Təbiəti həyatından artıq sevirdi

 

 

Böyük alim ziyalı, sadə, təvazökar insan akademik Həsən Əliyev təbiətşünaslıq ekologiya elminin bir çox sahəsində ömrünün sonuna qədər dəyərli tədqiqatlar aparmış, yüzlərlə əsərin təbiət abidələrinin müəllifi olmuşdur. O, təbiəti həyatından artıq sevirdi. Torpaqşünaslar, meşəçilər, melioratorlar, bioloqlar, coğrafiyaşünaslar, aqronomlar onun elmi əsərləri, nəzəriyyələri ilə tanış olduqca təbiətə daha yaxın olur bu sahədə əzmlə çalışırdılar.

Alim ilk dəfə dağ yamaclarında az istifadəli torpaqlarda quru fitomeliorasiya işlərinin həyata keçirilməsinin elmi təşkilini işləmiş bu sahədə xeyli tövsiyələr verməklə ömrünün sonuna qədər həmin işi davam etdirmişdir.

Görkəmli alim 1950-ci ildə Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı Aqromeşəmeliorasiya İnstitutunun yaradılmasında, Azərbaycan EA Torpaqşünaslıq Aqrokimya İnstitutunun təşkili inkişafında, elmi kadrların hazırlanmasında, elmi-tədqiqat mövzularının laboratoriyaların formalaşmasında böyük işlər görmüşdür. 1949-1952-ci illərdə Azərbaycan EA Botanika İnstitutuna rəhbərlik etdiyi zaman institutun meşəçilik laboratoriyası həmin ətrafda Botanika bağının, Mərdəkan qəsəbəsində isə Dendralogiya bağının yaradılmasına nail olmuş H.Əliyev bütövlükdə dağlıq düzən ərazilərin ekocoğrafi problemlərini kifayət qədər öyrənmişdir. Alimin bu baxımdan "Böyük Qafqazın şimal-şərq hissəsinin meşə meşə-bozqır torpaqları" adlı monoqrafiyası bu gün torpaqşünasların meşəçi mütəxəssislərin geniş istifadə etdiyi mənbədir.

Həsən Əliyev 1949-1952-ci illərdə Azərbaycan EA Nəbatat İnstitutunun direktoru olan zaman onun rəhbərliyi altında "Azərbaycan florası" kitabı hazırlanmışdır. Bu da alimin dendralogiya elminə dərindən bələd olduğunu sübut edirdi. Alim kitabında ağac kol cinslərinin dendraloji xüsusiyyətlərini açıqlamaqla bitki örtüyünü elmi əsaslarla qiymətləndirmişdir. Kitabda Azərbaycanın Kiçik Qafqaz, Talış dağlıq zonası Mərkəzi Aran ərazilərində bitki örtüyü təhlil edilməklə onların ekocoğrafi dendraloji əhəmiyyətlərinin ətraflı şəkildə elmi izahı verilmişdir.

1952-1957-ci illərdə Həsən müəllim Elmlər Akademiyasının akademik katibi vəzifəsində işləmişdir. Həmin illər o, meşə torpaqlarının öyrənilməsini ən vacib tədqiqat işi hesab edərək meşə torpaqşünaslığı laboratoriyasını yaratmışdır. Laboratoriyada Böyük Qafqazın torpaqlarının genetik - coğrafi cəhətləri araşdırılmışdır.

Həsən müəllim 1959-cu ildə Mərdəkan qəsəbəsindən Bərdə şəhərinə köçürülən Azərbaycan Elmi Tədqiqat Meşə Təsərrüfatı Aqromeşəmeliorasiya İnstitutunun dövrün tələblərinə cavab verən laboratoriyalarının, həmin əraziyə münasib dendralogiya bağının yaradılması üçün 150 hektarlıq ərazinin müəyyənləşdirilməsinə nail olmuş lazımi elmi məsləhətlər vermişdir.

Akademik Həsən Əliyev Bakıda respublikanın digər şəhər rayonlarında ekoloji tədbirlərin həyata keçirilməsində elmi seminarlara rəhbərlik edərək maraqlı mühazirələr çıxışlar edirdi. 1970-ci illərəcən Abşeron yarımadasının, xüsusilə Bakı şəhərinin yaşıllaşdırılması demək olar ki, tələblərə cavab vermirdi. Onun 10 ildən artıq yaşıllaşdırma işləri sahəsində apardığı elmi təşkilati işin bəhrəsi olaraq 1982-ci ildə Bakıda adambaşına düşən yaşıllıq norması 7-8 m2-dən 18-20 m2-ə çatdı. Bu hal isə ekoloji baxımdan hər adama düşən yaşıllıq normasına uyğun idi. Alim Coğrafiya İnstitutuna rəhbərlik etdiyi illərdə torpaq-ekoloji tədqiqatları meşəçilik elminin inkişafına geniş yer vermiş, Azərbaycanda 40 min hektardan artıq meşə altından çıxmış torpaqlardan daha səmərəli istifadə etməyin yollarını müəyyənləşdirmişdir.

