Azərbaycan
yoxsulluğa "yox"
deyir
Prezident İlham Əliyevin sosial-iqtisadi islahatları sayəsində ölkədə
yoxsulluğun səviyyəsi
5,5 faizə enib
Azərbaycan dövlətinin
siyasətinin mərkəzində
vətəndaşın maraqları,
sosial rifahı dayanır. Odur ki, ölkə iqtisadiyyatı yeni zirvələrə çatdıqca
buna paralel olaraq sosial sahə
də inkişaf etdirilir. Prezident İlham Əliyev hələ neçə il bundan əvvəl bildirmişdi ki, ölkənin iqtisadi gücü artdıqca insanların sosial müdafiəsi daha da güclənəcək,
onların maddi rifah halına daha çox vəsait ayrılacaq. Bu gerçəkliyi
indi hər bir vətəndaş
öz gündəlik həyatında hiss edir.
Dövlət başçısının həyata keçirdiyi sosial islahatların uğurunu insanların yaşayışına aid
bütün sahələrdə
- məşğulluq probleminin həllində,
maaşların və
pensiyaların artırılmasında,
səhiyyə və təhsildə, sosial infrastrukturda, digər istiqamətlərdə
reallaşdırılan çoxsaylı layihələrdə
aydın görmək
mümkündür. Bu
işlərə vaxtilə
Ulu Öndərimiz Heydər Əliyev başlamış və onlar Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla,
böyük müvəffəqiyyətlə
davam etdirilməkdədir.
Odur ki, ölkədə
yoxsulluğun
1996-cı illərin ikinci
yarısından başlayaraq,
xüsusilə də son 20 ildə sürətlə
azaldılması təmin
edilib.
Xatırladaq ki,
Ümummili Lider Heydər Əliyevin səyləri nəticəsində
1996-2002-ci illər ərzində
Azərbaycanda ümumi
daxili məhsul 1,7, iqtisadiyyata kapital qoyuluşu 7,8, əhalinin nominal pul gəlirləri
3, orta aylıq əməkhaqqı və pensiya 5 dəfə artmışdır. Lakin ondan əvvəlki dövrdə yaranmış
gerilik belə tez bir zamanda
ölkədə iqtisadiyyatın
yüksək inkişaf
səviyyəsini və
əhalinin beynəlxalq
standartlara uyğun həyat tərzini tam təmin etməyə imkan verməmişdir. Odur ki, Ulu Öndər 2023-cü il fevralın 20-də
"2003-2005-ci illər üçün
Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və iqtisadi inkişaf üzrə Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında fərman imzalamışdır.
Proqramın həyata
keçirilməsi nəticəsində
2005-ci ildə yoxsulluq
səviyyəsi 2002-ci ildəki
46,7 faizdən 29,3 faizə
düşmüşdür. Prezident İlham Əliyevin bu sahədə də apardığı ardıcıl
siyasətin
nəticəsində 2007-ci ilin axırına yoxsulluq səviyyəsi artıq 15,8 faizə enmişdir.
2008-ci il sentyabrın
15-də isə Prezident
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında
yoxsulluğun azaldılması
və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında
sərəncam imzaladı.
Bu sənəd əhalinin rifah halının yaxşılaşdırılması
istiqamətində əldə
olunmuş nailiyyətləri
davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını,
habelə bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndən irəli gələn vəzifələrin ölkəmizin
xüsusiyyətləri nəzərə
alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədini daşıyırdı.
Yoxsulluğun azalmasında
regionların sosial-iqtisadi
inkişafına yönəldilən
dövlət proqramları
misilsiz rol oynadı. Bölgələrin
tarazlı inkişafı
təmin edildi, təkcə iri şəhərlərdə deyil,
rayonlarda da çoxsaylı sənaye,
emal, xidmət müəssisələri açıldı.
Unudulmuş, tənəzzülə
uğramış kənd
təsərrüfatı sahələrinin
dirçəldilməsi ilə
minlərlə insanın
məşğulluq problemi
həll olundu.
