Azərbaycanda
könüllülük hərəkatı
daha da geniş
vüsət alır
Ötən əsrin
sonlarında Azərbaycan
yenidən müstəqillik
əldə etdikdən
sonra ölkəmizin güclənməsində, insanların
rifahının getdikcə
yaxşılaşmasında, dövlətimizin daha da qüdrətlənməsində
könüllülərin də
xidməti oldu. Bəs nədir könüllülük? Könüllülük
öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi xeyirə əsaslanmayan və cəmiyyətin rifahının
daha da yaxşılaşdırılmasını
qarşıya məqsəd
qoyan sosial fəaliyyətdir.
Hazırda ölkəmizdə
geniş yayılmış
və cəmiyyətdə
böyük rəğbət
qazanmış könüllülər
hərəkatının bünövrəsi
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından
sonra qoyulub. Elə buna görə
də könüllülük
hərəkatının inkişafı
və yüksəlişi
Ümummilli Liderin adı ilə bağlıdır. Böyük
şəxsiyyətin idarəçiliyinin
ilk illərindən başlayaraq, hərtərəfli
və davamlı inkişaf məqsədilə
dövlət və özəl sektorlar, vətəndaş cəmiyyətləri
arasında əməkdaşlıq
daim diqqət mərkəzində saxlanıldı.
İnsanları bu prosesə könüllü
şəkildə cəlb
etməyə, onların
zəngin təcrübəsindən
yararlanmağa mühüm
önəm verildi.
1998-ci ildə Gənclər,
İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri
Proqramının birgə
layihəsi fəaliyyətə
başladı. 1998-2000-ci illərdə
bu proqramın nəticəsi olaraq ölkəmizdə güclü
könüllülər komandası
yaradıldı.
Azərbaycanda könüllülük
fəaliyyətinin yeni
inkişafına 2009-cu ildə
Milli Məclisin qəbul etdiyi "Könüllü fəaliyyət
haqqında" qanun daha güclü təkan verdi. 10 maddədən ibarət bu əsaslı qanunla Azərbaycanda könüllülük fəaliyyəti
davamlı inkişaf yoluna qədəm qoydu. 2013-cü ildə Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyinin
yanında aktiv və konstant könüllü təşkilat
olan ASAN Könüllüləri
Təşkilatı (AKT) yaradıldı.
1 saylı "ASAN kommunal"
mərkəzinin açılışında Prezident İlham Əliyev könüllülərin "ASAN xidmət"dəki rolunu
yüksək qiymətləndirərək
demişdir: "Əlbəttə ki, biz "ASAN xidmət"i
könüllülər hərəkatından
ayıra bilmərik. Bu da bir
yenilikdir... Bu gün artıq bu hərəkat Azərbaycanda yaşayır.
Mənə verilən
məlumata görə,
10 min gənc artıq könüllü
kimi "ASAN xidmət"
mərkəzlərində işləyib
və bu insanların bir çoxu bu gün müxtəlif
vəzifələrdə, müxtəlif
işlərdə ölkəmizin
gələcək inkişafı
üçün çalışırlar".
Ölkəmizin
evsahibliyi etdiyi
"Eurovision-2012" mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1" və
digər mötəbər
və irimiqyaslı tədbirlərə on minlərlə könüllü
cəlb olunmuşdu. Bu tədbirlərin keçirilməsi nəticəsində
Azərbaycanın beynəlxalq
miqyasa çıxarılacaq
böyük potensiala malik, eyni zamanda
təcrübəli könüllü
bazası yaranıb formalaşdı. Qazanılmış
bu uğurlarda Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da çox böyük əməyi və rolu var.
Prezident İlham
Əliyevin müvafiq sərəncamı ilə
ölkəmizdə 2020-ci ilin
"Könüllülər ili" elan edilməsi gəncliyin potensialından respublikamızın
dayanıqlı inkişafı
üçün səmərəli
istifadə etmək baxımından mühüm
əhəmiyyət kəsb
etdi. Həmin il bütün dünyanı bürüyən
koronavirus (COVID-19) pandemiyasının
ölkəmizdə yayılmasının
qarşısının alınması
istiqamətində Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyevin çağırışına cavab olaraq Azərbaycan
könüllüləri hökumətə
dəstək fəaliyyətində
xüsusi olaraq seçildilər.