Həsən Əliyev Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasını təşkil edərək onun 20 il rəhbəri olmuşdur. O, yaradıcı alimləri, təbiətsevərləri həmin cəmiyyətin ətrafında toplayaraq geniş ictimaiyyətin səyini Azərbaycan təbiətinin mühafizəsi işinə cəlb etmişdir. Daha sonra "Azərbaycan təbiəti" jurnalını təsis etməklə bütün respublika ictimaiyyətinin diqqətini həmin sahəyə yönəltmişdir. Həmin vaxtlarda Xalq şairi, təbiət vurğunu Məmməd Arazla birlikdə "Azərbaycan təbiəti" ən çox sevilən jurnallardan biri idi. Jurnalda elm adamları, mütəxəssislər ekoloqlar təbiətsevərləri düşündürən möcüzəli təbiətin sirlərini açıqlayan məqalələrlə çıxış edirdilər.

Akademik Azərbaycanda ətraf mühitin mühafizəsi təbiəti bərpa məsələlərinin  elmi-praktiki əsaslarını yaratmış çox uzaqgörənliklə bu sahədə kadr hazırlığına böyük ehtiyac olduğunu göstərmişdir. Məhz bu ideya ilə əlaqədar 1979-cu ildə respublikamız üçün indiki Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin nəzdində "Ətraf mühiti mühafizə təbii ehtiyatlardan səmərəli istifadə" kafedrasının yaradılması təklifini vermiş həmin kafedranın açılmasında səyini əsirgəməmişdir. Həmin vaxtdan bugünəcən kafedrada onun davamçıları, yetirmələri - müəllim-professor heyəti fəaliyyət göstərir.

Lakin onun elmi fəaliyyəti, təşkilatçılıq bacarığı bunlarla məhdudlaşmamışdır. Həsən Əliyev 1980-ci illərdən başlayaraq Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Bilik Cəmiyyəti ilə birgə keçirdiyi elmi seminarlarda təbiətsevərlərin, ekoloqların qarşısında elmi-praktiki əhəmiyyət kəsb edən mühazirələrlə çıxış etmişdir. O, çıxışlarında Azərbaycan flora faunasının ciddi mühafizəsini təşkil etməklə yanaşı, bir sıra vacib işlərin başlanmasının lazım olduğunu bildirirdi. Deyirdi ki, dünya meşələrinin çox kiçik tərkib hissəsi olan Azərbaycan meşələri cins tərkibi ilə yüksək zənginliyə malikdir. Ümumi ərazimizin 12 faizə qədərini təşkil edən meşə fondunda dünyada nəsli kəsilməkdə olan 70-dən artıq ağac kol cinsləri mövcuddur. Akademikin təşəbbüsü ilə 1982-ci ildə Azərbaycan hökuməti belə əraziləri təbiət abidələri kimi qiymətləndirərək onun pasportlaşdırılmasını həyata keçirdi.

Həsən müəllim ictimaiyyət qarşısındakı mühazirələrində meşələr onlardan istifadə mədəniyyətindən geniş danışırdı. O, meşələrin necə gəldi qırılmasını, həmin sahəyə yersiz texnika ilə "hücum" çəkməyin yolverilməz olduğunu videokameralarla lentə alır, çəkdiyi epizodlar ətrafında müzakirələr aparırdı.

Həsən Əliyev Tuqay meşələrinin seyrəlməsinə onların yarımsəhralara çevrilməsinə daim diqqət yetirir, bu bəlanın qarşısını almaq üçün elmi təhlillər aparır, yüksək ixtisaslı mütəxəssislərin fikirlərini öyrənirdi. Tuqay meşələrinin genofonduna daxil olmayan, torpaq iqlim şəraitinə uyğunlaşmayan ağac kol cinslərinin bərpasına etiraz edən alim Tuqay meşələrinin yerində alma, armud, nar bağlarının salınmasına qarşı çıxırdı.  O, həmin ərazilərdə uzunsaplaq palıdın, qovağın, saqqızın, qarağacın əraziyə uyğun  olan digər bitkilərin əkilməsini məsləhət bilirdi. Əkinlərə baxış zamanı bildirirdi ki, Kür boyu Eldar şamı əkilməsi təqdirəlayiqdir. Lakin onun yanğın təhlükəsi daha böyük olduğu üçün müxtəlif cinslərlə qarışıq əkilməsi məsləhətdir.