2004-cü ildən bəri
regionlarda 52 mindən artıq yeni müəssisənin açılması
və burada milyonlarla iş yerinin yaradılması şərhə ehtiyacı
olmayan faktdır. Yeri gəlmişkən, qeyd edək ki, təkcə bu ilin birinci yarısında ölkədə
38,9 min yeni iş yeri açılıb.
Son illərdə
özünüməşğulluq proqramının həyata
keçirilməsi, ictimai
iş yerlərinin yaradılması kimi addımlar da yoxsulluğun azaldılmasına
dəstək verir. Belə ki, insanlar
ələbaxımlıqdan uzaq olur, dövlətin
köməyi ilə özləri şəxsi bizneslərini quraraq dolanışıqlarını təmin edirlər. Hərçənd dövlət
öz dəstəyi ilə, sosial yardımları, müavinətləri,
təqaüd və pensiyaları ildən-ilə
artırmaqla da daim vətəndaşının
yanındadır.
Son
20 il ərzində Azərbaycanın ümumi
daxili məhsulu
(ÜDM) dörd dəfə
artıb. Ölkəmizin
həyata keçirdiyi
qlobal neft-qaz və ixrac layihələri
Avropanın enerji xəritəsini dəyişdirib.
Ölkə iqtisadiyyatınin
bel sütununu təşkil edən "Azəri-Çıraq-Günəşli" yataqları milyardlarla dollar gəlir gətirib. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri, üç böyük boru xəttinin birləşməsindən yaranan
"Cənub qaz dəhlizi" bir çox ölkənin enerji təhlükəsizliyində
mühüm rol oynayaraq Azərbaycanın iqtisadi qüdrətini getdikcə daha da artırır. Bu layihələr ölkəmizə rifah gətirir və dövlətimiz eyni zamanda uğurlu sosial siyasət yeridərək neft kapitalını insan kapitalına çevirib. Elə keçən ay Prezident İlham
Əliyev "Euronews" televiziyasına
müsahibəsində bu məsələyə
də toxunaraq dedi: "Son 20 ildə biz yoxsulluq
səviyyəsində yaşayan
əhalinin sayını
təqribən 50 faizdən
5,5 faizə endirə bilmişik. Bu onu nümayiş etdirir ki, enerji
layihələrinin həyata
keçirilməsi nəticəsində
əldə edilmiş
sərvət əhalimizin
bütün seqmentləri
arasında ədalətli
bölünüb".
Yoxsulluğun minimuma
endirilməsi prioritet olaraq qalır. Təsadüfi deyil ki, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də
də bu məsələ özünə
geniş yer alıb. Burada dövlətin vətəndaşın
rifahını nə qədər yüksək tutması bir daha aydın görünür. Qeyd edilir ki, davamlı
və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin
formalaşmasına xidmət
etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən
asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər
və ədalətli olmalıdır. İnkişafdan
hər bir vətəndaşın bəhrələnməsi
yenə də diqqət mərkəzindədir.
Dövlət yüksək
inkişaf üçün
yalnız iqtisadi artımı deyil, cəmiyyətin bütün
üzvlərinin sosial
rifahını mühüm
amil sayır: "İqtisadiyyat inkişaf etdikcə vətəndaşların
sərvət və gəlirlərinin, o cümlədən
əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməli, əməkhaqqının
artımı əmək
məhsuldarlığının artımı ilə uzlaşdırılmalıdır. Ölkədə artan gəlirlər daha geniş iqtisadi imkanlar yaratmalı, bütün əhali qrupları üçün
səmərəli məşğulluğa
və layiqli əməyə nail olunmalı, xüsusilə
qadınların iqtisadi
imkanlara çıxışı
yaxşılaşmalıdır... İqtisadiyyatın davamlı
inkişafı gəlirlərin
ədalətli bölgüsünü
təmin etməli, əhalinin aşağıgəlirli
təbəqəsinin sosial-iqtisadi
rifahını artırmalıdır".
"Sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər" bir daha təsdiqləyir ki, ölkənin bütün təbəqələri
cəmiyyətin ayrılmaz
hissəsidir və dövlət onların qayğısına qalır.
