keçmiş müstəmləkə
imperiyaları və onların tərəfdaşları
olan az saylı
güclü dövlətlər
planetin böyük bir hissəsi üzərində iqtisadi,
maliyyə, siyasi, hərbi və mədəni hökmranlığını
qoruyub saxlayan dünya nizamı sistemi qurmuşdur.
Bu güclərin
eqoist maraqlarına, qəddar gücə və ikili standartlar
siyasətinə əsaslanan
beynəlxalq hüquq,
əslində, müstəmləkə
və yeni müstəmləkə hökmranlığı
altında olan insanlara təsir göstərən struktur bərabərsizlikləri və
ağlasığmaz ədalətsizliklər
nümunələrindən biridir.
I. Bakı Təşəbbüs
Qrupunun təşəbbüsü
ilə 2023-cü il dekabrın 14-də Cenevrədə
təşkil olunmuş
və Fransanın son müstəmləkələri
olan Fransız Qvianası, Martinika, Qvadelupa, Polineziya, Yeni Kaledoniya, Korsika, eləcə də Seneqal, Əlcəzair kimi keçmiş koloniyaların
nümayəndələri və
təxminən on beş başqa ölkədən olan iştirakçılar dənizaşırı
departamentlər, regionlar
və kollektivlərin
süni hüquqi pərdə arxasında real hökmranlığı
davam etdirən fransız müstəmləkə
sisteminin ziyanlı əməllərini pisləyirlər
və bu dominasiyanın davam etməsini aşağıdakı
formada xarakterizə edirlər:
• Fransa inhisarlarının
xeyrinə əhalinin həddindən artıq ərzaq asılılığını
(ərzaq məhsullarının
80 faizdən çoxu
Fransadan gəlir), həyatın yüksək
qiymətini təşkil
edən düşünülmüş
zəif iqtisadi inkişaf strategiyasının
aidiyyəti ölkələrdə
həyata keçirilməsi;
yoxsulluq (Fransız Qvianası əhalisinin 50 faizi yoxsulluq həddində yaşayır)
və kütləvi işsizlik, beləliklə,
bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə
altına alan hər cür sui-istifadələrin (zorakılıq,
silah və narkotik ticarəti) həyata keçirilməsi;
• Fransız Qvianası
yerli xalqlarının
əsas hüquqlarının
pozulması;
• Fransız mədəniyyəti
hegemonluğu institutları
və getdikcə yoxa çıxmaq təhlükəsi altında
olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın
tarixinə, coğrafiyalarımıza
uyğun gəlməyən
fransız məktəb
proqramlarını uşaqlarımıza
tətbiq edən assimilyasiya siyasəti nə xalqlarımızın
tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün
ambisiyalarımıza uyğun
gəlir;
• Torpaqların zəbt
edilməsi (Fransız
Qvianası torpaqlarının
90 faizi Fransa dövlətinə aiddir),
milyonlarla kvadratkilometr
Eksklüziv İqtisadi
Zonalarımıza (ZEE) nəzarət
(bu, Fransanı 11 milyon kvadratkilometr ZEE ilə dünyada ikinci dəniz gücü edir) və onilliklər ərzində gənclərimizin
Fransaya deportasiyası
siyasəti vasitəsilə
Qvadelupa və Martinikdə görünməmiş
bir demoqrafik böhrana, təbii ehtiyatların talanmasına
böyük töhfə
verən məskunlaşma
müstəmləkəsi;
• Fransız hüquqi
dövləti adı altında bütün müqavimət hərəkatlarını
cinayətləşdirən və rüşvətxorları
qoruyan iki səviyyəli müstəmləkə
ədliyyə sisteminin
yaradılması (Martinika
və Qvadelupada xlordekon zəhərlənməsi
və torpaq istilasına qarşı mübarizə aparan gənclərin həbsi, korsikalılar üçün
onların siyasi dustaq statusunu tanımadan onları mühakimə edən və onların dustaqlıq şəraitinə
qeyri-bərabər münasibət
göstərən müstəsna
yurisdiksiyaların yaradılması);
• Qvadelupa, Mayotda
içməli suya çıxışın çətinlikləri
və Qvadelupa və Martinika əhalisinin 92 faizinin xlordekon zəhərlənməsi
ilə bağlı böyük səhiyyə
qalmaqalı, Muruoa və Fanqataufada nüvə sınaqları
cinayəti, Qayanada çay suyunun civə ilə kütləvi çirklənməsi
kimi çoxsaylı yaşamaq hüququ pozuntuları;
• Xalqlarımızla zərrə qədər də məsləhətləşmədən
