Təhsil
ocaqlarımız yüksəliş mərhələlərini
məhz Heydər Əliyevin rəhbərliyi dövründə
yaşamışdır
Azərbaycan
müəllimlərinin XVI qurultayının
iştirakçılarına
Hörmətli
qurultay iştirakçıları!
Əziz
müəllimlər və təhsil işçiləri!
Azərbaycan
müəllimlərinin XVI qurultayının öz işinə
başlaması münasibətilə sizi ürəkdən
salamlayır, ölkəmizin təhsil işçilərinə
ən xoş arzularımı yetirir, hamınıza
cansağlığı və şərəfli fəaliyyətinizdə
yeni nailiyyətlər arzulayıram.
Bu qurultay
“Heydər Əliyev İli” çərçivəsində
keçirilməsi və Ümummilli Liderin 100 illik yubileyinə
həsr olunması ilə əlamətdardır. Ulu Öndər
genişmiqyaslı fəaliyyətində təhsilin dinamik
inkişafına həmişə həssaslıqla
yanaşmış və misilsiz qayğı göstərmişdir.
Təhsil ocaqlarımız yüksəliş mərhələlərini
məhz Heydər Əliyevin rəhbərliyi dövründə
yaşamışdır. Milli təhsildə zamanın
çağırışlarına müvafiq, gələcək
perspektivlər yönündə atılan uğurlu addımlar
həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş
dövlət siyasətinin nəticəsidir.
“Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın icrasına başlanılmasından bəri
keçən müddətdə təhsilin bütün pillə
və səviyyələrində innovativ təşəbbüslərin
tətbiqi genişləndirilmişdir. Təhsil sistemində
idarəetmənin qabaqcıl dünya təcrübəsinə
uyğun təkmilləşdirilməsinə, universitetlərimizin
beynəlxalq reytinq cədvəllərində irəliləməsinə,
təhsilin elmlə inteqrasiyasının dərinləşdirilməsinə
daim xüsusi diqqət yetirilir. Kadr ehtiyatının səriştəlilik
baxımından gücləndirilməsi, müəllim peşəsinin
ictimai nüfuzunun möhkəmləndirilməsi və müəllim
fəaliyyətinin qiymətləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlər ictimaiyyət tərəfindən
rəğbətlə qarşılanır.
Azərbaycan
təhsil sisteminin mütərəqqi beynəlxalq meyarlara əsaslanması
rəqabətqabiliyyətli insan kapitalının
hazırlanması prosesinə töhfəsini verməkdədir.
İstedadlı gənclərimizin xarici ölkələrin
tanınmış ali təhsil müəssisələrində
təhsil almalarına dövlətimiz hər bir lazımi dəstəyi
təmin edir.
Vətən
müharibəsindəki parlaq qələbəmizdən dərhal
sonra azad olunmuş ərazilərimizdə ən müasir
standartlarla tikilən məktəblər artıq fəaliyyətdədir.
Bu məktəblərdə gələcəyimizin layiqli vətəndaşları
oxuyurlar. Yeni yaradılan Qarabağ Universiteti isə,
şübhəsiz, regionda tarixən mövcud olmuş təhsil
mühitini çox yaxın vaxtda canlandıracaqdır.
Ötən
dövrün dolğun təhlilini apararaq təhsil sahəsində
strateji məqsədlərə nail olmaq və Böyük
Qayıdışa dair I Dövlət Proqramında nəzərdə
tutulmuş hədəflərə çatmaq əzmi ilə
ali məclisinizin ətraflı müzakirələr şəraitində
mühüm qərarlar qəbul edəcəyinə və
ölkənin intellektual potensialını təhsildə
dayanıqlı inkişaf naminə sıx birləşdirəcəyinə
əminəm.
İnanıram
ki, xalqımıza Zəfər sevinci yaşadan igid və qəhrəman
övladlarımızın formalaşması naminə müstəsna
əmək sərf etmiş fədakar müəllimlərimiz
gənc nəslə bundan sonra da mükəmməl bilik verməklə
yanaşı, onların milli-mənəvi dəyərlərə
bağlılıq və azərbaycançılıq məfkurəsi
ruhunda böyümələri üçün var qüvvə
ilə çalışacaqlar.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
15 dekabr 2023-cü il
Azərbaycan.-2023.-
16 dekabr, ¹ 275.- S.1.