Ölkədə yoxsulluq
səviyyəsinin minimuma
endirilməsi və aşağı işsizlik
səviyyəsi, eləcə
də yoxsul təbəqənin ehtiyaclarının
qarşılanmasına yönələn
ünvanlı yardımların
əhatə dairəsinin
genişləndirilməsi vətəndaşların
sosial müdafiəsinə
əlavə imkanlar yaradır. Bundan sonra da "sosial təminat sisteminin daha effektiv və
ədalətli olması
hesabına aşağıgəlirli
və yoxsulluğa həssas təbəqənin,
əlilliyi olan şəxslərin, o cümlədən
sağlamlıq imkanları
məhdud 18 yaşadək
uşaqların sosial müdafiəsi və sosial təminatı gücləndirilməlidir. Bu
məqsədlə ölkədə
pensiya, müavinət,
təqaüd və digər sosial ödənişlərin minimum
məbləğlərinin layiqli
səviyyəsinə nail
olunmalıdır. Pensiya
təminatı sisteminin
uzunmüddətli inkişafı
üçün onun maliyyə dayanıqlığı
gücləndirilməli, pensiya
məbləğinin ödənilən
sığorta haqqına
mütənasibliyi artırılmalıdır".
Sözügedən sənəddə
həmçinin əlilliyi
olan şəxslər,
o cümlədən sağlamlıq
imkanları məhdud
18 yaşadək uşaqlar
üçün tələb
olunan sosial reabilitasiya infrastrukturunun əlçatan olması, bu şəxslərin məşğulluğuna dəstək
proqramlarının genişləndirilməsi,
sosial təminatının
gücləndirilməsi nəzərdə
tutulur. Qeyd edək ki, sosial
cəhətdən həssas
əhali qruplarının
maraq və mənafelərinə cavab
verən, onlara bərabər iştirak imkanları yaradan sosial xidmətlər sistemi təmin olunmalıdır.
Deyilənlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bu ilin əvvəlində dediyi fakt və
rəqəmləri əlavə
etmək istərdik:
"Hazırkı paket
son beş ildə həyata keçirilən dördüncü
sosial islahat paketidir. Bundan qabaq əvvəlki üç sosial islahat paketi ümumilikdə 40 faizi əhatə edib. Bu məqsədlə 6 milyard manatdan çox vəsait ayrılmışdı və
onların hər birində ilk növbədə əməkhaqqı
sistemi önə çəkilirdi. Birinci növbədə vətəndaşların
məşğulluğu, aşağı
əməkhaqqının artırılması,
aşağı əməkhaqqı
alanlara əlavə dəstək verilməsi yolunu tuturuq. İkinci seqment hər zaman pensiyaçılar və onların pensiyalarının
artırılmasıdır. Əgər rəqəmlərə
nəzərə salsaq,
2018-ci ildə minimum əməkhaqqı Azərbaycanda
130 manat idi, bu gün artıq
345 manatdır. Minimum pensiya Azərbaycanda 110 manat idi, artıq
280 manata çatıb.
Bunun üzərindən
orta aylıq əməkhaqqı və orta pensiyaya da nəzər saldıqda çox ciddi şəkildə artımları görürük.
Bununla yanaşı, pensiya almayan, amma sosial cəhətdən
həssas olan böyük bir kəsim var: əlilliyi olan və müavinətlər
alanlar, müxtəlif
növ Prezident təqaüdü alanlar, şəhid ailələri,
çoxuşaqlı ailələr,
tələbələr və
digər seqmentlər.
Bu böyük kəsim də məhz bu sosial
paketlərdə hər
zaman əhatə olunub".
Azərbaycanda, əslində,
qısa zaman kəsiyində yoxsulluğun
səviyyəsinin 50 faizdən
5,5 faizə enməsi,
bax, belə çoxşaxəli
tədbirlər sayəsində
mümkün olub. Ən başlıcası isə bu, ona görə
mümkün olub ki, ölkəmizin "Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm
" deyən və dediyi hər sözü də imzası qədər dəyərli olan dövlət başçısı var.
Flora SADIQLI,
Azərbaycan.-2023.-
15 dekabr, ¹ 274.- S.6.