Əsirlərin dəyişdirilməsi Azərbaycanla
Ermənistan arasında
vasitəçiyə ehtiyac
olmadığını göstərir
"Regionda sülhün
bərqərar olması
üçün humanist
addımların atılması
mühüm əhəmiyyət
kəsb edir. Bir neçə gün əvvəl Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında danışıqlar
aparılması nəticəsində
humanizm prinsiplərinə
sadiqlik nümayiş etdirilərək, Azərbaycan
tərəfindən 32 erməni
hərbçinin, Ermənistan
tərəfindən isə
iki azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olundu".
Bu sözləri
"Azərbaycan" qəzetinə
açıqlamasında Milli
Məclisin deputatı
Arzu Nağıyev deyib. Deputat xatırladıb ki, Ermənistana qaytarılmış
32 nəfərin 26-sı 2020-ci ilin
dekabrında Hadrut istiqamətində keçirilmiş
antiterror tədbirləri
zamanı həbs edilənlər, qalanı isə müxtəlif vaxtlarda sərhədi keçərkən saxlanılanlardır
ki, onlar da cəzalarının böyük hissələrini
çəkiblər. A.Nağıyev
diqqətə çatdırıb
ki, 32 nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri
və bəşəriyyət
əleyhinə cinayət
törətmiş qondarma
rejimin rəhbərləri
daxil deyillər.
Əsirlərin dəyişdirilməsinin
əhəmiyyətindən bəhs edən deputat qeyd edib
ki, bu mübadilə
gələcəkdə iki
ölkə arasında
sülhün bərqərar
olması baxımından
əhəmiyyətlidir. "Dumanlı şəraitdə
yolu azaraq Naxçıvan tərəfdən
Ermənistana keçmiş
iki azərbaycanlı hərbçi əsir götürülərək onlara
qarşı bir sıra cinayətlərin törədilməsinə dair
saxta ittihamlar irəli sürülmüş,
qurama məhkəmələrin
qərarları əsasında
həbs olunmuşdular.
44 günlük Vətən
müharibəsindən, həmçinin
bu ilin antiterror
tədbirlərindən sonra
Azərbaycan ərazisinə
keçərək təxribatlar
törətməyə cəhd
edən bir qrup erməni hərbçi də saxlanılmışdır", - deyə A.Nağıyev əlavə edib. O bildirib ki, Azərbaycan
və Ermənistan arasında əldə olunmuş razılığa
əsasən, bu mübadilə humanist bir addımdır və gələcəkdə
iki ölkə arasında sülh müqaviləsinin imzalanması
istiqamətində atılacaq
addımlarda çox mühüm əhəmiyyət
kəsb edəcək.
Bundan başqa, Ermənistan Birləşmiş
Millətlər Təşkilatının
İqlim Dəyişmələri
üzrə Çərçivə
Konvensiyasına tərəf
dövlətlərin 29-cu konfransına
evsahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın
namizədliyini dəstəkləyib.
Bu da çox
mühüm addımdır
və Azərbaycan-Ermənistan
arasında, həmçinin
regionda sülhün bərqərar olması üçün önəmli
bir hadisədir. Deputat əlavə edib ki, mübadilə
prosesi vaxtilə Xocalıda, Xankəndidə
cinayət törətmişlərə
və separatçıların
rəhbərliyinə şamil
olunmur. "Cənab Prezidentin bu humanist addımı iki hərbçimizin ailəsinə böyük
sevinc, səadət, xoşbəxtlik gətirdi.
Bu, dövlətimizin əsgərinə, zabitinə,
Vətən keşiyində
duran hər bir şəxsə qarşı atdığı
humanist addımdır
və təqdirəlayiq
hal kimi dəyərlənməlidir", - deyə o bildirib.
Mübadilənin heç
bir vasitəçi olmadan Azərbaycan və Ermənistan arasında birbaşa danışıqlar nəticəsində
baş tutduğunu xatırladan A.Nağıyev
regionda sülhün bərqərar olması üçün vasitəçilər
olmadan addımlar atmağın mümkünlüyündən
də bəhs edib. O vurğulayıb ki, istər ABŞ, istər Qərb dövlətləri
vasitəçilik missiyasını
həyata keçirərək
özlərinin bu rolundan istifadə etməyə, bu və ya digər
şəkildə Cənubi
Qafqazda aparılan siyasətə öz təsirlərini göstərməyə
çalışırlar. Lakin
Azərbaycanın öz
daxili və xarici siyasəti var, birbaşa danışıqlar da bunun təzahürüdür.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.5.