Ölkəmizin "ASAN Könüllüləri" Təşkilatı,
"Bir Könüllü"
Tələbələrin Əməkdaşlığı
İctimai Birliyi,
"Könüllü DOST" Proqramı, "Aqrar İnkişaf Könüllüləri"
İctimai Birliyi,
"İslahat Könüllüləri"
Təşkilatı, "Nəqliyyat
Könüllüləri" Proqramı, Könüllülük
Proqramı, "Miqrasiya
Könüllüsü" İctimai Birliyi, "Könüllü gömrükçü"
Dəstəsi, "Turizm
Könüllüləri" Təşkilatı, "Eko
könüllüləri" Qrupu, Könüllülər
Proqramı Qrupu, "Gənc Könüllülər"
Hərəkatı, "Azərbaycan
Diaspor Könüllüləri"
Proqramı və digər könüllü
təşkilatlarında fəaliyyət
göstərən yüz
minlərlə könüllü
Azərbaycan gəncliyinin
parlaq gələcəyi,
ölkəmizin inkişafı,
xalqımızın rifahının
yaxşılaşması istiqamətində
öz əvəzolunmaz
töhfələrini verməsi
çox sevindiricidir.
Dekabrın 13-də Bakı
Konqres Mərkəzində
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan və ölkəmizdə fəaliyyət
göstərən 3 minə
yaxın Azərbaycan könüllüsünü bir
araya toplayan "Azərbaycan Könüllülərinin
VI Həmrəylik Forumu"
keçirilib.
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev forum iştirakçılarına müraciət
ünvanlayıb. Müraciətdə
deyilir: "Əziz gənclər!Sizi - Azərbaycan könüllülərinin
VI həmrəylik forumunun
iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü
münasibətilə təbrik
edir və hamınıza cansağlığı,
gələcək işlərinizdə
nailiyyətlər arzulayıram.
Forumun Ümummilli
Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə
elan olunmuş "Heydər Əliyev İli" çərçivəsində
təşkili xüsusi
əhəmiyyət daşıyır.
Könüllülük hərəkatı
məhz Ulu Öndərin xeyir-duası
ilə geniş vüsət alaraq Azərbaycan gənclərini
vahid platformada birləşdirmiş və
ötən müddət
ərzində ictimai həyatımızın ən
müxtəlif sahələrini
əhatə etmişdir.
Zəngin mədəni-mənəvi
dəyərlərimizi rəhbər
tutan hərəkat əməli fəaliyyətində
xeyirxahlıq, fədakarlıq
və təmənnasız
yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm
etdirmiş, cəmiyyətin
etimadını layiqincə
doğrultmuşdur".
Könüllülərin il ərzində göstərdikləri nəcib
fəaliyyətləri diqqət
mərkəzində saxlamaq
və onlara təşəkkür etmək
məqsədilə təşkil
edilən forum Karyera Sərgisi ilə başlayıb. Sərgi zamanı könüllülər 40-a yaxın
müxtəlif yerli və xarici şirkətlərin iş
imkanları barədə
ətraflı məlumat
əldə ediblər.
Çıxış edənlər
Ulu Öndər Heydər Əliyevin gənclərə ünvanladığı
dəyərli tövsiyələrin
Azərbaycan gənclərinin
və könüllülərinin
inkişafında hər
zaman müstəsna əhəmiyyətə malik
olduğunu diqqətə
çatdırıblar. Forumda
çıxış edənlər
xüsusi olaraq bildiriblər ki, Prezident İlham Əliyevin rəhbərliyi
dövründə yetişən
gənclər, könüllülər
Vətən müharibəsi
gedişində böyük
şücaət və
qəhrəmanlıq göstərərək
möhtəşəm Zəfərin
qazanılmasına böyük
töhfə veriblər.
Forumda ölkə
ictimaiyyətinin diqqətinə
çatdırılıb ki,
həmişə olduğu
kimi, 2023-cü ildə
də Prezident İlham Əliyevin könüllülüyün təşviqi
və təbliği ilə bağlı müvafiq tapşırıqları
və çağırışları
əsas götürülərək
həyata keçirilən
fəaliyyətlər ölkənin
65 şəhər və
rayonunu, eyni zamanda Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından
mütəşəkkil formada
xarici ölkədə
humanitar yardım istiqamətində təşkil
olunmuş ilk könüllü fəaliyyətini
əhatə edib.
Forum çərçivəsində
Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə
100 Azərbaycan könüllüsü
il ərzindəki fəal təşəbbüslərinə
görə mükafatlandırılıblar.
Mükafatlandırılan könüllülərin
çıxışları ilə davam edən forumun gedişatında Azərbaycan
könüllüləri adından
Prezident İlham Əliyevə müraciət
ünvanlanıb.
Forumda Ulu Öndər Heydər Əliyevə, o cümlədən
könüllülərin müxtəlif
dövrlərdə fəaliyyətinə
həsr olunmuş videoçarxlar nümayiş
etdirilib.
Azərbaycan Könüllülərinin
VI Həmrəylik Forumu
ölkəmizdə könüllülük
hərəkatına böyük
təkan verəcək
və bu hərəkat daha da geniş vüsət
alacaq. Könüllülərin
sırasına yüzlərlə,
minlərlə gənc
qatılacaq.
Vahid MƏHƏRRƏMOV,
Azərbaycan.-2023.-
15 dekabr, № 274.- S.7.