Azərbaycanın
hərbi-siyasi gedişlərinin
uğurlu nəticəsi
Azərbaycan xoşməramlı
addım olaraq 32 erməni hərbçini,
Ermənistan isə 2 azərbaycanlı hərbçini
azad edib. Bu, Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaradılması istiqamətində
atılmış mühüm
addımdır. Prezident
İlham Əliyevin uğurlu hərbi-siyasi gedişlərinin və diplomatik bacarığının
nəticəsi kimi təzahür edən əsir mübadiləsi iki ölkə arasında sülh müqaviləsinin imzalanması
ehtimalını da artırır.
Bu mövzu ilə bağlı "Azərbaycan" qəzetinə
danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov
deyib ki, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyası
və Ermənistan Baş nazirinin Aparatının dekabrın
7-də birgə açıqlamasında
da ifadə olunduğu kimi, artıq hər iki ölkə regionda çoxdan gözlənilən sülhün
əldə olunması
üçün tarixi
fürsətin yarandığı
fikrini bölüşərək
münasibətləri normallaşdırmaq,
suverenlik və ərazi bütövlüyü
prinsiplərinə hörmət
əsasında sülh
sazişinə nail olmaq niyyətini bir daha təsdiq
edir: "Bu gün əsirlərin mübadiləsi etimad quruculuğu prosesində mühüm addım, bizi yekun sülhə
yaxınlaşdıran ciddi
amil kimi dəyərləndirilə bilər.
Əsirlər arasında
say nisbətinə gəlincə, unutmamalıyıq
ki, bu, əsirlərin
dəyişdirilməsi yox,
humanizm dəyərlərinin
rəhbər tutularaq etimad quruculuğuna yönəlik və sülhü hədəfləyən
xoşməramlı addımdır.
Həmçinin Azərbaycan
tərəfi xalqa və dövlətə qarşı konkret cinayətlərə görə
ittiham olunan şəxsləri, o cümlədən
separatçıların liderləri
və digər terrorçuları təhvil
vermir".
Deputat qeyd edib ki, əsirlərin
mübadiləsi 7 dekabr
birgə bəyanatının
ardınca Qafqazda sülhə doğru aparan ikinci addımdır:
"Razılığa müvafiq
olaraq, bundan öncə Ermənistan
COP29-a evsahibliyinə öz
namizədliyini geri götürərək, Azərbaycanın
namizədliyini dəstəkləmişdi.
Azərbaycan isə xoş niyyətin təzahürü olaraq, Ermənistanın Şərqi
Avropa Qrupundan COP-un Büro üzvlüyünə
namizədliyinə dəstək
vermişdi. Əlbəttə,
bu kimi nəticələr
iki ölkə arasında qarşılıqlı
etimadın yaradılmasına
töhfə verir. Beynəlxalq ictimaiyyət də bu səyləri
dəstəkləməlidir".
Bəhruz Məhərrəmovun
sözlərinə görə,
mövcud situasiya proseslərin təbii axarının nəticəsi
deyil, bu reallığa Prezident İlham Əliyev hərbi-siyasi yolla nail olub. Əgər
Azərbaycanın istər
Vətən müharibəsindəki
qələbəsi, dövlət
başçısının qətiyyəti ilə aprel ayında Laçın sərhəd-buraxılış
məntəqəsinin təsis
edilməsi olmasaydı,
habelə antiterror tədbirləri ilə cəmi 23 saata separatizmə öldürücü
zərbə vurulmasaydı,
bu gün etimad quruculuğu prosesi və yekun sülhə doğru real addımlardan danışa
bilməzdik.
Nəzrin QAFARZADƏ,
Azərbaycan.-
2023.- 15 dekabr, № 274.- S.5.