Seçkilərə
möhtəşəm uğurların
fonunda gedirik
Xalqımız şanlı Zəfərimizin
memarına səs verəcək
2024-cü ildə ilk
dəfə suverenliyi tam bərpa olunan Azərbaycanın bütün ərazilərində
prezident seçkiləri
keçiriləcək. İlham
Əliyevin sərəncamı
ilə növbədənkənar
prezident seçkiləri
növbəti il fevralın 7-də baş tutacaq. Bu dəfə
qalib xalqın nümayəndələri seçkilərdə
qalib vətəndaşlar
kimi səs verəcəklər.
Yeni Azərbaycan
Partiyasının növbədənkənar
prezident seçkilərində
namizədi İlham Əliyev olacaq. Mövzu ilə əlaqədar "Azərbaycan"
qəzetinə danışan
Milli Məclisin deputatı Vüqar İskəndərov qeyd
edib ki, Azərbaycan öz tarixinin şanlı dövrünü yaşayır
və ölkəmiz bütün sahələrdə
bir-birini əvəz edən uğurlar əldə edir:
"2024-cü il fevralın
7-də keçiriləcək prezident seçkilərinə
də bu uğurlar fonunda gedirik. Azərbaycanın ərazi bütövlüyü
və suverenliyi tam bərpa edilib. Buna Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
qətiyyətli siyasət
nəticəsində nail
olunub".
Deputat vurğulayıb
ki, 2018-ci ildə İlham Əliyev yenidən Prezident seçildikdən sonra xalqımızın qarşısında
duran ən mühüm problem - ərazi bütövlüyümüzün
bərpası prosesinin
son tamamlama mərhələsinə start
verərək qısa
zamanda ölkəmizin,
xalqımızın bütün
potensialını vahid
məqsəd uğrunda
səfərbər etdi.
Həmin seçkilərdən
cəmi iki il sonra - 2020-ci il sentyabrın 27-də başlamış Vətən
müharibəsi Azərbaycanın
tarixi qələbəsi
ilə başa çatdı. 2023-cü il
sentyabrın 20-də lokal
antiterror tədbirləri
isə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası prosesini tamamladı.
V.İskəndərovun sözlərinə görə,
ərazi bütövlüyümüzün
və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Məhz bu kontekstdən yanaşanda bu seçkilərin tarixi əhəmiyyəti bir daha önə çıxır. Çünki
müstəqil Azərbaycanın
tarixində ilk dəfə olaraq seçkilər bütün
ölkə ərazisində
keçirilir. "Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Xalqımız
bu seçkilərə
xüsusi əhvali-ruhiyyə
ilə gedir. Qalib ölkənin vətəndaşları bütün
ərazilərində suverenliyi
bərpa edilən ölkənin növbəti
prezidentini seçəcək.
Təbii ki, xalqımız Azərbaycanın
tarixinə şanlı
Zəfəri yazan cənab İlham Əliyevə səs verəcək", - deyə
deputat əlavə edib.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.7.