ölkələrimizdən böyük Qərb dövlətlərinin Hind-Sakit
okean zonasından (Polineziya, Yeni Kaledoniya), eləcə də Karaib-Amerika zonasından (Fransız Qvianası, Martinika, Qvadelupa) və Korsikadan (Solenzara bazası) müharibə hazırlıqlarında geostrateji
hərbi bazalar kimi istifadə edilməsi;
II. 1960-cı il dekabrın
14-də “Müstəmləkə ölkələrinə və
xalqlarına müstəqillik
verilməsi haqqında
Bəyannamə”nin anım mərasimi çərçivəsində son fransız müstəmləkələrinin nümayəndələri tarix,
eləcə də xalqları qarşısında
məsuliyyətlərini dərk
edərək,
• Birləşmiş Millətlər Təşkilatına,
beynəlxalq qurumlara və bütün qitə xalqlarına əsas insan hüquqlarının açıq
şəkildə pozulması
və xalqların inkişafı, əhalinin
rifahı və xalqlar arasında sülhə mane olan, mahiyyət etibarilə fundamental insan hüquqlarının
kobud şəkildə
pozulmasını təşkil
edən müstəmləkəçiliyə
və neokolonializmə
qəti şəkildə
son qoyulmasına daha fəal töhfə vermək üçün rəsmi müraciət irəli sürüblər;
• Müstəmləkəçilik
siyasəti ilə müstəmləkə ölkələrində
yerli xalqlara qarşı törətdiyi
cinayətlərə və
Karib dənizi və Amerikada köləliyə çevrilmiş
milyonlarla Afrikalının
deportasiyasına səbəb
olan transatlantik köləliyə görə
ədalətli təzminat
tələb edirlər;
• FLNKS-ın Beynəlxalq
Ədalət Məhkəməsinə
müraciəti və
milli müstəqillik
kimi ayrılmaz hüquqlarını həyata
keçirmək üçün
Kanak xalqının Fransa dövlətinə qarşı səfərbər
edilməsini dəstəkləyirlər;
onlar Martinika, Qvadelupa, Korsika və Fransız Qvianası xalqlarının
öz ölkələrinin
müstəmləkəsizləşdiriləcək
ölkələr siyahısına
daxil edilməsini və ya yenidən
siyahıya alınmasını
dəstəkləyirlər;
• Nüvə sınağı
cinayəti ilə üzləşmiş Polineziya
xalqı, eləcə
də Fransada bir neçə onilliklərdir qadağan edilməsinə və yüksək kanserogen olmasına baxmayaraq, Fransa dövlətinin istifadəsinə icazə
verməklə tam məsuliyyət daşıdığı
xlordekon zəhərlənməsi
cinayəti ilə bağlı ədalətin
bərpası və Martinika, Qvadelupa xalqlarına təzminat ödənilməsi tələbi
ilə həmrəy olduqlarını bildirirlər.
• Müharibə riskləri
kontekstində, sülh
naminə qlobal demilitarizasiyaya və Sakit Okean və
Karib dənizi koloniyalarında Fransa bazalarının ləğvinə
çağırırlar;
• Planetimizin tərəqqisi
və insanın emansipasiyası üçün
vacib şərtlərdən
biri olan qadınların fundamental iqtisadi, sosial və siyasi hüquqlarına hörmət
olunmasını təkid
edirlər;
III. Müharibələr, artan beynəlxalq gərginlik, silahlanma yarışının yenidən
başlanması, qlobal
istiləşmə, davam
edən geostrateji təlatümlər nəticəsində
baş verə biləcək indiki və gələcək fəlakətlərlə dolu
qlobal kontekstdə Bakı Təşəbbüs
Qrupu və müstəmləkə və
neokolonial hökmranlıq
altında olan xalqların nümayəndələri
• Mali, Burkina Faso və Niger
xalqlarının öz
sərvətlərinin talanmasından,
fransız imperialist hökmranlığından xilas
olmaq üçün
apardıqları mübarizəni
alqışlayırlar;
• Ədalətə, hər cür hökmranlıqdan imtinaya,
qarşılıqlı hörmətə
və insan həmrəyliyinə əsaslanan
xalqlar arasında həqiqi qlobal əməkdaşlığa çağırırlar.
IV. Cenevrədə keçirilən
bu toplantının bütün iştirakçıları
gələn il COP 29-a
ev sahibliyi etmək missiyası həvalə edilmiş Azərbaycan Respublikasını
ürəkdən təbrik
edirlər. Onlar əmindirlər ki, Azərbaycan bu qlobalmiqyaslı və planetimizin gələcəyi
üçün vacib
olan hadisə çərçivəsində həm qlobal istiləşmə, həm
də müstəmləkəsizləşdirmə
çağırışlarını nəzərə alacaq.”
Azərbaycan.-2023.-
15 dekabr, ¹ 274.- S.5.