Akademiki Azərbaycandan kənarda da yaxşı tanıyırdılar. Alimin əsərləri, xüsusilə biogeosenologiya, biocoğrafiya, torpaq eroziyası sahələrində apardığı elmi tədqiqat işləri rus, ingilis b. dillərdə çap olunaraq ABŞ-, Almaniyada, Rusiyada, Fransada, Yaponiyada b. ölkələrdə yayılmışdır.  Hələ 1960-cı ildə Brüsseldə "Azərbaycanın dağlıq rayonlarında torpaq eroziyasının inkişafı bu prosesin qarşısının alınması cəhdi" adlı monoqrafiyası çap olunmuş əsər elm adamları tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycanın müxtəlif ərazilərində, xüsusilə aran Qarabağda daha böyük massivə malik saqqız meşələri alimin daim diqqət mərkəzində idi. O, 1970-ci illərdən başlayaraq 400 ildən yuxarı yaşı olan saqqız, palıd, qarağac s. cinslərdən ibarət Soltanbud meşəsində stasionar təcrübə sahəsi yaratmışdır. Həsən Əliyev mütəmadi olaraq həmin sahənin müşahidəsi ilə məşğul olur, burada əsasən təbii bərpanın gedişatını izləyirdi. Hətta vəhşi heyvanların (eləcə ev heyvanlarının) təbii bərpaya mane olmasının qarşısını almaq məqsədilə qaratikan kollarından meşə daxilində çəpərlər çəkdirirdi. Həmin sahələr onun təşəbbüsü ilə təbiət abidəsi kimi 1982-ci ildə dövlət tərəfindən pasportlaşdırılmışdır.

Həsən Əliyev Kiçik Qafqazın da ən qiymətli meşə sahələrinin ciddi qorunmasını onun bərpasını arzulayırdı. O, çinarın, qırmızı palıdın ayıfındığı kimi baş cinslərin Kiçik Qafqazda böyük meşə əmələgətirmə funksiyasını həmişə qeyd edirdi bildirirdi ki, bu ərazilər ciddi mühafizə təbii bərpa üçün yüksək təsərrüfat fəaliyyəti tələb edir.

Həsən Əliyevi ən çox düşündürən Bakının ümumi ekoloji vəziyyəti idi. O, neft tullantılarına, mədən sularına, külək su eroziyalarına digər antropogen təsirlərə məruz qalmış əhalisi sıx, sənayesi müxtəlif texnoloji proseslərə malik olan şəhərə xüsusi diqqət göstərməyi vacib sayır bildirirdi ki, əhalinin sağlamlığı naminə yaşıllaşdırma işlərinə geniş yer verilməlidir. Odur ki, çirklənmiş torpaqlar təmizlənməli həmin ərazilərdə fitokultivasiya işləri yerinə yetirilməlidir.

Akademik təəssüf hissi ilə qeyd edirdi ki, Mərdəkan Dendralogiya bağı, Nəbatat bağı Bakı ətrafında olan parklarımız bağlarımız elmi-tədqiqat işləri aparmaq, təcrübə aparmaq tədrisdə istifadə etmək üçün azlıq təşkil edir. Odur ki, Sumqayıt Bakı şəhərləri arasında Ceyranbatan gölünün ətrafında adi meşə əkinləri ilə yanaşı, həm elmi-tədqiqat işləri aparmaq məqsədilə dendralogiya bağı salınmasını məsləhət bilirdi. O, bu zaman Krımda Qara dəniz sahillərində olan Botanika bağının həm mədəni, həm təbii funksiyalarını əks etdirməklə orada yüzlərlə alimlərin fəaliyyət göstərməsindən danışırdı. Belə bir bağın Abşeronda da yaradılması onun böyük arzularından biri idi.

Alim elmin bir çox sahəsində fundamental tədqiqatlar aparmaqla təbiətşünaslıqda, ekologiya ətraf mühitin mühafizəsi sahəsində kadr hazırlığını yüksək səviyyədə həyata keçirməklə böyük irs yaratmışdır. Onun nümunəvi xidmətlərindən bu gün elmimizin təhsilimizin inkişafında, kadr hazırlığında istifadə edilir.

 

Şövqi GÖYÇAYLI,

Bakı Dövlət Universitetinin professoru

Tahir İBRAHİMOV,

coğrafiya üzrə fəlsəfə doktoru, dosent

Azərbaycan.-2023.- 15 dekabr, № 274.- S.11.